Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi


Birbaşa Çindən gələn badımcan



Yüklə 355,6 Kb.
səhifə61/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Birbaşa Çindən gələn badımcan
Birbaşa Çindən gələn badımcan - Badımcan haqqında birinci anmalar eramızdan əvvəl beşinci əsrdə Çində edilib. Sonra Ərəb tacirləri badımcanı buradan birbaşa İspaniyaya gətirdilər. İberiyanın iqlimi mülayim olduğuna görə badımcan burada öz yerini tapıb.
Büğün düyü yeyibsinizmi?
Təbii ki, Çində düyü ən vacib məhsul hesab edilir. Düyüdən ət və balıq xörəklərində istifadə olunan düyü xəmirini hazırlamaq üçün istifadə olunur. Düyü həmçinin tərkibində meyvə qurusu, qoz və qaymaq olan şirin kekslərin əsas inqrediyentidir. Şirin düyü xəmiri aşağıdakı kimi hazırlanır: 250 qr düyünü soyuq suda yuyun, və 1 litr su əlavə edin. Qaynayandan sonra onu 15-20 dəqiqə ərzində vam odda saxlayın. Suyunu süzdükdən sonra 25 qr yağ və 2 xörək qaşığı şəkər əlavə edin. Qazana qoyub üstünü alümin folqa ilə örtün və isti su ilə doldurulmuş daha iri qazana qoyun. Təxminən 1 saat ərzində buxarda saxlayın.
Çin spaqettisi
Çin mətbəxin səciyyəvi elementi göbələkdir: burada bir az parlaq və xırcıldayan pişik qulağı deyilən qara göbələklər, və həmçinin zərif dadlı və ətirli göbələklərdən olduqca çox istifadə olunur. Başqa tez-tez istifadə olunan inqrediyentlər: zəncəfil, çox yüksək qida dəyəri olan soya zoğları, ət və balıq xörəklərinə əlavə olan Çin kələmi, tərəvəzlər, souslar və kekslər üçün istifadə olunan bir az şirin və maraqlı dadı olan cirə. Əriştə həmçinin çox populyardır, və Çin mətbəxində onun dörd növü var: yumurta və buğda unundan hazırlanan əriştə, spaqettiya oxşar buğda unundan hazırlanan əriştə, maş lobyadan hazırlanan əriştə (şəffaf) və düyü unundan hazırlanan əriştə.
İt və düyü
Əfsanəyə görə, insanlar düyü haqqında vəhşi heyvandan öyrəndilər. Üzun müddət ərzində yağan şiddətli yağışlar və sel basmalar bütün məhsulu məhv edib və camaatı heyvan ovuna çıxmaq vadar edib. Bir gün insanların yanına vəhşi it qaçıb gəldi. Onlar itin quyruğuna üç dənin yapışdığını gördülər. Minnətdar insanlar itə heç bir zərər vurmadılar, sadəcə onun quyruğundan dənləri götürüb torpağa əkdilər. Beləliklə, onlar düyünü yetişdirməyə başladılar

Mühazirə-21 Fransa mətbəxinin özünəməxsus xüsusiyyətləri.
Yeməyi yaxşı bilənlərin bir çoxlarının fikrinə görə, fransız mətbəxi dünyada ən yaxşılardan biridir. Bu mətbəx millətin mədəniyyəti ilə ayrılmaz olaraq bağlıdır. Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnətdir. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransız xalqı yemək mövzuları haqqında ətraflı danışa bilər. Adi fransız üçün aşpazlıq gundəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil.



Retatuy-tərəvəz raqusu

Bu xörək Provansdan, daha dəqiq, Nitsadandır. Tərəvəzlər ratatuyun əsas inqrediyentləridir. Pomidor, soğan, badımcan, sukkini və bibər bu yeməyin əsasıdır. Bu dadlı raqu həm ayrıca, həm də başqa yeməklər ilə qarnir kimi çox yaxşıdır


Digər milli mətbəxlər kimi də, fransız mətbəxi də adları çəkilən kimi iştah açan delikateslər ilə məşhurdur. Digər tərəfdən, bəzi fransız xörəkləri ancaq onların dadına baxandan sonra xoşunuza gələ bilərlər, məsələn, içalat kolbasası. Buna baxmayaraq, əgər fransız mətbəxinin ən səciyyəvi xüsusiyyəti seçilməli olsaydı, bu, şübhəsiz ki, baget olardı. Fransız xalqının çörəyə səciyyəvi yanaşması bagetin məşhurluğuna, əlbəttə ki, təsir göstərib. Demək olar ki, hər xörək baget ilə yeyilir[9].
Eskarqo
Eskarqo fransız mətbəxində öz populyarlığı üçün "Fransız mətbəxinin incəsənəti" kitabının müəllifi Antuan Karemə borcludur. Bu yağ, sarımsaq və cəfəri ilə bişirilmiş kiçik ilbizlər elə populyar olub ki, xüsusi eskarqo boşqab və maşası işləyib hazırlanmışdır. Bu boşqab və maşa ilbizi qaynar qabıqdan çəngəllə çıxardanda qabığı saxlamağa imkan verir. Eskarqo sevənlər bu xörək bişirmə prosesinin mürəkkəbliyini bəzən anlamır. İlbizlər orqanizmi qida qalıqlarından təmizləmək üçün 10 günlük ac qalırlar. Bundan sonra onları yuyurlar və üç dəfə növbə ilə qaynadırlar və soyudurlar. Soyudulandan sonra ilbizləri sterilləşdirilmiş və sarımsaqlı kərə yağı ilə yağlanmış qabıqlara qoyurlar və boşqaba düzürlər[10].

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə