Mühazirə 5: İnternet protokolları Plan


açıq şəbəkə texnologiyası



Yüklə 229,41 Kb.
Pdf görüntüsü
səhifə5/6
tarix26.03.2023
ölçüsü229,41 Kb.
#103241
növüMühazirə
1   2   3   4   5   6
Fənn infor.idarə edil. mühazirə 5

açıq şəbəkə texnologiyası 
ideyasını irəli sürdü. 
Bu ideyanı reallaşdırmaq məqsədilə yeni protokolun hazırlanması işinə başlandı 

İnternetin ”atası” sayılan B. Steffin rəhbərliyi altında TCP/IP protokolu 
yaradıldı.
Bu protokolun yaradılması İnternet arxitekturalı lokal şəbəkəsinin 
yaradılmasını və ARPANet şəbəkəsi ilə müxtəlif arxitekturalı bir sıra məs. 
PRNET, SATNET şəbəkələrinin birləşdirilməsini mümkün etdi.
TCP/İP protokolu əslində aşağıdakı iki protokoldan ibarətdir: 

TCP (Transmission Control Protocol) – verilənlərin ötürülməsinin idarə 
edilməsi protokolu olaraq, tərkibində səhvlər olan informasiya paketlərinin 
avtomatik qaydada düzgün şəkildə lazımı ünvana çatdırılmasını təmin edir. 
Ötürülən informasiyanı müəyyən qaydalar çərçivəsində paketlərə ayrılmasına və 
göndərilən paketlərin son məntəqədə yığılaraq düzgün tamamlanmasına 
cavabdehlik daşıyır. Bu baxımdan TCP protokoluna həm də verilənlərin paket 
axınına nəzarət edən protokol da deyilir. Burada əlavə olaraq kommutasiya 
üsullarını yada salaq. 
Kommutasiya üsulları - 
informasiya mübadiləsini həyata keçirmək üçün 
abonentlər arasında əlaqə 3 üsulla yaradıla bilər: 
1.
Kanalların kommutasiyası – abonentlər arasında fiziki kanalların ayrı – 
ayrı hissələrini ardıcıl qoşaraq verilənlərin birbaşa ötürülməsini təmin edir.
2.
Məlumatların kommutasiyası – başlıq və verilənlərdən ibarət 
informasiyaların şəbəkə qovşaqları tərəfindən təyin edilən marşrut üzrə 
ötürülməsi yolu ilə həyata keçirilir. 
3.
Paketlərin kommutasiyası – verilənləri müəyyən uzunluğa malik və
başlıqla təmin olunmuş hissələrə, yəni paketlərə bölərək, şəbəkə qovşaqları 
vasitəsilə təyin olunmuş marşrut üzrə ötürmək yolu ilə həyata keçirilir. 
Kommutasiya üsulları işərisində ən çox istifadə edilən və ən sərfəli olan 
paketlərin kommutasiyasıdır.

İP (İnternet Protokol) – qarşılıqlı əlaqəli şəbəkələrarası protokol olaraq, 
informasiya paketlərinin düzgün ünvanlaşmasına və müxtəlif şəbəkələrdən keçərək 
son məntəqəyə çatdırılmasına görə cavabdehlik daşıyır. Sadə dildə desək, İP 
protokolu verilənlərin bir kompyuterdən digərinə çatdırılmasını təmin edir. İP 
protokoluna bəzən marşrutlaşdırma protokolu da deyilir. 
Əsas protokollardan başqa bir sıra şəbəkə protokollarına baxaq. 


DNS ( Domain Name Service) – domen adlar sistemi olub, domen adları İP ünvana
çevirir. 
FTP ( File Transfer Protocol) – Faylların kompyuterlər arasında mübadiləsini
təşkil edir. 
HTTP ( Hipertext Transfer Protocol) – hipermətnlərin ötürülməsini təşkil edir. 
POP3 ( Post Office Protocol) – poçt serverindən istifadə protokoludur və poçt 
müştərisi məktublarının qəbulunu təmin edən protokoldur. 
SMTP ( Simple Mail Transfer Protokol) – bu da poçt serverindən istifadə
protokoludur, lakin elektron məktubların ötürülməsini təmin edən protokoldur. 
NNTP ( News Net Transfer Protokol) – Telekonfranslarla işi təmin edən 
protokoldur. 
İnformasiyanı ünvana çatdırmaq üçün onu ünvanlaşdırmaq lazımdır. TCP/İP 
stekində 3 tip ünvandan istifadə edilir: 


Yüklə 229,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə