Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə3/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Elmi fəaliyyətin obyekti tədqiqatçının aktiv maddi–praktiki və nəzəri fəaliyyəti zamanı meydana gəlir. Reallığın bir parçasının elmin obyektinə çevrilməsi üçün ona fiziki təsir göstərilir, məsələn, fiziki–praktiki sınaq zamanı. Reallığın nəzəri təfəkkürün obyektinə çevrilməsi üçün isə onu elmi abstraksiya üsullarının köməyi ilə ideal obyektə “çevirirlər”. Buradan “elmin predmeti” anlayışının yaradılması zərurəti meydana gəlib.
Eyni bir obyekt bir çox elm sahələrinin predmetinə çevrilə bilər, məsələn insan onlarca elm sahələrində (təbiət elmləri, sosial–humanitar elmlər) tədqiqat obyekti kimi öyrənilmişdir. Eyni misalı dil, texnika üçün də çəkmək olar. Gələcəkdə verilən obyekt haqqında, müxtəlif elm sahələrindən əldə edilən biliklərin sistemli yanaşma üsulunun köməyi ilə birləşdirilməsi sayəsində ümumi nəzəriyyənin və eyni zamanda yeni fənnin yaradılmasına ehtiyac duyula bilər. Başqa bir hal da mümkündür: elmin predmeti mövcud bir çox obyektlərin məlum parametrlərini müəyyən münasibətdə əks etdirir. Məsələn, kimya elminin predmeti – müxtəlifmaddələrin tərkibinin və quruluşunun dəyişilməsi ilə müşaiyət olunan çevrilməni əhatə edir; fiziologiyanın predmeti – müxtəlif canlı orqanizmlərin funksiyalarını (boyu, çoxalması, nəfəsalması və s.), onların ətraf mühitə uyğunlaşmasını, mənşəyini və evolyusiya ərəfəsində inkişafını öyrənir.
Elmi fəaliyyətin vasitələrinə material–texniki cihazlar, alətlər, avadanlıqlar və s., həmçinin dil vasitələri – ümumi və elmi dil daxildir. Onu da qeyd etmək lazımdır ki, son zamanlar texniki inkişaf sayəsində elmi–tədqiqatın bütün vasitələrinin yeniləşməsi nəzərə çarpır. Prinsipial məqam kimi, kompyüter və elmi işçilərin təkcə verilənlər bazalarına daxil olmaq imkanı yox, həmçinin ekspert dairələrində nəticələrin müzakirəsinə imkan verən və beynəlxalq məlumat məkanında yerləşdirilməsinə şərait yaradan internetin tədqiqat işlərinin tərkib hissəsi olması danılmazdır.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə