Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə2/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Elm cəmiyyətlə daima qarşılıqlı münasibətdə olaraq müəyyən təsirə malik qalır. Antik dövrdən fərqli olaraq müasir cəmiyyətin inkişafı çox vaxt elmi tədqiqatların mövzularını müəyyənləşdirir (məsələn, bəşəriyyətin xərçəng xəstəliyindən qurtulması üçün əlacın axtarılması). Aparılan elmi işlərin vəziyyətinə cəmiyyətdə mövcud olan texniki bazanın təsiri böyükdür. Fundamental elmlərin məqsədli aparılması praktiki elmlərin də ardıcıl inkişafına stimul verir. Cəmiyyət müəyyən elmi problemlərin çözülməsini birbaşa sifariş etsə də, elmin inkişafı özünəməxsus yolla davam edir. Məsələn, elm ehtiyatının inkişafı adlanan anlayış mövcuddur. Bu ehtiyat mövcud olmadan elm heç bir problemi həll etmək iqtidarında deyil. Elmin inkişaf prosesi öz əksini təkcə müsbət elmi biliklərin toplanmasında tapmır. O, həmçinin elmin bütün strukturunu əhatə edir. Hər bir tarixi mərhələdə elmi fəaliyyət müəyyən idrak formalarının toplumundan – izahetmənin üsulları, prinsipləri və sxemlərindən istifadə edir. Məsələn, antik dövr düşünmə tərzi üçün yalnız müşahidə yolu ilə biliyin əldə olunması səciyyəvi idi. Müasir dövrün elmi isə daha çox sınaqlara və dərindən araşdırılan problemin daha kiçik elementlərə bölünməsinə əsaslanan analitik yanaşmaya söykənir. Müasir elmi araşdırma bütövlüyə can atır və tədqiqat obyektinin hər tərəfli əhatə olunmasına cəhd edir. Hər bir elmi düşüncə tərzinin strukturu təsdiq olunduqdan sonra idrakın ekstensiv inkişafına, onun yeni sahələrə yayılmasına yol açır. Çox vaxt mövcud üsullarla izah oluna bilməyən elmi biliklərin toplanması elmin daha yeni, daha intensiv inkişaf yollarının axtarılmasını şərtləndirir ki, bu da öz növbəsində elmi inqilablara səbəb olur. Nəticədə elmin əsas struktur təşkiledicilərinin radikal olaraq dəyişdirilməsi, idrakın yeni forması, elmin kateqoriya və üsulları meydana gəlir.
Mühazirə 2.
Elmi-tədqiqat üsullarının strukturu və mərhələləri
Elmi bilik elmi–tədqiqat prosesi sayəsində qazanılır. Tədqiqat işləri bilikistehsalının əsas hərəkətverici qüvvəsidir. Bu baxımdan elmi–tədqiqat fəaliyyəti strukturunun yaxından öyrənilməsi önəmlidir. Elmi–tədqiqat fəaliyyətinin əsas təşkiledicisinə subyekt, obyekt və vasitə daxildir. Bu halda “subyekt–obyekt” adlanan qnoseoloji sistem konkretləşərək bu formanı alır: “tədqiqatçı–tədqiqat vasitəsi–tədqiqat obyekti”. Müasir cəmiyyətdə subyekt bir–bir ilə qarşılıqlı əlaqədə olan üç müstəvidə mövcuddur. Birinci müstəvidə subyekt kimi, elmi işi kollektiv işin tərkib hissəsi olmayan fərd (tədqiqatçı, alim) fəaliyyət göstərir. İkinci müstəvidə elmi idrakın subyekti kimi kollektiv çıxış edir. Burada fərdi biliklərin inteqrasiyası “yığcam alim” (laboraoriya, institut, akademiya və s.) rolunu oynayır. Sonuncu, üçüncü mərhələdə elmi idrakın subyekti kimi bütöv bir cəmiyyət çıxış edir. Bu halda ön plana elmin sosial təşkili və onun müxtəlif sosial–iqtisadi strukturlardakı xüsusiyyətləri üzə çıxarılır. Beləliklə, qeyd olunan müstəvilər fərdi və kollektiv dialektikanı elmi idrakın subyektində göstərməyə imkan verir. Bu hər üç müstəvi elmdə təqdim olunur və hər birinin öz əhəmiyyəti var.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə