Mühazirə 5: İnternet protokolları Plan



Yüklə 229,41 Kb.
Pdf görüntüsü
səhifə2/6
tarix26.03.2023
ölçüsü229,41 Kb.
#103241
növüMühazirə
1   2   3   4   5   6
Fənn infor.idarə edil. mühazirə 5

1.
 
Fiziki lay ( Layer 1- Physical) 
2.
 
Məlumat baglantisi və ya kanal layı (Layer 2- Data Link) 
3.
 
Şəbəkə layı (Layer 3- Network) 
4.
 
Daşıma və ya nəqliyyat layı (Layer 4- Transport) 
5.
 
Sessiya və ya seans layı (Layer 5 – Session) 
6.
 
Nümayiş layı (Layer 6 -Presentation) 
7.
 
Tətbiqetmə layı (Layer 7 – Application) 
Fiziki lay ən aşağı, tətbiq etmə layı isə ən yuxarı səviyyə hesab edilir. Tətbiqetmə
layı məlumatı təqdim etmə layına, təqdim etmə isə sessiya layına ötürür. Bu şəkildə 
məlumat fiziki laya kimi çatdırılır. Məlumat qəbulunda isə bu proses əks formada 
ardıcıllıqla təkrar olunur. Məlumat fiziki laydan tətbiqetmə layına kimi ötürülür. OSI 
modelinin lay adları ilə birlikdə rəqəmlərini də öyrənmək vacibdir. OSI modelində 
hər lay həll olunmalı problemləri təsvir edir. Bu laylarda işləyən cihazlar və 
protokollar həmin problemlərə həll yolu tapırlar. Yeddi laylı OSI modeli iki bölmədə 
tədqiq edilə bilər: 
Application Set 
və 
Transport Set.
Application Set (tətbiqetmə komplekti
tətbiqetmə layı və proqramlarla bağlı
bölmədir. Əsasən proqram şəklində olur. Modelin ən üstündəki tətbiqetmə layı 
istifadəçiyə ən yaxın olan laydır.
Transport Set (ötürmə komplekti
məlumat mübadiləsi ilə vəzifələndirilib. 
Fiziki və digər məlumat ötürmə layları həm proqram, həm də şəbəkə kartı ilə 
işləyirlər. Fiziki lay fiziki şəbəkə mühitinə (məsələn: şəbəkə kabelinə) ən yaxın 
laydır. Əsas vəzifəsi məlumatı kabeldən ötürmək və qəbul etməkdir.

Yüklə 229,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə