Mühazirə Cəmiyyətin inkişafında elmin rolu



Yüklə 2,16 Mb.
səhifə21/22
tarix30.12.2023
ölçüsü2,16 Mb.
#165912
növüMühazirə
1   ...   14   15   16   17   18   19   20   21   22
A4233. Mühazirələr. Elmi-tədqiqat işləri 2023 1-10

Mövzunun işlənməsi

Ədəbiyyat mənbələri qiymətləndirildikdən, şəxsi arqumentasiya xəttinə daxil edildikdən və empirik qeydlərdən lazım olan məlumatların seçil-məsindən sonra mövzunun işlənməsinə başlamaq olar. Bu mərhələdə mövzu nəticələrinin paralel olaraq qiymətləndirilməsi çaşqınlıq yarada bilər, ona görə də nəticələr ayrıca bölmədə baxılmalıdır.
Ali məktəbdə (təhsilin sonunda) buraxılış işinin yazılması təhsil pilləsinin daha bir mərhələsi kimi dəyərləndirilməlidir. Təcrübələr göstərir ki, ayrı-ayrı mərhələlərin işlənməsində böyük həcmdə (bəzən 200 səhifə) material yığılır. İşin sonunda isə bu materialdan buraxılış işləri üçün 45‒60 səhifə həcmində təmiz material işlənməlidir.
İşin təhvili

İşin təhvili ilə elmi işin mərhələ modeli tamamlanır. Tamamlanmış elmi iş elmi rəhbərə və ya kafedraya (magistratura və ya doktorantura şöbəsinə) təhvil verilir. Bunu etməzdən öncə buraxılış işinin kənar şəxs tərəfindən oxunub, dil baxımından korrektə edilməsi məsləhət görülür. İkinci şəxsin işə baxması vacibdir, çünki tələbə artıq neçə vaxtdır bu işi yazdığından o, təbii olaraq qrammatik, mexaniki və işarə səhvlərini görmür. Onun özünün korrektə etmək imkanı yalnız optik qavrama ilə məhdudlaşır.
Sonuncu variantın işlənməsi tələsik şəkildə baş verməməlidir. Son mərhələdə faylın əlavə variantının kompyüterin yaddaşında saxlanması çaşğınlığa səbəb olur. Bu mərhələdə nəzərə çarpan xətalar düzəliş edildikdən sonra onun çox vaxt bir neçə variantda yaddaşa verilməsi halları məlumdur. Çap mərhələsində hansı variantın düzgün olmasını araşdırmağa vaxt qalmadığından səhvlərə malik variant çap oluna bilər. İş tamam hazır olduqdan sonra o lazım olan nüsxədə çap olunur.

Mühazirə №10
Elmi işin əsas hissəsinin tərtibi
Elmi işin məqsədi

Elmi işin məqsədi konkret obyektin təyini və onun strukturunun, xarakteristikasının və əlaqələrinin elmdə işlənmiş prinsiplər və idrak metodları əsasında hərtərəfli və dəqiq öyrənilməsi, həmçinin insanın fəaliyyəti üçün faydalı nəticələrin əldə edilməsi və onların praktikada müəyyən effektlə tətbiq edilməsindən ibarətdir.


Kurs, layihə, buraxılış və dissertasiya işlərinin araşdırılmasında tədqiqatçının apardığı ədəbiyyat analizi elmi işin məqsədinə mühüm təsirə malikdir. Qarşıya qoyulan elmi işin mənsubiyyətindən asılı olmayaraq onun yerinə yetirilməsi müəyyən məqsəd güdür. Əsas məqsəd yeni biliklərin əldə olunmasıdır. Yeni biliklər bütün elm sahələrində tətbiq olunan əsas metodlardan asılı olaraq fərqləndirilir: 1. Nəzəriyyə (modellər), 2. Empiriya, 3. Metodlar (bax: Bölmə 1.2). Hər üç halda problemin həll olunmasında tədqiqatın öz töhfəsini verməsi gözlənilir. Bu elmi metodların tətbiqində qarşıya qoyulan məqsədlərin əldə olunmasını aşağıda misallar əsasında yaxından araşdıraq.
Nəzəriyyətə ya modelrə aid konkret hallara baxaq. Nəzəriyyə və ya modellər mövcud və davamlı çoxalan verilənlər (məlumatlar) arasında ümumi qaydanı təsvir edir. Bu baxımdan elmi işin məqsədi belə qaydaların tapılması və inkişaf etdirilməsindən ibarətdir. Modellər, təsvir üsullarından asılı olaraq üç kateqoriyada cəmləşməyə imkan verir.
Təsviredici model həqiqətin nəzəri olaraq ən sadə təsvir formasıdır. Bu çox zaman sadəcə müşahidəyə əsaslanır və "nə baş verir?" sualına cavab verir. İzahedici modellərdə artıq əldə olunan biliyin analiz əsasında izahına cəhd edilir. Nəticədə "niyə baş verir?" sualının cavabı axtarılır. Qərarverici modellərdə həll yolları və ya qərarqəbuletmə üçün tövsiyyələr işlənir. Bu mərhələ məntiqi olaraq izahedici modellərin bazasında baş verir.
Misal kimi bir müəssisə daxilində texniki avadanlığın alınmasında həll olunan məsələlərin icrasında yuxarıda qeyd olunan kateqoriyaların tətbiqinə baxaq. Müəssisəyə lazım olan avadanlığın xərci (Ksifariş) və onları anbarlarda saxlamaq xərclərinin (Kanbar) cəmi qərar qəbuletmə siyasəti üçün vacib amildir. Sifariş xərclərinə təkcə avadanlığın qiyməti yox, həm də onların müəssisəyə gətirilməsi ilə bağlı xərclər də daxildir. Bu xərclərin cəmini təsvir edən riyazi modelin məqsədi alınma və anbarlarda saxlanılma xərclərin minimumunu əldə etməyə imkan verən qərarların qəbuluna yardımçı olmaqdır:
Kümumi = Ksifariş +Kanbar → MIN
Empiriya
Empirik araşdırma birbaşa tədqiq olunan obyektin müşahidəsi sayəsində məlumatların toplanmasına istinad edir. Praktikada qazanılan verilənlər hər hansı bir fərziyyənin təsdiqi və ya inkarı üçün tətbiq edilə bilər. Fərziyyə təsdiq olunduğu halda bu yolla nəzəriyyə və ya modellər yaradılır və inkişaf etdirilir. Bunun nəticəsində praktikada çalışan icraçılar üçün tövsiyyələr işlənir. Empiriya özlüyündə bir məqsəd daşımır. Elmi–tədqiqat işlərinin orijinallığını nəzərə alaraq onu qeyd etmək lazımdır ki, istifadəyə yararlı bütün məlumatlar nəzərdən keçirilməlidir. Empirik verilənlərin əldə olunması müşahidələr, müsahibələr, eksperimentlər və ya mövcud sənəd-lərin analizi (məsələn, patentlər və ya müəssisə verilənləri) yolu ilə aparılır. Empirik biliklərin toplanması elmi işin tərtib olunacağı elm sahəsindən asılı olaraq fərqli şəkildə aparılır. Texniki proseslərdə ölçmələrin nəticələri əsas götürülsə də, sosial elmlər də məqsədli sosial empirik tədqiqatların aparılmasını tələb edir.
Metodlar
Elmi biliyin zənginləşdirilməsinin son mərhələsinə metodlar daxildir. Empirik verilənlərin toplanmasında gördüyümüz kimi, verilənlərin qey-diyyatı və emalı metodlarından istifadə edilir. Bundan əlavə elmi biliklərin və ya mövcud nəzəriyyələrin praktikada tətbiqinə imkan verən tövsiy-yələrin işlənməsi üçün metodları elmin məqsədi kimi araşdırmaq olar. Pedaqoji elmlərdə məktəblər üçün dərsliklərin və metodların hazırlanması buna bir misaldır.
Qeyd olunan bölmələri ümumiləşdirərək elmi işlərin hazırlanmasında qarşıya qoyulan aşağıdakı ümumi məqsədləri fərqləndirmək olar:
Nəzəriyyə: - verilmiş problemin həllində tətbiq olunan məlum nəzəriyyələr haqqında məlumatların toplanması;
məlum nəzəriyyənin qoyulmuş problemin həllinə tətbiqi; yeni nəzəriyyənin işlənməsi.

Empiriya: - aktual verilənlərin (faktların) əsasında məlum empirik bazanı genişləndirmək;
- empirik problemin strukturlaşdırılması;
- qoyulmuş problemlə bağlı verilənlərin sistemləşdirilməsi.
Metodlar: - məlum metod və alətlər haqqında məlumatların toplanması;
- məlum metodların qoyulmuş yeni problemin həllinə tətbiqi;
- yeni metodların işlənməsi.



Yüklə 2,16 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə