Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə12/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Elmi hipotezin əsaslandırılması
Qoyulmuş problemin nəzəri araşdırılması hipotezlərin irəli sürülməsi və əsaslandırılması ilə başlayır. Elmi hipotez (və ya fərziyyə) – bütün tədqiqat prosesini təşkil etmək üçün tətbiq olunan metodoloji alət olub, baş verən hadisənin ehtimal edilən səbəbinin yoxlanmasını və təsdiqini tələb edir. Məntiqə görə hipotez yalnız ehtimal xarakteri daşıyır, yəni o əsas səbəb haqqında geniş məlumata malik deyil. Buna baxmayaraq hipotezlər problemin ilkin həlli üçün baza rolunu oynayır və mövcud problemin köhnə nəzəriyyələrlə izahının mümkünsüzlüyü, bəzi hallarda isə onlarla zid­diyətdə olmasını göstərməlidir. Etibarlı və təsdiq olunmuş hipotezlər araşdırılan hadisələr arasındakı münasibəti düzgün izah etməyə imkan verərsə, son nəticədə yeni qanunların kəşfinə imkan yarana bilər. Proses zamanı hipotezlərin yoxlanılması lazımı nəticəni vermədikdə onun dəyişdirilməsi labüddür.
D.Mendeleyev və Ç.Darvin də öz elmi tədqiqatları zamanı hipotez mərhələsini keçiblər. M.Lomo­no­so­v­un işlərində hipotezlərin tətbiqi onun dahi kəşflərinə imkan açmışdır. Mendeleyevə görə hipotez elmi–tədqiqatın əsas elementi sayılır. O, faktların yığılması, təsviri, sistemləşdirilməsi və öyrənilməsini; hadisənin baş verməsi üçün hipotezin yürüdülməsini; hipotezdən doğan məntiqi nəticənin sınaqlarla yoxlanılmasını; hipotezin əsaslı qanuna çevrilməsi və ya ondan imtinanı tələb edirdi.
Qeyd edildiyi kimi hipotezin əsas sütunu ehtimaldır. Məhz onun ətrafında digər elementlər birləşərək biliklər sistemini yaradırlar. Elmi problem nə qədər çətin həll olunandırsa, hipotezlərdə elmin sistemləşdirilməsi səviyyəsi də bir o qədər yüksək olur. Bu sistemdə hipotez nə qədər müsbət nəticə əldə edərsə, o, bir o qədər predmet ilə real hadisə arasında əlaqəni dəqiq qiymətləndirməyə imkan verər. Hipotezin yürüdülməsi və təsdiqi vahid proses daxilində bir–birindən asılı olmayan iki sərbəst mərhələ sayılır. Müxtəlif hipotez və mərhələlərdə əqli işin bu və ya digər forması başqa elementlərlə münasibətdə dominantlıq edə bilər. Hipotezin yoxlanması yalnız ona daxil olan anlayışların hamısının empirik interpretasiyası mövcud olduqda mümkündür.
Hipotezləri təsviredici, izahedici proqnozedici olaraq üç növə bölürlər. Təsviredici hipotez obyektin mövcud xarakteri, onunla ayrı–ayrı elementlər arasında əlaqənin xarakteri haqqında ehtimaldır. İzahedici hipotez səbəb–nəticə arasındakı asılılıq haqqında ehtimaldır. Proqnozedici hipotez isə tədqiqat obyektinin inkişafındakı tendensiya və qanunauyğunluqlar haqqında ehtimaldır.
Hipotezlərin roluna Evklid həndəsəsinin yaranması misalında baxaq. XIX əsrin ortalarında bir çox riyaziyyatçı alimlər Evklid həndəsəsinin (Müstəvi həndəsəsi) əsasında duran aksiomları araşdırarkən Evklidin 5-ci postulatının dəyişilməsinin mümkünsüzlüyünü göstərmişdilər. Yəni düz xətdən kənarda yerləşən nöqtədən ona yalnız paralel bir düz xətt keçirmək olar. Bu hipotezin geniş araşdırılması sayəsində müsbət və mənfi əyriliyə malik bir çox qeyri-standart həndəsələr yaranmışdır (Lobaçevski və Riman həndəsləri). Bu yeni həndəsi elmlər fəza strukturlarının tədqiqində tətbiq tapmış və hazırda kosmologiya və fizikada geniş istifadə olunur. Buradan görünür ki, Evklid hipotezi rədd edilə bilmədi, ancaq onun əvəzində daha dəyərli elmi nəticələr əldə edildi. Sosial sahələrdə hipotezlərin rolu böyükdü. Belə ki, ingilis iqtisadçı alimi Con Meynard Keynsin (1883‒1946) araşdırmaları iqtisadiyyatdakı periodik neqativ dəyişilmələri proqnoz etməyə imkan vermişdi. Nəticədə onun cəmiyyətə təsirinin qarşısını almaq üçün preventiv tədbirlər görməyə imkanlar yaranmışdır. Fransız alimi Leverye (1811‒1877) Merkuri planetinin trayektoriyasında olan anomaliyanı əsas götürərək onunla günəş arasında daha bir planetin olması hipotezini irəli sürür. Uzun illər bu planetin axtarışı ilə məşğul olan astronomlar hipotezin yanlış olması qərarına gəlirlər. Amma axtarışların nəticəsində Neptun planeti kəşf edilir.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə