Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə64/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
Mühazirə- Beynəlxalq kulinariya

İtalyan mətbəxi — ənənəvi İtalyan mətbəxi, ölkədə və bütün dünyada çox məşhurdur. Daha çox pitsa və spagettisi tanınır.Pitsada olan 3 rəng (qırmızı,yaşıl,ağ) İtaliyanın bayrağını təsvir edir. İtaliyanın müxtəlif regionlarında müxtəlif növ yemək hazırlanır.
İtalyan mətbəxinin formalaşmasına Etrusklar, Qədim Yunanıstan, Qədim Roma, Bizans və Yəhudi mətbəxləri ciddi təsir etmişlər. Geyd etmək olar ki, İtaliyanın mətbəxi regionlara görə fərglənir, dadların cürbəcürlüg ilə boldur və dünyanın ən populyar mətbəxlərindən biri kimi sayılır.
Öz rəngbərəngliyi və dad zənginliyinə görə İtaliya mətbəxi dünyada ən ön sıralardadır. Həm İtaliyanın, həm də bütün Aralıq dənizi bölgəsinin mətbəxində tərəvəzlər qeyd-şərtsiz hökmranlıq edir, pomidor isə onların kralıdır. Orada pomidorları bütöv, əzmə və ya pasta şəklində görə bilərik. Onlar həm də hisə verilmiş, qızardılmış, marinada qoyulmuş və qurudulmuş olurlar. İtalyansayağı tərəvəzlər İtaliya kulinariyasında istifadə edilən tərəvəzlər unsuz və susuz hazırlanır. Onlar əsasən qısa vaxt ərzində buxa verilir – bunun nəticəsində pomidorların bir az bərk ola bilməsi tamamilə normaldır. Ədviyyatlar əvəzinə italyanlar təzə otlar, trüfellər və ya parmezan pendirindən istifadə edirlər. Venesiya Respublikası orta əsr dünyasının real gücü və vacib ticarət mərkəzi idi. Məhz buna görə hətta o zamanın reseptlərində o vaxtlar üçün ekzotik şərqi ədviyyatları:zəncəfil, zəfəran, zirə, darçın və cövüz mövcüd idi. Yalnız Napoleon müharibələri dövründə ədviyyatlar otlar ilə əvəz edilməyə başladılar. Venesiya mətbəxində balıq və dəniz məhsulları çox populyar komponentdirlər. Bəzi xörəklərə, məsələn, pesce in saor-a şübhəsiz ki, şirin və turşu dadlarını özündə birləşdirməklə fərqlənən ərəb mətbəxi təsir edib. Dənizdən nə qədər uzaq olsa, xörəklərə bir o qədər çox ət daxildir (xüsusilə də ov və ev quşlarının əti, amma təkcə bu deyil). Ən məşhur yeməklər ot-ançous sousu ilə çölördəyi və Avstriya mənşəli xörək olan polenta ilə verilən Venesiyasayağı dananın qara ciyəri (Venesiya Vyana Konqresindən sonra Avstriya hakimiyyətinin altına keçib). Venesiyanın digər xüsusiyyətlərindən biri – üstünə mayonez, limon şirəsi, Vuster sousu, süd, duz və ağ istiotdan hazırlanmış marinad tökülən çiy dana can ətinin nap-nazik tikələridir. Regionda rizotto makarondan daha böyük populyarlıqdan bəhrələnir. Mürəkkəbböcəyinin qara mürəkkəbi ilə bişiriləndə bu xörək rizotto nero adlanır. Polenta da vacib rol oynayır, çünki adətən onu səhər yeməyi, nahar və şam zamanı yeyirlər.
Dünyanın ən qədim mətbəxi kimi, İtalyan mətbəxi və bişirmək ənənəsi dünyanın ən yaxşılarını özünə daxil edib və uyğunlaşdırıb. İtalyan mətbəxi dünyada ən qədim və peşəkar bişirmə ənənələrindən biridir. E.ə 4-cü əsrdən, onun ilk əlamətləri dünyaya gəlmiş və bu günədək uzun və incə yol keçmişdir. Tarixlə dolu İtalyan mətbəxi Bizans, Qədim Roma, Qədim Yunanıstan, Orta Şərq və s.-dən çoxlu təsirlənmişdir. Hazırda, İtalyan mətbəxi bir çox inqrediyentlərdən təşkil olunub. İtalyan yeməyi barədə danışarkən, ağlımıza gələn ilk şeylər, pendir, bir çox növ tərəvəz, ədviyyatlar, makaron və şərabdır. İtalyan yeməyi çoxsaylı inqrediyentlərlə yanaşı, İtalyan mətbəxi “vaxta qənaət edən” və müəyyən hallarda “ vaxt aparan” yeməklər seçimi ilə təmin edir. Bu konteksdə, “vaxta qənaət edən” o mənaya gəlir ki, siz vaxtınızı istifadə edə və bütün nahar hazır olanadək gözləyə bilərsiz. İtalyan yeməklərinin çoxusu tərəvəzlərə və ümumi inqrediyentlərə əsaslanır, beləliklə siz antipastodan (qəlyanaltı) və primodan (birinci yemək) tutmuş dolçeyə (desert) kimi yeməkləri 30 dəqiqəyə bişirə və digər 15 dəqiqəni İtalyan yeməyini yeməyə xərcləmək olar. İtalyan mətbəxinin ən yaxşı tərəfi odur ki, İtalyan yeməklərinin yeməkləri tərəvəzlərə əsaslanır.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə