Mühazirə Cəmiyyətin inkişafında elmin rolu


Mühazirə 9. İdeyaların işlənməsi. E



Yüklə 2,16 Mb.
səhifə20/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Mühazirə 9.
İdeyaların işlənməsi. Elmi işin əsas hissəsinin rtibi
Əgər diplom işinin mövzusu tələbə tərəfindən təklif olunubsa, onda demək olar ki, artıq mövzunun refleksiyası prosesinin, həmçinin ideyaların toplanmasının ilk mərhələsi tamamlanıb. Əksər hallarda bu məsələlərin baxışına kifayət qədər vaxt planlanmalıdır. İdeyaların işlənməsi üçün tələbəyə ağ kağız, qələm və sakit guşə lazımdır. Bu mərhələnin məqsədi ilkin ədəbiyyat mənbələrindən məlum olan ideyalar, tövsiyyələr və empiric tədqiqatlar üçün iş alətləri haqqında məlumatları struktursuz qeyd etməkdən ibarətdir. Belə ideya cizgiləri işin ilkin planını işləməyə şərait yaradır.
İlkin iş planının tərtibi
İlkin iş planı işlənən mövzunun məzmununun toplanmış ideyalar əsasında formalaşan ilk strukturunu göstərir. Bu plan işin əsas mərhələlərinin ardıcıllığı haqqında məlumat verərək onun əsas hissəsinin ilkin strukturunu ifadə edir. Giriş və nəticə arasına daxil olan elmi işin bu bölməsində:

  • Seçilmiş problemə aid elmin hazırkı vəziyyəti göstərilir;

  • Elmi arqumentlər irəli sürülür (məsələn: bir nəzəri işdə sübuta yetirmə və ya empirik tədqiqat üçün seçilmiş həll yolunun təsviri);

  • Nəzəri biliklərin artımı və ya empirik tədqiqatların nəticələrinin prezentasiyası aparılır.

Materialın toplanması
İlkin iş planın tərtibi ilə elmi materialların toplanmasına istiqamət verilmiş olur. Materialın əldə edilməsi ilk növbədə ədəbiyyatların axtarışını əhatə edir. Elmi işdə qoyulmuş məqsəddən asılı olmayaraq həmişə ilkin olaraq artıq mövcud elmi nəticələrə (nəzəriyyə, empirik verilənlər və ya metodlar) istinad edilir. Empirik işlərdə materialın toplanması zamanı əsasən empirik mövzunun həcmi, ona ayrılmış vaxt və iş metodu nəzərə alınmalıdır.
İş planının dəqiqşdirilsi və toplanmış materialın qiymətləndirilməsi
Toplamış məlumatların və ədəbiyyatların analizi əsasında iş planının nə dərəcədə dəqiqləşdirilməsinin mümkünlüyü yoxlanılır. Empirik işlərdə bu mərhələ toplanmış məlumatların qiymətləndirilməsini də əhatə edir. Əgər bu mümkün deyilsə, onda mövzunun yenidən öyrənilməsinə qayıdılır və aşkar olunan maneə aradan qaldırılır.
Bu problem olmadıqda iş planının dəqiqləşdirilməsinə başlamaq olar. Əldə olunmuş ədəbiyyat mənbələrinin nəzərdən keçirilməsi planın təkmilləşdirilməsi ilə paralel aparılır. Oxuma zamanı daimi olaraq diqqətdə saxlamaq lazımdır ki,
1) baxılan ədəbiyyat hansı bölmədə, hansı fəsildə tətbiq oluna bilər,
2) baxılan ədəbiyyat uyğun gəldiyi bölmənin və ya fəsilin altında bir neçə kəlmə ilə qeyd oluna bilərmi?
Bu yolla mütaliyə zamanı arqumentasiya üçün dəyərli olan ədəbiyyatların itməsi, nəzərdən qaçmasının qarşısı alınır. Ədəbiyyatların seçilməsi və işlənməsinə III fəsildə ətaflı baxılır.
Empirik işlərdə əldə olunmuş məlumatların qiymətləndirilməsi bu mərhələdə yerinə yetirilən ikinci fazadır. Yığma üsulundan (yazılı sorğu formulyarı, müsahubələr və s.) və məqsəddən asılı olaraq qiymətləndirmə prosesi vaxta qənaət üçün xüsusi proqram təminatlarının tətbiqi sayəsində dəqiq planlanmalıdır.

Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə