Mühazirə Cəmiyyətin inkişafında elmin rolu


Mühazirə 8. Elmi işlərin tərtibinə dair ümumi anlayışlar



Yüklə 2,16 Mb.
səhifə19/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Mühazirə 8.
Elmi işlərin tərtibinə dair ümumi anlayışlar
Elmi işin mərhələləri
Əvvəlki bölmədə bu haqda fəlsəfi baxımdan ətraflı söhbət açıldığından, burada elmi işin mərhələləri konkret olaraq mövzu seçildikdən sonra tələbə və ya elmi işçi tərəfindən hansı növbəti məsələlərin həll edilməsi misalında izah edilir.



Şəkil 2.1. Elmi işin yerinə yetirilmə mərhələləri.

Qoyulmuş elmi tapşırığın həllində görüləcək işlər aşağıdakı mərhələlərə bölünür [28]:


- İlkin (məqsəd) mərhələ: Tələbə və ya elmi işçi seçilmiş mövzunun elmi araşdırılmasına başlayır. İlk növbədə məqsədin axtarılması və formulə edilməsinə cəhd edilir.
- İcra mərhələsi: Bu mərhələnin əsas tərkib hissəsi iş planının tərtibi, materialların toplanması, verilənlərin qeyd olunması, toplanmış verilənlərin (məlumatların) məqsədyönlü meyarlar əsasında strukturlaşdırılması və qiymətləndirilməsindən ibarətdir.
- Nəticə mərhələsi: Qiymətləndirilmiş verilənlər (ədəbiyyatlar, seçilmiş məlumatlar) nəticə şəklində təsvir və ya prezentasiya olunur. Bu mərhələdə diplom və ya layihə işinin yazılı şəkildə hazırlanması baş verir.
Şəkil 2. elmi işin yerinə yetirilməsi prosesini yaxından öyrənməyə imkan verir.
Elmi işin mövzunun seçilməsində yardım edən tövsiyələrə aşağıdakılar aiddir:
- İşin mövzusunu tədqiqat predmeti təyin etdiyindən ilk növbədə tələbə tədqiqatın obyektini və onun predmetini müəyyənləşdirməlidir.
- Mövzunun seçilməsinin ən vacib meyarı onun aktuallığı sayılır.
Mövzunun aktuallığı dedikdə onun xalq təsərrüfatı, cəmiyyət üçün qiyməti başa düşülür, yəni qeyd olunan sahələrin tələbatını ödəmək üçün qarşıda duran məsələlərin həllində bu mövzunun vacibliyi nəzərdə tutulur. Məsələn, “Müəssisənin administrativ prinsiplər əsasında idarə sisteminin təkmilləşdirilməsi” mövzusu aktual deyil. Bunun əksinə “Bazar iqtisadiyyatı şəraitində müəssisənin fəaliyyətinin idarə mexanizmləri” aktual mövzu sayılır.

  • Mövzunun yeniliyi yeni, tədqiq olunmamış obyektlərin araşdırılması və ya məlum obyektlərin qeyriənənəvi nöqteyinəzərdən, qeyriənənəvi metodlarla tədqiqi ilə təmin olunur.

- Mövzunun perspektivliyi onun gələcəkdə daha geniş şəkildə araşdırılması imkanlarını əhatə edir. Məsələn, kurs işində yerinə yetirilən perspektiv mövzu tələbəyə gələcəkdə onu buraxılış və hətta dissertasiya işində də araşdırmaq şansı verir.
- Tələbənin seçdiyi mövzu onun təhsil aldığı sahənin əsas inkişaf istiqamətinə, eyni zamanda ali məktəbin məşğul olduğu elmi istiqamətə uyğun gəlməlidir. Elmi istiqamət deyəndə vaxtaşarı bu və ya digər elmi problemlərin həllinə çalışan ali məktəb kollektivinin məşğul olduqları elmitədqiqatlar sahəsi başa düşülür. Elmi istiqamət müxtəlif elmi problemlərə bölünür. Bir neçə kollektiv onların həlli ilə iki il və ya daha artıq müddətdə məşğul olur. Hər bir elmi problem bir çox mövzulardan ibarətdir. Mövzu elmitədqiqatın müəyyən sahəsini əhatə edən elmi tapşırıqdır. O, bir çox elmi suallara əsaslanır. Elmi sual dedikdə nisbətən kiçik elmi məsələlər nəzərdə tutulur. Verilmiş mövzu üzrə araşdırma fərdi və ya kollektiv şəkildə, elmi işçilər qrupu tərəfindən icra olunur.
Tələbə tərəfindən seçilmiş mövzu onların gələcək praktiki işlərində qiymətləndirilməsi o biri bəndlərə nisbətən daha çox resurs tələb edir: məsələn, sənədlərin surətinin çıxarılması xərci, müsahibələrin planlanması, aparılması və qiymətləndirilməsinə sərf olunan vaxt.
Digər tərəfdən qarşıya qoyulmuş məqsəddən asılı olaraq seçilmiş mövzunun nə dərəcədə ətraflı işlənməsinin zəruri olması analiz edilməlidir. Bu faza növbəti mərhələ olan ideyaların işlənməsi üçün baza rolunu oynayan tövsiyyələrin tərtibi üçün ideal sayılır.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə