Mühazirə 5: İnternet protokolları Plan


lokal  ( aparat ünvanı da adlanır)  •  İP



Yüklə 229,41 Kb.
Pdf görüntüsü
səhifə6/6
tarix26.03.2023
ölçüsü229,41 Kb.
#103241
növüMühazirə
1   2   3   4   5   6
Fənn infor.idarə edil. mühazirə 5

lokal 
( aparat ünvanı da adlanır) 

 İP
( İnternet Protocol)

DNS 
( Domain Name System).
Lokal ünvanlar alt şəbəkə çərçivəsində verilənlərin ünvana çatdırılması üçündür. 
Bu ünvanlar MAC ünvanlar ( 
Media Access Control (MAC)
- Media Keçid 
Kontrolu) adlanır. Bütün mövcud lokal şəbəkə texnologiyalarında MAC
ünvanlar 6 baytlıq (48 bit) formata malik olur. Məs, 11-AO-17-3D-bc-01. 
Şəbəkəyə qoşulmuş hər bir kompyuter unikal ünvana malikdir. Verilənlərin
ötürülməsi üçün rəqəm və işarə tipli ünvanlardan istifadə edilir. Şəbəkə
səviyyəsində paketlər İP ünvanlar vasitəsilə ötürülür. Bu ünvanlar okted adlanan
4 baytdan (32 bit) ibarət olur. Hər bir okteddəki ədədlər 0-255 aralığında olmalıdır. 
Məs, 104.24.74.190. Belə yazı İP ünvan adlanır. İP ünvanlar administrator
tərəfindən təyin edilir. Ünvanın I hissəsi şəbəkənin, II hissəsi isə qovşağın
nömrəsini göstərir. Şəbəkə nömrəsi xüsusi İnterNİC ( İnternet Network İnformation 
Center) zəmanəti ilə verilir. Başlanğıc ünvan marşrutizatora kompyuterin hansı 
şəbəkəyə aid olduğunu bildirir. 
Rəqəm tipli ünvan kompyuterlərin mübadiləsi zamanı istifadə edilir.
Insanlar arasında isə əsasən işarə tipli ünvanlardan istifadə edilir. Çünki rəqəm
tipli ünvanları yadda saxlamaq çətindir. Ona görə də şəbəkədə kompyuterlərə
adlar verilir. Işarə ünvanı olaraq DNS (Domain Name Service) domen adlardan 
istifadə edilir. www xidmətində bildiyimiz kimi DNS standartı ilə yazılmış adlar
nöqtə ilə ayrılmış bir neçə elementdən ibarət olur. Dünya üzrə birinci səviyyəli 
domenlərin verilməsini və idarə edilməsini İCANN ( İnternet Corporation for 
Assigened Names and Numbers) adlı təşkilat həyata keçirir.


DNS ünvanı 3 hissəyə bölünür. DNS ünvanın əsas hissəsi I səviyyəli domen 
adlanır, coğrafi zona və ya sahə üzrə təsnif olunur.
Com - kommersiya təşkilatları;
Edu - tədris müəssisələri;
Mil - hərbi təşkilatlar;
Gov - dövlət təşkilatları;
Org – qeyri dövlət təşkilatları;
Net – şəbəkə agentlikləri və ya provayderlər;
Int - beynəlxalq təşkilatlar 
Eyni zamanda I səviyyəli domen kimi ölkənin kodu istifadə olunur: 
Az– Azərbaycan, tr– Türkiyə, ru – Rusiya, de – Almaniya, uk – Böyük Britaniya,
us –ABŞ, am –Ermənistan, ge – Gürcüstan, it – İtaliya, fr – Fransa, ch –İsveçrə və 

Yüklə 229,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə