Mühazirə 5: İnternet protokolları Plan



Yüklə 229,41 Kb.
Pdf görüntüsü
səhifə3/6
tarix26.03.2023
ölçüsü229,41 Kb.
#103241
növüMühazirə
1   2   3   4   5   6
Fənn infor.idarə edil. mühazirə 5

Fiziki səviyyə
kompüterlər arasında məlumatın kabel üzərindən fiziki 
şəkildə ötürülməsi üçün yaradılmışdır. Fiziki layda istifadə olunan və ən çox adı 
çəkilən texnologiyalardan bir neçəsini misal göstərmək olar. Məs, 
ISDN 
(Integrated Services Digital Network) 
ISDN, mövcud analoq telefon şəbəkəsinin 
rəqəmsal alternatividir. 
ADSL (İngiliscə: Asymmetric Digital Subscriber Line)

Asimmetrik Rəqəmsal Abunə Xətti, bu günlərdə internetə qoşulmaq üçün ən çox 
istifadə olunan qoşulma texnologiyalarındandır.
Kanal səviyyəsi
- məlumatı fiziki laya çatdırmaq və istifadə eləməklə bağlı 
qaydaları tənzim edir. Bu lay şəbəkə üzərindəki digər kompüterlərin 
aydınlaşdırması, kabelin o anda kimin tərəfindən istifadə olunduğunun təsbit 
edilməsi və fiziki laydan gələn məlumatın xətalara qarşı kontrolu vəzifəsini yerinə 
yetirir. 


Şəbəkə səviyyəsi) – 
bu, fərqli bir şəbəkəyə məlumat göndərilən zaman 
yönləşdiricilərin (router) istifadə edəcəyi məlumatın (yəni istiqamət bilgilərinin) 
əlavə olunduğu laydır. 
Nəqliyyat səviyyəsi - 
üst laylardan gələn məlumatı şəbəkə paketi səviyyəsində 
parçalara bölür. Daşıma layı Transport Set və Application Set arasında keçid 
vəzifəsini görür. Alt laylar məlumatın nə olduğuna baxmadan qarşı tərəfə yollama 
işini görən zaman, üst laylar da istifadə olunan təchizat ilə maraqlanmadan 
məlumatın özü ilə məşğul olurlar.
Seans səviyyəsi
bir kompüterin eyni anda birdən çox kompüterlə əlaqədə 
olduğu zaman, lazım olan doğru kompüterlə danışa bilmə imkanı yaradır. 
Nümayiş səviyyəsi – 
bu layın ən önəmli vəzifəsi yollanan məlumatın qarşı 
kompüter tərəfindən başa düşülən halda olmasını təmin etməkdir. Beləcə fərqli 
proqramların bir-birilərinin məlumatını istifadə edə bilməsi mümkün olur. 

Yüklə 229,41 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə