Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə67/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
Mühazirə- Beynəlxalq kulinariya

Rizotto


Şimali İtaliyanın ən məşhur yeməyi. Bu yemək üçün əsas düyüdür. Rizottonun düzgün konsistensiyasına nail olmaq üçün müvafiq bişirilmə tələb olunur. Düyülər içində möhkəm olmalıdır, lakin yapışmamalıdır. Düyünün bulyonda bişirilməsindən əmələ gələn sous bütün düyüləri birləşdirməldir. Rizotto tək düyüdən deyil, tərəvəzlərdən də ibarətdir. Onlar arasında, ən vacib rolu oynayan brokkoli, bibər, noxud, kərəviz, kəvər, kök, soğan və gül kələmdir. Qalan inqrediyentlər aşpazın təsəvvüründən asılıdır. Qeyd etmək lazımdır ki, rizotto bişirməyin saysız-hesabsız yolları mövcuddur. Şimali İtaliyada hər bir evdə bu yeməyin öz resepti var.

Mühazirə -23 Almaniya mətbəxinin özünəməxsus xüsusiyyətləri
Alman mətbəxinin çox zəngin və maraqlı tarixi var. Onun kulinar ənənələri ölkənin regionlarınlardan asılı olaraq fərqlənir. Vahid alman mətbəxi anlayışı XIX əsrin ikinci yarısında Alman torpaqların bir ölkəyə birləşməsi ilə eyni zamanda ortaya çıxdı.

Kartof məhsulları


Kartof püresi
Alman mətbəxində kartofun bir çox hazırlama üsülü var: kartofu duxovkada bişirmək, yağda qızartmaq və ya soyuq salatlara əlavə etmək olar. Almanlılar kartof püresini o qədər də sevmir; onlar əriştəyə üstünlük verir. Ləzzətli və bol alman yeməyin misalı kimi Ayntopfu göstərmək olar – tamdəyərli naharı əvəz edən böyük küpədə bişirilən yemək. İstifadə olunan inqrediyentlərdən asılı olaraq, o, şorba, pörtlənmiş xörək və ya qulyaşı xatırlayır. Əlinizin altında olan məhsullardan bu yeməyə qata bilərsiniz. Desertlərin arasında ən çox seviləni başlanğıcını Avstriyadan götürən Afeıştrudel – isti isti verilən alma piroqudur.

Regional ənənələr


Qərbi Almaniyanın Şvarsvald və Baden-Vürtemberq regionunda qonşu İsveçrə və Fransanın güclü təsirini duymaq olar. Bu mətbəxdə tərəvəzlərin çox böyük rolu var. Cənubə yaxın, xüsusilə Bavariyada, daha yağlı yeməklərdən istifadə olunur. Ola bilər ki, bu səbəbdən Alman mətbəxi illlər boyu çox yağlı hesab olunub və dünyada öz populyarlığını qazanmayıb. Buna baxmayaraq, o, çox incə mətbəxlərdən biri olaraq, Almaniyadan xaricdə yaxşı tanınır.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə