Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə7/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Material modelləşdirmə – real obyektləri əvəzləndiricilərin (modellərin) köməyi ilə araşdırmağa xidmət edir. Model – material cəhətdən reallaşdırılmış sistem olub, obyektlə oxşar hala malikdir. Onlar əşya şəklində mövcud olurlar (maketlər, funksional və ya sınaq modelləri).


Nəzəri tədqiqat metodları
Abstraktlaşdırma – araşdırılan obyektin az əhəmiyyətli olan xassələrini aradan götürməklə onun maraq doğuran əsas göstəricilərinin seçilməsidir. Abstraktlaşdırma və abstraksiya bir-birindən fərqli proseslərdir. Birinci hal nəticənin, yəni, abstraksiyanın əldə olunmasına aparan əməliyyatlar toplumudur. Abstraksiyaya misal olaraq: ağac, ev, yol, maşın və s. göstərmək olar. Abstraktlaşdırma prosesi isə məntiqi qavrama sistemində analiz və sintez ilə sıx əlaqədardır.
Aksiomatik – ilk dəfə olaraq Evklid tərəfindən tətbiq olunmuşdur. Metodun mənası ondan ibarətdir ki, problemin müzakirəsinin əvvəlində sübutu tələb olunmayan ilkin hallar (hipotezlər) məlumdur. Bu hallara aksiomlar və ya postulatlar deyilir. Aksiomdan müəyyən qaydalara əsasən mühakimələr yürüdülür. İlkin aksiomlar və onların əsasında əldə edilmiş təkliflər toplumu aksiomatik qurulmuş nəzəriyyəni əmələ gətirir.
Analiz – predmetin təşkiledicilərə bölünməsinə əsaslanır. Analiz zamanı tədqiqatçı araşdırılan obyekti əqli olaraq parçalayır, yəni onun hansı hissələrdən və eyni zamanda hansı xassələrə malik olmasını təsəvvür edir. Bu zaman xüsusi hal kimi analiz olunan predmet bir neçə sinif predmetlərin nümayəndəsi kimi çıxış edir. Belə halda analiz bir qrup predmetlərin öyrənilməsində əldə olunan biliyin digərlərinə tətbiq etməyə imkan verən vahid strukturun yaradılmasına xidmət edir. Analizin başqa növü predmetlərin ümumi xassələrini və onlar arasındakı münasibətləri ümumiləşdirməkdən ibarətdir.
Sintez – analiz zamanı alınan bilikləri vahid sistemdə birləşdirməyə imkan verir. Elmi fəa­liyyətdə analiz və sintez bir–biri ilə sıx əlaqədə olub, münasibəti araşdırılan obyektin xassələrin­dən və tədqiqat məqsədindən asılı olaraq müxtəlif forma ala bilirlər. Birbaşa analiz və sintez obyektin səthi araşdırılması zamanı tətbiq olunur. Obyektin dərindən tədqiqi zamanı isə struktur–genetik analiz və sintez icra edilir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə