MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə25/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   ...   21   22   23   24   25   26   27   28   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

 
İKİNCİ HİSSƏ
 
ŞƏXSİYYƏTİN İDRAK PROSESLƏRİ 
 
İdrakın formaları və səviyyələri. Duyğuların yaranması 
İdrak obyektiv aləmin insanın hiss üzvlərinə təsirindən ya-
ranan inikas prosesidir. Bu təsir nəticəsində subyeklə obyekt 
arasında qarşılıqlı münasibət yaranır. İdrak prosesinin yaran-
ması isə həmin qarşılıqlı münasibətdən asılıdır. Materialist idrak 
nəzəriyyəsi də idrakın bünövrəsini belə qarşılıqlı təsirdə axtarır. 
Fəlsəfədən məlumdur ki, həmin nəzəriyyənin bünövrəsini məhz 
inikas prinsipi təşkil edir. İnikas prinsipi həm aktiv, həm də 
passiv ola bilər.
1
Passiv qarşılıqlı təsirə misal olaraq şəlaləni 
göstərmək olar. Şəlalənin suları qayalara toxunaraq parçalanıb 
tökülür. Bu zaman tədricən qayalarda ovulma başverir. 
Məlumdur ki, mühitdə olan təsirlərə, hər hansı varlıq aktiv inikas 
prinsipi əsasında cavab verir. Deməli, hər hansı orqanizm öz 
ehtiyacını məhz idrak fəaliyyəti nəticəsində dərk edir. Bu 
səviyyədə ancaq insana məxsus olan yeni bir idrak fəaliyyəti 
növü-insan şüuru bu fəaliyyətə qoşulur. Nəticədə orqanizmlə 
mühit arasında müvazinət yaranır, yəni insan öz davranışını 
tənzim edə bilir və gələcəkdə ola bilənlərə münasibətini təmin 
edir. Bütün bunların sayəsində insan özünün gələcək işlərini 
planlaşdırır. 
Fəlsəfə elmi öyrədir ki, idrakın hissi və mənliqi olmaqla iki 
səviyyəsi vardır. idrakın bu səviyyələri onun vasitəli və vasitəsiz 
formalarını da izah etməyə imkan verir. Məlumdur ki, hissi idrak 
əsasən vasitəsiz, məntiqi səviyyə isə vasitəli inikas formasıdır. 
Lakin həm filogenezdə, həm də ontogenetik inkişafda hissi 
idrakdan məntiqi idraka keçid prosesi tədricən baş verir. 
 
1
Bayramov Ə.S. , Əlizadə Ə. Ə. Psixologiya. Ali məktəblər 
üçün dərslik. Bakı "Maarif' 1989. s. 214-215. 
39
downloaded from KitabYurdu.org


Burada aralıq proseslər adlanan, yeni keyfiyyət fərqləri əmələ 
gəlir. 
Bunlar da nəzərə alınsa psixi inikasın-hissi-perseptiv, tə-
səsvvürlər və məfhum təfəkkür səviyyələrini ayırd etmək olar. 
Hissi idrak da daxil olmaqla, ümumiyyətlə idrakın düzgünlüyü 
məhz praktikada yoxlanılır. 
Hissi idrak duyğudan başlanır. Onun əsas vəzifəsi ətraf 
aləmdə, eləcə də orqanizmdə baş verənlər barədə subyektə 
mə'lumat verməkdir. Bütünlüklə idrak proseslərinin bünövrəsini 
duyğular təşkil edir. O, orqanizmlə mühit arasında ilkin əlaqədir. 
Deməli, xarici aləm haqqında biliklərimizin mənbəyidir. Onun 
vasitəsilə insan varlığı dərk edir. 
Duyğular-indiki anda hiss üzvlərinə təsir edən cisim və ha-
disələrin ayrı-ayrı keyfiyyətvə xassələrinin beyində inikasıdır.

Beləliklə, duyğular həm ətraf aləmdə baş verən hadisələri, 
həm də orqanizmin daxilində olan proseslər barədə məlumat verir 
ki, bunun sayəsində də orqanizm ətraf mühitə bələdləşir. Hər bir 
insan duyğuların verdiyi məlumata istinad edir, beyində isə bu 
məlumatlar təhlil olunur, nəticədə mürəkkəb idrak fəaliyyəti baş 
verir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə