Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi


Hindistanda yoqurt və müqəddəs inəklər



Yüklə 355,6 Kb.
səhifə59/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   68
Mühazirə- Beynəlxalq kulinariya

Hindistanda yoqurt və müqəddəs inəklər


Mal ətini yeməyin qadağan olunması müqəddəs sayılan inəklərin kultundan irəli gəlir. Mal ətin yeyilməsi təhqir, kafirlik kimi gəbul edilir. Diqər tərəfdən, yoqurt kimi süd məhsulları olduqca populyardır. Bir çox Hind evlərində süfrədə yemək zamanı yoqurtsuz yemək natamam sayılır, süfrədə heç olmazsa az miqdarda yoqurt olmalıdır. Bu çox sadə izah olunur. Yoqur daxil olmaqla, süd məhsullarının tərkibində olan kazein həddindən artıq ədviyyatlı yeməyin qəbulu nəticəsində yaranan susuzluğu aradan götürür.

Hind etiket qaydaları


Ənənəvi Hind xörəkləri tərəvəzlər və ya ətlə hazırlanmış düyünü çapati çörəyi götürməklə əl ilə yeyilir. Təbii ki, çəngəl və ya qaşıqdan da istifadə etmək olar. Qeyd etmək lazımdır ki, Hindlilər yemək ilə alcohol içkilərdən içmir, yemək zamanı yalnız buzlu su və ya yoqurtdan istifadə edirlər.

Ədviyyatlar krallığı


Ənənələr və tarixi faktorlar nəticəsində, Hİnd aşpazları əsl ədviyat mütəxəssislərinə çevrilib. Hindistan camaatın əksəriyyətini veqetarianlılar təşkil etdiyi üçün, ədviyyatların məharətli istifadəsi əsl sənət formasını alıb. Hind mətbəxində istifadə olunan bir çox ədviyyat və otlar sırasında aşağıdakıları qeyd etmək lazımdır: zirə, koriandr, sarı kök, hil, qırmızı və yaşıl çili, darçın, mixək, zəfəran, cövüz, zəncəfil, cirə tumları, küncüt, soğan və sarımsaq.

Keri


Çox böyük populyarlığına baxmayaraqcurry (keri) sadə xalqa aid olan yemək hesab olunur. Bu səbəbdən, bəzi Hindlilər keri sözünü xoşlamır, çünki o, sanki süfrəyə verilən xörəyi alçaldır. Lakin, bir çox qurmanlar üçün, bu ədviyyat aşpazlıq sənədin möcüzəsidir. Kerinin müxtəlif növlərin mövcud olduğuna baxmayaraq, kerinin hazırlanması üçün mütləq olan bir neçə əlavələr var (sarımsaq, zəncəfil, soğan, çili bibərləri və yoqurt).

Faydalı mətbəx


Mütəxəssislərin rəyinə görə, Hind mətbəxi nəinki dadlı, hətta çox faydalıdlr. Az miqdarda ətin vok tavasında qısa müddət ərzində qızardılan çoxlu tərəvəzlər və ya meyvələrlə istifadə olunması insan orqanizmi üçün çox xeyirlidir. Mütəxəssislərin fikrinə görə, belə hazırlama üsulu orqanizmdə kanseroqen maddələrin yığılmasına mane olur, və həmçinin köklük və çəkər xəstəliyin qarşısını alır


Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə