Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə65/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
Mühazirə- Beynəlxalq kulinariya

Yeməkləri:

Venesiya


Venesiya həmçinin tərəvəz becərməklə məşhurdur. Bu tərəvəzlərdən ən qiymətləndirilən biriləri Trevisodan olan radikkio (qırmızı kasnı) və Basano del Qrappadan olan ağ qulançardır. Balqabaqdan hazırlanmış xörəklər və qabıqlı bitkilər yeməkləri da çox populyardır, o cümlədən pasta e fagioli, yəni paxla ilə makaron, və lobyadan hazırlanmış Venesiya şorbası.

Milan


Milan şimali İtaliyanın varlı regionu olan Lombardiyanın paytaxtıdır. Baxmayaraq ki, Lombardiya artıq kənd təsərrüfatı regionu deyildir, hələ də öz ləzzətli düyüsü ilə məşhurdur. Düyü burada 15-ci əsrdən becərilir – əvvəlcə ərəblər onu İspaniyaya gətirmişdi, oradan isə bu bitki Araqon hökmdarları tərəfindən Lombardiyaya gətirildi. Buranın ənənəvi yeməyi risotto alla milanese – zəfəran ilə verilən Milansayağı rizottodur. Makaron xəmirindən hazırlanmış xörəklər də çox populyardır, misal üçün, içi balqabaqla doldurulmuş ravioli və ya agnolotti. Bu mətbəxin xüsusiyyətləri şərabla hazırlanmış ət xörəkləri, salyaminin müxtəlif növləri və qurbağa ayaqlarıdır. Yeməyin sonunda çox vaxt qorqonzola, maskarpone və qrana padano kimi pendir növləri verilir. Bu isə o demək deyil ki, Lombardiya öz dadlı desertlərlə məşhur deyil. Məsələn, tiramisu maskarpone pendirindən hazırlanır. Region panettone (acıtma xəmir piroqu) və kolomba paskuale (göyərçin formasında hazırlanmış acıtma xəmir piroqu) kimi piroqlarla fəxr edir. Həmçinin, Lombardiyada Amaretto və Kampari kimi likörlar istehsal olunur.

İlk aşpazlıq kitabı


Məhz burada Renessans dövründə İtaliyanın ilk aşpaz kitabı tərtib olunub. Bu təkcə reseptlərin toplusu deyil, həmçinin yeməklərin qida dəyəri və tərkibi, ədviyyatlar, gigiyena və hətta yeməklə bağlı olan aspektlər haqqında əsl biliklər külliyatı olub.

Roma


Böyük istilalardan əvvəl Tibr ətrafında ərazi sakinlərinin aşpazlıq mədəniyyəti aşağı səviyyədə olmuşdu. Bu vəziyyət yunanlardan götürülmüş şənlik mədəniyyətinin gəlişi ilə dəyişib. Bu cür şənliklər içki məclislərinə çevirərdilər, xüsusən ona görə ki, yunanlardan fərqli olaraq ki romalıların çaxıra su qatmaq ənənəsi yox idi. Menyunun seçilməsində nüfuz çox vaxt həlledici rol oynayırdı. Bahalı ədviyyatlardan istifadə və yemək hazırlamağın mürəkkəb metodları yüksək qiymətləndirilirdi. Aşpazlıq incəsənətin zirvəsi “saxta yeməklər” deyilən xörəklər olmuşdu, məsələn dana ətini elə hazırlayırdılar ki, dadı treska balığına oxşasın. Yanğın təhlükəsinə görə qədim Romada yeməkləri evdə odun üstündə hazırlamaq qadağan idi. Bəlkə bu səbəbə görə bu gün romalılar İtaliyanın başqa regionlarının sakinlərindən daha tez-tez restoranlara gedirlər. Bundan başqa, Qərbi Xristianlığın paytaxtı olan Roma buraya səfər edən zəvvarların və turistlərin əsrlər boyu baş çəkdiyi kafeterilərin, trattoriyaların və pitseriyaların şəhəridir. Əsas yeməkdən qabaq (bu, daha çox makaron olur) antipasti, yəni soyuq qəlyanaltılar verilir. Seçim genişdir: parmezan vetçinası, zeytun yağı ilə badımcan, sobada bişirilmiş bibər, yağ ilə sukkininin və ya qurudulmuş pomidorun dilimləri, sirkə ilə zeytun və ya soğan, salyami, sirkə və yağ ilə ağ paxlalar, kapers və sarımsaqla qızardılmış çörək tikələri, sarımsaq, yağ və otlar ilə çörək.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə