Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə18/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Eksperimental plan elmi problem və hipotez qoyulduqda həyata keçirilir. Burada obyektlə ona təsir edən amillər arasında əlaqə müəyyənləşdirilir. Proqramın prosedur hissəsində tədqiqat meto­dunun seçilməsi əsaslandırılır; metodlarla məqsədlər, tapşırıqlar və hipotezlər arasındakı əlaqələr göstərilir.


Mühazirə 7.
Elmi fəaliyyətin xüsusiyyətləri

Qoyulmuş elmi problemin həllində çalışan tədqiqatçıların fəaliyyətlərinin dəyərləndirilməsində iki fəaliyyət növü fərqləndirilir: fərdi kollektiv.


Fərdi elmi fəaliyyətin aşağıdakı xüsusiyyətləri vardır:
1. Tədqiqatçı öz fəaliyyəti çərçivəsində işin məqsədini müəyyənləşdirməlidir. Bu planlaşdırılmış tədqiqatın məqsədyönlü aparılması və qoyulmuş vaxt çərçivəsində həll olunması üçün çox vacibdir. Tədqiqat prosesi zamanı qarşıya çıxan hər maraqlı faktı ətraflı araşdırmaq qoyulmuş məqsəddən yayınmaq deməkdir. Çünki, hər yeni hadisə yeni faktlarla əlaqəlidir, onları araşdırmaq zəncirvari reaksiyaya düçar olaraq tamam
başqa istiqamətə yönələ bilər. Ona görə də, tədqiqatçı qarşıya qoyulmuş məqsəddən kənara çıxmamalıdır.
2. Elmi–tədqiqat işi digər insanlar tərəfindən artıq görülmüş işlərin bazasında aparılır. Ona görə də, işə başlamamışdan öncə mövcud ədəbiy-yat mənbələr dəqiq öyrənilməlidir.
3. Tədqiqatçı elmi terminləri öyrənməli və iş prosesinin başa düşülən olması üçün anlayış aparatını qurmalıdır. Söhbət ondan getmir ki, məsələni qəliz dildə yazmaq lazımdır, əksinə ən qəliz məsələlər başa düşülən, sadə dildə yazılmalıdır. Digər tərəfdən, işçi adi dillə elmi dil arasında sərt xətt çəkməlidir, elmi dildə olan terminlərdən düzgün istifadə etməlidir.
4. Hər bir elmi işin nəticələri mütləq yazılı formada (hesabat, referat, məqalə, dissertasiya, kitab) tərtib olunmalıdır. Bu onunla bağlıdır ki, tədqiqatçı öz ideyalarını yalnız yazılı şəkildə dəqiq və səlis ifadə edə bilər. Digər tərəfdən, alınmış nəticələri yalnız bu yolla başqaları üçün əlçatan etmək olar. Eyni zamanda tədqiqatçının elmi fəaliyyətini dəyərləndirmək üçün imkan yaranır.
Kollektiv elmi fəaliyyət bir çox fərdlərin birgə işləməsi ilə şərtlənən, müəyyən özünəməxsus incəliklərini büruzə verir:
Fikirlərin pralizmi. Hər bir elmi iş yaradıcı fəaliyyət olduğundan bu prosesin məhdudiyyətlər daxilində aparılmaması vacib amillərdəndir. Əlbəttə böyük elmi məsələlər bir neçə işçinin iştirakı ilə araşdırıldığından əvvəlcədən hazırlanmış işçi proqramına ehtiyac yaranır. Amma bu ayrı– ayrı işçilərin ideya və tələblərini inkar etməyə şərait yaratmır. Elmi pro-sesdə diktatura məsələnin həllinə yalnız mənfi təsir göstərir. Məsələn, eyni elmi sahədə müxtəlif elmi məktəblər mövcud ola bilər. Onların effektiv işləmələri yalnız müxtəlif elmi baxışların, fikirlərin və yanaş-maların obyektivliyi şəraitində mümkündür. Bu və ya digər nəzəriyyənin qəbul edilməsi və ya inkar edilməsini praktika göstərir. Keçmişdə, fizikada R.Huk və İ.Nyutonun, fiziologiyada İ.Pavlovun işlədikləri nəzəriyyələri buna misal çəkmək olar.
Elmdə kommunikasiya bir elmi cəmiyyət daxilində əldə edilən nəticələrin digərləri ilə müzakirə edilməsi sayəsində yanılma və xətaların vaxtında aşkar edilməsi və hətta korreksiya edilməsi baxımından vacibdir. Əsasən də elmə yeni qədəm qoymuş gənc tədqiqatçıların müəyyən təcrübəyə malik insanlarla əlaqəsi onların işinin effektiv təşkil edilmə sində önəmli yer tutur. Şəxsi kontaktlardan əlavə, dövri təşkil olunan elmi konfranslar, simpoziumlar, seminarlar və ya xüsusi elmi mətbuatın köməyindən istifadə oluna bilər. Burada tədqiqatçı bir tərəfdən öz elmi nəticələrini çap etdirir və onları müzakirəyə çıxarır, digər tərəfdən başqalarının işləri ilə tanış olur.
Elmi işin nəticəsinin tətbiqi elmi fəaliyyətin vacib anı sayılır. Nəticələrin praktiki tətbiqi elmi sahədən və qoyulan məsələnin məz-munundan çox asılıdır. Praktiki elmlərdə bu çox vaxt məcburi bir akt sayılsa da, humanitar elmlərdə nisbi xarakter daşıyır. Çünki, bu sadəcə mümkün deyil. Belə bir misala baxaq. Hər il pedaqogika sahəsində onlarla dissertasiya müdafiə edilir. Bütün dissertasiyalardakı nəticələrin tədris prosesində tətbiq olunması üçün müəllimin böyük həcmli işlərin hamısını oxuması real görünmür. Burada tətbiq mexanizmi başqa şəkildə həyata keçirilir. Başqa tərəfdən heç də istənilən nəticəni tətbiq etmək mümkün olmur. Bir çox hallarda tədqiqatlar elmin özünün zəngin-ləşdirilməsi üçün həyata keçirilir. Yalnız müəyyən həcmdə elmi biliklər toplandıqdan sonra onların kütləvi praktikada tətbiqi bu və ya digər prosesin keyfiyyətinin dəyişdirilməsinə imkan aça bilər.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə