Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi


Bəzi milli mətbəx reseptləri və daha nələr



Yüklə 355,6 Kb.
səhifə2/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Bəzi milli mətbəx reseptləri və daha nələr
Əqər Siz qonaqları yeni dadlı və ətirlı yeməklər ilə təəcübləndirmək istəyirsinizsə, milli mətbəxlərə aid olan reseptlərdən istifadə edin! Avropanın müxtəlif mətbəxlərinə aid olan çox tanınan və sevilən və ya nəfis Fransız mətbəxinə aid olan və Fransa üçün saciyyəvi olan ağ çaxır sousunda qurbağa budları hazırlaya bilərsiniz. Hər kəs həmçinin faydalı, ləziz və tez bişən şərq yeməkləri ilə tanəş olmalıdır: Çin, Yapon, və ya Tay mətbəxinə aid olan reseptlərdən mütləq yararlanın. Onların arasında Çin turş-şirin donuz əti, Yaponiya tərəvəzlər ilə krevetlər, və ya krevet və donuz əti ilə qızardılmış pasta Tay Mi Krop vardır. Bu bölmədə həmçinin veqetarian reseptləri və həmçinin az yağlı və fast fud reseptləri var.
İki nəfərlik və ya bütün ailə üçün yeməyin hazırlanması
Gündəlik yemək bişirməkdən həzz alın. Dostlarınız və ya ailənizi sevindirmək üçün bizim yoxlanmış ləziz reseptlərimizdən istifadə edin. Pitsa, qrildə hazırlanmış toyuq döşü, Meksikan tortilya və suşi – gözəl tamından başqa, Siz hətta onları əl ilə yeyə bilərsiniz. Sarımsaq sousu altında krevetlər reseptindən istifadə edərək təbiyi afrodiziyaklar ilə zənğin olan iki nəfərlik romantik naharı hazırlaya da bilərsiniz. Bu xörəklərin gözəl görünüşünü əks etdirən fotolar kulinariya kitabımızın əlavə üstünlüyünü təşkil edərək Sizə öz fantaziyanı istifadə etməklə gözəl yeməklər hazırlamağa yardım edəcək.
Sizi kulinar kəşflər etməyi dəvət edirik. Əgər qurmansınızsa və xörək bişirməyi və yeni yeməklər ilə yaxın adamlarınızı təəcübləndirməyi sevirsinizsə, bizim kulinariya kitabından daimi istifadə edin. Bizimlə yemək bişirmək daha asan və maraqlı olacaq. Nuş osun!
Dünya xalqlarının qonaqpərvərliklə, qidalanma adətləri ilə bağlı qanunlarını bilmək bu sahədə çalışan mütəxəssislər üçün vacibdir. Avropa xalqlarının İtaliya, Fransa, Almaniya, İngiltərə və digər ölkələrin mətbəxləri yer alır. Xüsusilə Yaponiya, Hindistan, Koreya, Skandinaviya ölkələri, Aralıq dənizi, Slavyan xalqlarının qidalanma ənənələrinin xüsusiyyətlərinə əhəmiyyətli dərəcədə diqqət ayrılıb. Gələcək mütəxəssislər bu dərslikdən dünya xalqlarının qidalanma mədəniyyətinin tarixi ilə bağlı kifayət qədər bilik əldə edəcəklər. Bu onlara qonaq qəbulunu təşkil edərkən özlərini düzgün istiqamətləndirməyə kömək edəcəkdir. Bu bilikləri əldə edən mütəxəssislər qonaqları qəbul edərkən səhvə yol vermiyəcəklər. Müasir mehmanxana kompleksi biznes mərkəz kimi mehmanxana daxil olmaqla, restoranlar, barlar, kafe, konfrans zalları, bank filialları beynəlxalq konfransları, simpoziumları, festivalları təşkil etməyə imkan verir. Bu, şübhəsiz, tədbir iştirakçıları üçün müxtəlif növ xidmətlər təşkil etmək üçün əlverişlidir. Bu zaman restoran xidməti hər bir mütəxəssis tərəfindən, məsələn: aşpaz, ofisiant, menecer və digər işçilərə öz bacarığını 4 və qabiliyyətini göstərmək üçün ən yaxşı yerdir. Təcrübəli restoran işçisi xarici qonaqlar üçün gündəlik qida rasionunu şüurlu şəkildə onların milli və dini adətlərini nəzərə alaraq təşkil edəcək. Dünya xalqlarının qida mədəniyyəti və ənənələrinin xüsusiyyətlərini bilmək mütəxəssisə restoran və mehmanxana xidmətində xarici qonaqların düzgün yerləşməsi və qidalanmasının təşkil edilməsinə, səhvlərdən qaçmaq, qonaqların başqa ölkədə özünü komfortlu hiss etməyə imkan vermək üçün düzgün qərarlar qəbul etməsinə kömək edəcəkdir. Qonaqların yerli mətbəxlə ilk tanışlığı onların ölkəyə sonrakı münasibətlərini müəyyənləşdirir. Özgə mədəniyyətlə ünsiyyət, onun dilini öyrənmək, siyasi-iqtisadi vəziyyətini, dinlə bağlı adətləri, ənənələri bilmək az vaxt tələb etmir. Hər bir turist səyahət etdiyi ölkəyə gedərkən çalışır ki, o ölkənin mədəniyyəti, adət-ənənələrini öyrənsin.O, ölkədən özü ilə suvenirlər, çəkdirdiyi şəkillər və maddi mədəniyyətin əsas hissəsi olan milli mətbəx haqqında xatirələr gətirsin. Bu gün Azərbaycanda turizm sahəsində çox böyük canlanma var. Ölkəmizə il boyu müxtəlif ölkələrdən turistlər gəlir. Turistlərin maraq dairəsində olan mətbəximiz çox zəngin və rəngarəngdir. Bu rəngarənglik regionlardan asılı olaraq özünü göstərir. Bu bizə imkan verir ki, öz mədəniyyətimizi, musiqimizi, mətbəx mədəniyyətimizi təbliğ edək.

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə