Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə68/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
Mühazirə- Beynəlxalq kulinariya

Almansayağı şorbalar


Şorbalar Almaniyada çox populyar deyil; ən məşhur olan şorbalar Gulaschsuppe adlanan macarların qulyaşına oxşar şorba və fransız qırmızı soğan şorbasına oxşarBohnensuppe və Zwiebelsuppe şorbalarıdır. Şərq Almanlar tez-tez solyanka – doğranılmış sosiska ilə ədvalı Ukrayna şorbasını bişirirlər. Sadalanlılardan daha populyar əriştəli şorbalardır – məsələn, Leberknödelsuppe adlanan Bavariya şorbası. Qalan qəlyanaltılar sadədir. Onlar paştet, salat və ya soyuq ətlərdən ibarət ola bilər. Cənubda balıq və dəniz məhsullardan daha çox istifadə olunur. Alabalıq Almanlıların ən çox sevdıkləri balıq hesab olunur.

Ət yeməkləri


Kolbasa Almaniyanın bütün regionlarının sevimli yeməyidir
Almaniyada, təkcə, kolbasa və sosiskanın 1500 növü var. Alman mətbəxi olduqca doyumlu və yüksək kalorili, lakin çox ləzzətlidir. Ət, xüsusilə bir çox üsüllarla bişirilən donuz əti, çox populyardır. Orta yaşlı alman il ərzində 84 kq ət yeyir. Yer səthində Alman sosiskaları, məs.hotdoq kimi tanınan frankfurters haqqında eşitməmiş adamı tapmaq qeyri-mümkündür. Alman mətbəxinin ənənəvi ət yeməkləri içərisində şnitsel xüsusi yer tutur.

Turş kələm


Almaniyada kələmin bütün növləri çox sevilir: bişirilmiş, yağda qızardılmış və ya turş. Bu ən’ənə öz başlanğıcını çoxdan bəri götürür, lakin öz əhəmiyyətini indiyə qədər itirməyib. Təzə kələm marinada qoyulur və Saurekraut, qırmızı kələm isə alma ilə bişirilərək Apfelrotkohl adlanır. Almanlar mərəçüyüdü çox sevir. Mərəçüyüd mövsumu apreldə başlayır və iyunda bitir. Bu mövsum ərzində bütün restoranlar xüsusi mərəçüyüd menyularını təqdim edir.

İçkilər


Qəhvə Almaniyada çaydan çox sevilən içkidir. Almanlar "Kaffeekuchen" adlandıran yemək qəhvə ilə istənilən pirojnadan ibarətdir. Almanlar bütün növ ailə bayramlarını, hətta ailə üzvləri ilə birqə yeyilən sadə yeməkləri çox sevir.
Almanlar pivə - içməyi çox sevirlər, və bu içki orada nömrə bir içkisi sayılır. Bu səbəbdən Almaniyaların hətta Oktoberfest adlanan populyar pivə festivalı vardır. Ən məşhur pivə növləri arasında: pils – ənənəvi acı pivə və wizen – fermentasiya prosesində ağ rənğı əldə edən 50 % buğda mayası olan pivədir. Oktoberfest festival zamanı çoxlu miqdarda soyuq ətlər və donuz ayağları yeyilir.

Qida sənayesi


Almaniya qida sənayesinə görə Avropa İttifaqında üçüncü ən böyük yerdədir. 2013-cü ildə Almaniyada qida istehsalı təxminən 66 milyard avroolmuşdur]. Bir çox qida məhsulları beynəlxalq tanınmış brendlərdir.
Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə