MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


Müəllif  3  downloaded from KitabYurdu.org BİRİNCİ HİSSƏ



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə2/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   2   3   4   5   6   7   8   9   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

Müəllif 

downloaded from KitabYurdu.org


BİRİNCİ HİSSƏ 
 
 
PSİXOLOGİYAYA GİRİŞ. ŞƏXSİYYƏT. FƏALİYYƏT. 
ÜNSİYYƏT 
 
 
Psixologiyanın predmeti 
 
Müasir dövrdə bir çox elmlərin (anatomiya, biologiya
neyrofiziologiya, təbabət və s. o cümlədən psixologiyanın) 
tədqiqat obyekti insandır. Lakin adı qeyd edilən və edilməyən bu 
elmlər öyrəndikləri obyektə görə deyil, predmetlərinə görə bir-
birindən fərqlənirlər. Psixologiya elmi termini iki yunan sözündən 
-"psyuxe"- ruh, ruhi aləm, "loqos" -bilik, elm öyrənmək 
sözlərindən əmələ gəlmişdir. "Psixika haqqında elm" deməkdir. 
Qeyd etmək lazımdır ki, insanların və heyvanların psixikası bir 
sıra özünəməxsus hallarla müşaiyət olunur: məsələn, duyğular, 
qavrayış, diqqət, hafizə, təxəyyül, təfəkkür və nitqin köməyi ilə 
insan ətraf aləmə bələd olur. Bu prosesləri psixologiyada 
idrak 
prosesləri
adlandırırlar. Psixologiya, adamların bir-biri ilə 
ünsiyyəti, onların hərəkət və fəaliyyətlərini bilavasitə idarə edir. 
Buraya tələbatlar, motivlər, məqsəd və maraqlar, iradə, hisslər və 
emosiyalar, digər psixi xassələrdən olan qabiliyyətlər, xarakter və 
temperamentin psixi hallardan asılı olaraq formalaşması və 
inkişafı da daxildir. 
İnsan öz idrak fəaliyyətinin köməyi ilə nəinki ətraf aləmi dərk 
edir, o bu aləmlə yaşayır, fəaliyyət göstərir, özünün maddi və 
mənəvi tələbatlarını təmin edir. İnsanın öz hərəkətlərini başa 
düşməsi, izah etməsi və onlara şüurlu, ixtiyari münasibət 
göstərməsi psixologiyada şəxsiyyət anlayışında ifadə olunur. 
Psixologiyanın predmetini ətraflı izah etmək üçün "psixika" 
anlayışı ilə yaxından tanış olaq. Prof. Ə.S.Bayramov və 
Ə.Ə.ƏIizadə izah edirlər ki, psixika beynin xassəsidir və obyektiv 
aləmin beyində subyektiv inikasıdır. Hər şeydən

downloaded from KitabYurdu.org


 əvvəl, bizim psixi həyatımızı əhatə edən konkret faktlara diqqət 
yetirməliyik. 
Bu faktlar isə kəmiyyət və keyfiyyət cəhətdən xarakterizə 
olunur. Lakin bu psixoloji faktlar nə qədər maraqlı olsa da, elmi 
psixologiya onları izah etməyi zəruri hesab edir. Psixoloji faktlar 
müəyyən hadisələr əsasında yaransa da, müvafıq qanunlara 
tabedirlər. Bu qanunlar da öz növbəsində psixologiyanın tədqiqat 
obyektinə çevrilirlər. Lakin qanunların dərk edilməsi hələ 
özlüynüdə psixoloji mexanizmlərin aşkara çıxarılması demək 
deyildir. Burada olan
qanunauyğunluq bu mexanizmlər vasitəsi 
ilə təzahür edir, aşkara çıxır və müəyyən olunur. Psixi fəaliyyət 
zamanı həmin fəaliyyətin mexanizmlərinin müəyyən edilməsi də 
psixologiyanın vəzifəsinə daxildir. 
Psixi fəaliyyətin mexanizmləri hər hansı psixi prosesi həyata 
keçirdiyi, konkret anatomik-fızioloji proseslərdə iştirak etdiyi 
üçün, bu mexanizmlərin təbiətini və işini fiziologiya, biofızika, 
biokimya, kibemetika və s. elmlərlə birlikdə aydınlaşdırır. 
Beləliklə, bütün bunları nəzərə alaraq, yuxarıda adı çəkilən 
dərslik ədəbiyyatına da istinad edərək, psixologiya elminə daha 
dəqiq tərif verə bilərik: 
Psixologiya beyində obyektiv aləmin subyektiv surəti kimi 
əmələ gələn psixikanın faktları, qanunauyğunluqları və mexa-
nizmləri haqqında elmdir. 
Tədqiq edilmişdir ki, psixi hadisələr insanın beyin fəaliy-
yətinin işi ilə əlaqədardır. Bu fikir hələ bizim eradan əvvəl VI 
əsrdə A.Krotonski tərəfindən formalaşmış, Hippokrat (460-377-ci 
illər b.e.ə.) tərəfindən isə təsdiq edilmişdir. Psixoloji biliklərin 
ötən ikiminillik tarixi ərzində bu tədqiqatların nəticələri inkişaf 
etmiş və yeni məlumatlarla zənginləşdişrilmişdir. 
XX əsrin əvvəllərində iki müxtəlif elm sahəsi- fiziologiya və 
psixologiya-tərəfındən insan beynində baş verən hallar və 
proseslər onların xüsusi bir elm sahəsi kimi formalaşmasında 
mühüm rol oynamışdır. Baş beyin elə üzv, yaxud üzvlərin elə 
mürəkkəb sistemidir ki, onların fəaliyyəti ali heyvanların və in-
sanın psixikasını şərtləndirir. Baş beynin yuxarı hissəsi 
qabıq 
adlanan altılaylı neyronlar kütləsi (10 milyarda yaxın) ilə 
5
downloaded from KitabYurdu.org


örtülmüş böyük yarımkürələri əmələ gətirir.
1
Qabıq psixi fəa-
liyyətin ən mühüm üzvüdür. Yarımkürələrdən aşağıda ənsə 
hissəsində funksiyaları hələ kifayət qədər aydınlaşdırılmamış beyin 
yerləşir. Məlumdur ki, o əzələ hərəkətlərinin əlaqələndirilməsində 
mühüm rol oynayır. Böyük yarımkürələrə beyin kötüyü bitişir. 
Onun yuxarı hissəsi-talamus; aşağı hissəsi isə hipotalamus adlanır. 
Mərkəzi sinir sisteminin bütün qeyd edilən hissələri son 
dərəcədə mürəkkəb quruluşa malikdir; onların öyrənilməsi ilə 
anatomiya və histologiya elmləri məşğul olur. 
Müasir dövrdə elmi tədqiqatların nəticələrinə görə, onurğa 
beyni və beyin kötüyü reflektor fəaliyyətin başlıca olaraq ana-
dangəlmə (şərtsiz reflekslər) formasında həyata keçirilir. 
İ.M.Seçenov "Baş beynin refleksləri" (1863) əsərində belə bir 
nəticəyə gəlmişdi ki, "Şüurla və şüursuz həyatın bütün aktları 
mənşə etibari ilə reflekslərdən ibarətdir"
2
. Akademik İ.P.Pavlov 
(1849-1936) 
reflektor 
nəzəriyyəsini 
geniş 
eksperimental 
tədqiqatlar əsasında yeni faktlarla zənginləşdirdi. Onun ali sinir 
fəaliyyəti haqqındakı təlimi reflektor nəzəriyyəsinin inkişafında 
mühüm mərhələ təşkil edir. O heyvanlar üzərində apardığı 
çoxsaylı təcrübələr əsasında müəyyən etmişdir ki, heyvanlarda və 
eləcə də insanlarda xarici yəni ətraf aləmlə qarşılıqlı təsirlər beyin 
vasitəsilə tənzim olunur. Pavlovun kəşf etdiyi bu qanunauyğunluq 
ümumilikdə iki siqnal sistemi haqqında təlimdir. Heyvanlar öz 
davranışlarında birinci siqnallara əməl edirlər, çünki onların bütün 
psixi fəaliyyəti birinci siqnal sistemi səviyyəsində həyata keçirilir. 
İnsanda da birinci siqnal sisteminin siqnalları vardır və insan 
həmin siqnallar vasitəsilə cisimlər haqqında məlumat alır və 
davranışını tənzim edir. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə