MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


Ə.Ə.Qədirov, N.Ə. Xəlilov. Yaş psixologiyası Dərs vəsaiti



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə7/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   2   3   4   5   6   7   8   9   10   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

1
Ə.Ə.Qədirov, N.Ə. Xəlilov. Yaş psixologiyası Dərs vəsaiti. 
Gəncə, 1999, s. 36-38. 
12 
downloaded from KitabYurdu.org


Cədvəl 1. 
Psixoloji tədqiqatın əsas metdları və onlrın variantları 
Özünü müşahidə zamanı insan özünü təhlildən istifadə edərək 
öz davranışını, təəsüratını, öz hafizəsinin məhsuldarlığını və s. 
müəyyənləşdirir. Bu zaman adam özünə başqalarının gözü ilə 
baxır və özünü başqaları ilə müqayisə edir. 
Müşahidə metodunun tədqiqat üçün bir çox üstünlükləri ilə 
yanaşı nöqsanları da vardır. Bu nöqsanlar, hər şeydən əvvəl 
ondan irəli gəlir ki, bəzən psixi hadisələr çox sürətlə cərəyan 
edir. Lazım olan anın qeydini aparmaq çətin olur, bəzən də 
mümkün olmur. Təkrar müşahidə lazımi səmərəni vermir. Bu 
çatışmazlıqları aradan qaldırmaq məqsədilə psixologiyada 
eksperiment metodundan istifadə olunur. Eksperiment metodu 
isə cədvəldən göründüyü kimi təbii və laborator olmaqla 
müxtəlif variantlarda həyata keçirilə bilər. 
Laborator eksperiment adından da göründüyü kimi xüsusi 
laboratoriyalarda aparılır və onun gedişində müxtəlif cihaz-
lardan istifadə olunur. Lakin bəzən psixi prosesin gedişi labo-
rator şəraitində səhih olmur, bu çatışmazlığı aradan qaldırmaq 
məqsədilə təbii eksperimentə geniş yer verilir. 
13
Əsas metodlar 
Əsas metodların variantları 
Müşahidə 
Kənardan müşahidə 
Özünümüşahidə 
Eksperiment 
Təbii 
Laborator 
Psixodiagnostik 
Testlər 
Anketlər 
Sosiometriya 
İntervyü 
modelləşdirmə 
Riyazi 
Texniki 
Kibernetik 
Statistik 
downloaded from KitabYurdu.org


Psixodiaqnostik metodların-test, anket, sosiometrik və in-
tervyu kimi variantlarından psixoloji tədqiqat zamanı istifadə 
olunur. 
"Test" ingilis sözü olub, hərfi mənası "sınaq" , "Yoxlamaq" 
deməkdir. Test metodundan istifadə etməklə müəyyən sahə üzrə 
bilik və bacarıqlar yoxlanır, hər hansı işi icra etmək və ya peşəyə 
yararlılıq yoxlanır. 
Anket metodu zamanı tədqiqatın məqsədinə uyğun olaraq 
suallar qoyulur. Həmin suallara yazılı cavab verilir. Cavabları təhlil 
etməklə insanların psixoloji xüsusiyyətləri haqqında fikir 
yürüdülür. 
Sosiometrik metoddan kollektivlərdə insanlar arasındakı 
qarşılıqlı münasibətləri öyrənmək məqsədilə istifadə olunur. 
Sosiometriya (latınca-Sosietas-cəmiyyət və yunanca-metros-
ölçmək deməkdir) hansı formada tətbiq edilirsə- edilsin onun 
nəticələrini müşahidə və ya eksperiment yolu ilə dəqiqləşdirmək 
zəruridir. 
Şəxsiyyətlərarası münasibətləri öyrənmək üçün tətbiq edilən 
metodlardan biri də intervyüdür. İntervyü zamanı hər hansı məsələ 
haqqında müəyyən bir şəxsin fikri soruşulur. Bu əsasən şifahi 
formada həyata keçirilir. 
Son zamanlar psixologiya elmində modelləşdirmə meto-
dundan da geniş istifadə edilir. Psixikanın modelləşdirilməsi 
zamanı insanın psixi (təfəkkürün, qavrayışın, hafizənin və s.) 
fəaliyyətində onun modeli yaradılır və həmin modelin köməyi ilə 
psixi proseslər öyrənilir. 
Psixologiyada tətbiq olunan riyazi metodlar çoxdur. Riyazi 
modelləşdirmənin psixologiyada istifadə olunan formulu -Buqer-
Veber, Veber-Fexner və Stivens qanunlarına əsasən müəyyən 
olunur.

Statistik metodlar dedikdə, tətbiqi riyazi statistikanın psixo-
logiyada eksperimentlərin nəticəsini işləmək məqsədilə istifadə 
olunan ayrı-ayrı metodları nəzərdə tutulur. 
Ehtimal məntiqindən və ehtimal modellərindən istifadə 
etməklə psixoloji tədqiqatın nəticələrinin əsaslı olmasını təmin 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə