Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə16/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Üçüncü mərhələdə – problemin aktuallığı əsaslandırılır. Bunun üçün hər mövzuya aid bir neçə ziddiyyət qoyulur, sonra analiz və elmi yaxınlaşma metodu əsasında ziddiyyətlər tədricən aradan qaldırılır və seçilən mövzunun real əhəmiyyəti göstərilir.
Problemi əsaslandırdıqdan və onun strukturunu müəyyənləşdirdikdən sonra elmi işçi mövzunun seçilməsini sərbəst həyata keçirir. Bir çox alimlərin fikrincə mövzunun seçilməsi elmi işin icrasından daha çətin və məsuliyyətli sayılır.
Seçilən mövzu aktual, hal–hazrda həlli tələb olunan olmalıdır. Bu əsas tələblərdən biridir. Aktuallığı dəyərləndimək üçün meyar yoxdur. Nəzəri elmi sahələrdə adətən mövzunun aktuallığını tanınmış alimlər təyin edirlər. Texniki sahələrdə isə bu gözlənilən iqtisadi effektlə ölçülür.
Mövzu yeni elmi məsələnin həllini şərtləndirməlidir. Bu o deməkdir ki, bu mövzu seçilən formada heç vaxt işlənməyib. Təkrarlamaya yol verilmir.
Elmi–tədqiqat işlərinin planlanması onun rasional təşkili üçün böyük əhəmiyyət daşıyır. Bunun əsasında elmi–tədqiqat institutlarının qarşısında kompleks problemlərin həlli qoyulur. Planlama prosesində aşağıdakı mərhələlər fərqləndirilir.
İşçi proqram – tədqiqatın məqsədi və hipotezlər nəzərə alınmaqla işlənmiş ümumi konsep­siyadır. Adətən iki hissədən ibarətdir: metodoloji və prosedur. Metodoloji hissəyə aşağıdakı bölmələr daxildir:

Problemin qoyulması – həll olunacaq məsələlərin müəyyənləşdirilməsinə və ya elmi–praktiki işlərə yönəlirlər. Sosial problem dedikdə cəmiyyətdə mövcud olan sistemlərin və onun ayrı–ayrı elementlərinin inkişafındakı ziddiyyətlər nəzərdə tutulur.
Elmi problem – cəmiyyətin tələbləri haqqında biliklər və onların yerinə yetirilməsi yolları və vasitələri haqqındakı biliklər arasındakı ziddiyyətlərdir. Tədqiqatın obyekti və predmetinin təyini elmi–tədqiqat işlərində əsas metodoloji mərhələ sayılır.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə