Mühazirə Cəmiyyətin inkişafında elmin rolu


Şəkil 1.1. İnduktiv və deduktiv metodların sxematik təsviri



Yüklə 2,16 Mb.
səhifə9/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Şəkil 1.1. İnduktiv və deduktiv metodların sxematik təsviri


Nəzəri (əqli) modelləşdirmə – obyektin əqli obrazlar əsasında təxəyyüldə yaradılmasıdır. Nəzəri metod obyekt mövcud olmadıqda və ya onun fiziki reallaşdırılması mümkün olmadıqda tətbiq olunur. Real sistemlərin nəzəri modelləşdirilməsi simvolik və ya riyazi ola bilər. Bu halda obyektin tədqiqi əqli ekspe­ri­mentlər sayəsində yoxlanılır. İdeal obyektlər müəyyən dinamik modelləşdirmə çərçivəsində bir-biri ilə münasibətə girərək real mümkün ola biləcək hərəkətləri imitasiya edirlər. Hazırda obyektlərin tədqiqi zamanı riyazi modelləşdirmədən geniş istifadə edilir. Kompyüter texnikasının sürətli inkişafı buna daha geniş imkanlar açır. Riyazi modelləşdirmə zamanı obyekt yalnız onun hal göstəricilərinin riyazi asılılıqlarından istifadə etməklə təsvir edilir. Burada formallaşdırılmış məlumatlar geniş yer tuturlar.
Hər bir elmi sahə konkret olaraq öz xüsusi elmi metodlarını tətbiq edir. Bəzi hallarda yalnız bir elm sahəsi üçün işlənmiş elmi metodlar digər sahələrin tədqiqində də dəyərli olur. Bu onunla bağlıdır ki, bu elmlərin tədqiqat obyekti eyni zamanda digər elmlərin qanunlarına tabe olur. Məsələn, fiziki və kimyəvi tədqiqat metodları biologiyada da o əsasla tətbiq olunur ki, bioloji tədqiqat obyektləri də özlüyündə materiyanın fiziki və kimyəvi hərəkət formalarını təsvir edən qanunlara tabe olsun.


Mühazirə 4.
Tədqiqatın metodologiyası

Elmi-tədqiqat işlərinə başlamazdan öncə tələbələr və gənc tədqiqatçılar elmi işin metodları və metodologiyası ilə tanış olmalıdırlar. Burada vacib aspektlər çoxdur: problemin və tədqiqat mövzusunun seçilmə metodikası, faktların toplanması və sistemləşdirilməsi, köklü tədqiqatın ideyası olan problemin inkişaf tarixi. Fəlsəfi baxımdan ideya insan idrakının məhsulu olub həqiqəti əks etdirir. Onun tərkibinə idrakın məqsədinin başa düşülməsi, tədqiqat perspektivi və onun praktiki əhəmiyyəti daxildir.


İstənilən elmi-tədqiqat işi müəyyən üsulların və fəndlərin verilmiş qaydada tətbiqi sayəsində həyata keçirilir. Bu prinsiplər, təşkiletmə üsulları, o cümlədən nəzəri, həmçinin praktiki fəaliyyətin quruluşundan ibarət sistem haqqındakı elm metodologiya (yun. μεθοδολογία – metodlar haqqında elm) adlanır. Me­­todo­logiyanın digər bir təyinat sahəsi elmi idrak haqqındadır. Elm metodologiyası bir tərəfdən elmi-tədqiqatın tərkib hissələri olan obyekti, predmeti, məsələnin həlli üçün vacib sayılan tədqiqatın məqsədini, vasitələr toplumunu səciyyələndirir; digər tərəfdən araşdırma prosesində hərəkətlər ardıcıllığı haqqında təsəvvür formalaşdırır. Metodoloji bilik istər yazılı formada, istərsə də normativ şəkildə, yəni fəaliyyətin aparılmasına bir başa təlimatlar və göstərişlər verməklə çıxış edə bilər. Bu şəkildə metodologiya birbaşa fəaliyyətin icrasına yönəlir.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə