Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə8/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

İdeallaşdırma – təbiətdə mövcud olmayan və yalnız obrazı olan obyekt haqqında təsəvvürün yaradılmasıdır. Bu metodun tətbiqinə dair misal kimi “ideal qaz”, “ideal məhlul”, “nöqtə”ni göstərmək olar. İdeallaşdırma metodu əsasən təbiət elmlərində geniş tətbiq tapır. İdeallaşdırılmış obyekt üzərində istənilən nəzəri təfəkkür işləyə bilir. Onlar böyük evristik əhəmiyyətə malik olurlar, çünki, yalnız onların köməyi ilə bu və ya digər proseslərə aydınlıq gətirən nəzəri modellər yaratmaq və qanunlar formulə etmək olar. Ona görə də, ideallaşdırılmış obyektlər nəzəri biliyin inkişafında önəmli element sayılır.
Formallaşdırma – dərketmənin nəticələrinin dəqiq və ya təsdiq olunmuş şəkildə təsviridir. Formallaşdırma intuitiv düşünmənin əksi də hesab edilir. Riyaziyyatda və məntiqdə formallaşdırma – yığcam biliyin xüsusi işarələr və ya xüsusi dillərin köməyi ilə təsvirini göstərir. Formallaşdırma zamanı fikrin məzmundan uzaqlaşdırılıb nəticənin sistemli şəkildə araşdırılmasına və eyni zamanda digər nəticələrlə koordinasiya edilməsinə imkan verilir. Bu metod elmi biliklərin inkişafında önəmli rol oynayır, çünki, intuitive anlayış nisbətən aydın olsa da elm üçün yararlı deyil. Həqiqi elm yalnız abstrakt düşünmə, tədqiqatçının məntiqi dil formasında baş verən ardıcıl mühakimələr sayəsində mümkündür.
İnduksiya – fərdi haldan ümumi hala keçid üçün mühakimənin sürülməsidir. Bu halda faktlar əsasında ümumi hipotezin yaradılması baş verir. İnduksiyanın əsasında sınaq, eksperiment və faktların yığılmasına imkan verən müşahidələr durur. Bu faktları öyrənərək və analiz edərək tədqiqatçı bir sinifə aid olan hadisələrin ümumi və təkrar olunan xüsusiyyətlərini müəyyən edir. Nəticədə fərdi obyektlər qrupuna aid olan xüsusiyyətlərin bütün sinifə inikas etdirilməsinə imkan verən mühakimələr yaradılır. İnduktiv nəticələrin üstünlüyü ondan ibarətdir ki, o ayrı-ayrı faktorlardan ümumi müddəalara keçməyə, hadisələr arasındakı asılılıqları müəyən etməyə, empirik əsaslandırılmış hipotezlərin qurulmasına və ümumiləşdirməyə şərait yaradır. Şəkil 1.1-də induktiv yanaşma əyani təsvir edilir.
Deduksiya – ümumi məlumat əsasında fərdi nəticələri əldə etməyə imkan yaradır. Yəni, predmet haqqında yeni məlumatın əldə olunması eyni sinifdən olanların araşdırılması əsasında yerinə yetirilir. Əgər bilik induktiv mühakimələr əsasında əldə edilibsə, onda deduksiya alınan biliyi genişləndirərək induksiyanı tamamlayır. Deduksiyanın idrak baxımından əsas dəyəri ondan ibarətdir ki, ümumi nəticə kimi sadə icmal yox, hər hansı bir hipotetik mühakimə, elmi ideya meydana gəlir. Belə olan halda deduksiya yalnız tamamlayıcı rol deyil, yeni nəzəri sistemin yaranmasının bünövrəsini qoymuş olur. Elmi–tədqiqatın ilkin mərhələlərində induksiya üstünlük təşkil edir, inkişaf mərhələsində isə tədricən deduksiya daha böyük rol oynmağa başalayır. Bu baxımdan elmi-tədqiqatın bu iki əməliyyatı bir-biri ilə sıx bağlıdır.






Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə