Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə14/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Qanunauyğunluq – müəyyən məkan və zamanla bağlı olan hadisə və proseslər arasında obyektiv və daimi mövcud olan, ancaq qanuna nisbətən az stabil və aydın olan əlaqələri təsvir edir. Qanunauyğunluğu kifayət qədər sərt kəmiyyət göstəricilərinin köməyi ilə təsvir etmək mümkündür. Qanunauyğunluqlar adətən qanunlara söykənir və daha çox inkişafda olan sistemlərə aid edilirlər.
Elmi prinsip – elmi nəzəriyyənin əsas elementlərindən biri olub, elmin müəyyən sahəsində həqiqi faktlar massivinə aid olan birləşdirici, sintezedici və təşkiledici funksiya rolunu oynayır. Nəzəriyyənin obyektləri arasında daimi mövcud olan əlaqələr haqqında bilik verən elmi qanunlardan fərqli olaraq, elmi prinsip özlüyündə elmi nəzəriyyənin elementlərinə qoyulan tələbatları müəyyənləşdirir (Qalileyin nisbilik prinsipi, Borun natamamlıq prinsipi, Dalamber prinsipi, sadəlik prinsipi və s.).
Elmi nəzəriyyəyə bir çox vacib tələblər qoyulur:
1. Elmi nəzəriyyə təsvir olunan obyektə adekvat olmalıdır. Bu müəyyən sərhədlərdə eksperimental tədqiqatın nəzəri biliklərlə əvəz olunmasına imkan yaradır.
2. Nəzəriyyə prosesin, obyektin müəyyən xassələrinin tam təsvirini mümkün etməlidir, yəni bu sahədə bütün sınaq nəticələri nəzəriyyənin ilk bazası olan prinsip, anlayış, abstraktsiya, ideallaşdırma və aksiomların köməyi ilə təsvir olunmalıdırlar.
3. Nəzəriyyəyə daxil olan komponentlər arasındakı əlaqələr izah olunmalıdırlar. Bir müddəadan başqasına keçidə imkan verən münasibətlər formalaşdırılmalıdır.
4. Nəzəriyyə daxilində inkarlıq olmamalı və onun sınaq nəticələri ilə uyğun gəlməsi təmin edilməlidir.
Qeyd olunan tələbatları ödəyən nəzəriyyələr müəyyən göstəricilərinə görə fərqlənirlər. Bu göstəricilərə evristiklik, konstruktivlik və sadəlik aiddir.
Nəzəriyyənin evristikliyi onun proqnozlaşdırılmış və izahedici imkanlarını əks etdirir. Bu həqiqi nəzəriyyə üçün əsas arqument sayılır. Burada onu demək yerinə düşərdi ki, nəzəriyyənin riyazi aparatı vacib rol oynayır. O, dəqiq kəmiyyət proqnozları verməklə, daha yeni proseslərin kəşfinə aparır.
Konstruktivlik dedikdə nəzəriyyənin əsas müddəa, prinsip və qanunlarını müyyən qaydalar üzrə sadə yoxlanması nəzərdə tutulur. Nəzəriyyənin sadələyi ümumiləşdirilmiş qanun və məlumat­ların ixtisar və sıxlaşdırılması sayəsində əldə edilir. Nəzəriyyəni təkçə statistik yox, həm də dinamiki qiymətləndirmək olar. Nəzəriyyə növü nə qədər çox faktlara aid edilərsə, o daha çox üstünlüyə malik olur.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə