MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə4/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   2   3   4   5   6   7   8   9   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

1
 И.А.Герцен.Былое и дума.Т.З.М.,

Худ.Лутературы”,1973,с.225. 

downloaded from KitabYurdu.org


məsələ həll etməyə qabildir. Tədqiqatçı alimlərdən hələ heç biri 
meymunlarda mücərrəd təfəkkür tərzini müşahidə etməmişlər. 
Heyvanlar hər hansı qavranılan şəraitin quludur. İnsanlar isə vaxtın 
şəraitin qulu olmur və onlar gələcəyi görməyə qabildirlər. 
İnsan psixikasını heyvan psixikasından fərqləndirən birinci 
əsas şərt, insanların müvafiq şəraitə uyğun olaraq şüurlu hərəkət 
etməyə qabil olmasıdır. İkincisi isə insan heyvanlardan fərqli 
olaraq şüurlu plan əsasında alət yaradır və onu qoruyub mühafizə 
edir. Üçüncüsü isə insan əldə etdiyi təcrübəni gələcək nəsillərə 
verməyə, alətlərdən istifadə qaydalarına, insanlar arasında olan 
ünsiyyət qaydalarına yiyələnirlər. 
Heyvanlar aləminin psixikasının fərqləndirici cəhətlərindən 
biri də onun inkişafının bioloji təkamülə əsasianmasıdır. Məlum 
olduğu kimi, insan şüurunun inkişafı ictimai-tarixi inkişaf 
qanununa tabedir. 
Bəşəriyyətin yaratmış olduğu təcrübəni mənimsəyəcək insan 
ixtiyari diqqəti və mücərrəd təfəkkürü inkişaf etdirir. 
Beləliklə, insan psixikası materiyanın təkamülünün bütün 
gedişi boyu hazırlanmış, əşyayi-əməli təfəkkür qabiliyyətinə malik 
olmuş, külli miqdarda assosiasiyalar yarada bilmişdir. 
 
Psixoloji təlimlər tarixindən 
Psixoloji inkişafın tarixindən bizə məlumdur ki, "ruhi aləm" 
anlayışının əmələ gəlməsi ibtidai insanların animistik görüşləri ilə 
əlaqədardır. Fəlsəfənin müstəqil bir bölməsi kimi ruh haqqında elm 
Aristotel tərəfindən işlənmişdir. Onun "Ruhi aləm haqqında" 
əsərini bu haqda ilk elmi-psixoloji əsərlərdən hesab etmək olar. 
Aristotel ruhi fəaliyyətin öyrəniləmsinin təcrübi, obyektiv 
metodunu müdafiə edirdi. İlk dəfə elm tarixində Aristotel canlı 
bədənin ruhi aləmlə birlikdə olması ideyasını irəli sürmüşdü. Belə 
ki, Aristotelə qədər olan həm materialistlər, həm də idealistlər ruhi 
aləmi bədəndən ayrılıqda təsəvvür edirdilər. 
8
downloaded from KitabYurdu.org


XVII əsr bioloji və psixoloji biliklərin inkişafında yeni bir 
dövr açır. Fransız alimi Dekart (1596-1650) tərəfindən davra-
nışın reflektor təbiətinin kəşfi baş verdi. Ətraf aləmdə baş verən 
xarici təsirlərə orqanizmin cavab reaksiyası kimi refleks 
haqqında anlayış yarandı (latın sözü "refleks" əksetmə de-
məkdir). Lakin Dekart sübut etdi ki, əzələlər ruhi aləmin mü-
daxiləsi olmadan, xarici təkanlara cavab verir. Lakin o, bu sxemi 
bütün psixi fəaliyyətə tətbiq edə bilmədi. 
XVII əsrin digər böyük mütəfəkkirlərindən olan ingilis mate-
rialisti Hobbs (1588-1679) və Niderland fılosof-materialisti Spi-
noza (1632-1677)) elmi psixologiyanın əsas prinsiplərindən biri 
olan-determinizmi müdafiə edirdilər. Bu prinsipə görə, bütün ha-
disələr maddi səbəb və qanunların təsiri ilə yaranır. Onlar belə 
hesab edirdilər ki, insanın hiss və fıkirlərini idarə edən qanunlar 
öz dəqiqliyinə görə həndəsi qanunlar kimidir. 
XVIII əsrdə bir sıra ölkələrdə dərin iqtisadi dəyişikliklər baş 
verdi. Bu zaman elmdə rasionalizm hökm sürürdü. Rasyona-
lizmə görə, ancaq ağıl əsil biliklər verir. Bu dövrdə empirik 
(təcrübi) psixologiyanın banisi hesab edilən ingilis filosofu və 
pedaqoqu Con Lokk (1632-1704) bu təlimin düzgün müdafiə-
çisi idi. Lokka görə təcrübənin iki mənbəyi ola bilər: xarici hiss 
üzvlərini əks etdirən xarici və ağılın daxili fəaliyyəti olan daxili 
təcrübə. 
Lokkun daxili və xarici təcrübə haqqında təlimi bu ətrafda 
həm materialist, həm də idealist təlimlərin inkişafına təkan verdi. 
Belə ki, materialistlər: Hartli (1705-1757); Didro (1713-1784), 
Radişşev (1749-1802) -xarici təcrübəni əsas götürürdülər. Berkli 
başda olmaqla idealistlər isə daxili olanı, yəni məzmunu ilkin 
olaraq götürürdülər. 
İnsanın mürəkkəb psixi fəaliyyəti haqqında Lokkdan sonra 
ideyalar assosiasiyası (rabitəsi) qanunu, psixologiyanın başlıca 
qanunu kimi hakim istiqamətə çevrilir. Bu istiqamətin ən 
görkəmli nümayəndəsi D.Hartli olmuşdur. Hartli iki anlayışı: 
refleks haqqında olan anlayışla, assosiasiya haqqında olan 
anlayışı birləşdirdi. 

downloaded from KitabYurdu.org


XVIII əsrdən başlayaraq psixika haqqında təlim beyinlə 
əlaqələndirildi (bu vaxta qədər bu təlimi bədənin bütün hissə- 
lərinə, o cümlədən ürək və böyrəyə də aid edirdilər). Bu isə 
baş beyində olan müvəffəqiyyətli tədqiqat işlərinin təsiri altın- 
da baş verdi. Belə ki, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində 
ingilis Ç.Bell və fransız F. Majandi hissi və hərəki sinir tellərini 
kəşf etdilər. Lakin onun mürəkkəb psixi hallarda tətbiqi məsə- 
ləsində də bir çox tənqidi fikirlər səsləndi. Yaranmış vəziyyət- 
dən çıxış yolunu rus fizioloqu İ.M.Seçenov "Baş beyinin ref- 
leksləri" kitabında izah edərək göstərdi ki, "şüurlu və şüursuz 
həyatın bütün aktları məqşəd e'tibarilə reflekslərdən ibarət- 
dir".
1
Beləliklə, Seçenovun sözləri ilə desək "mənşə e'tibarilə" psixi 
hadisə refleks kimi prosesdir". 
XIX əsrin ortalarında Ç.Darvinin təkamül nəzəriyyəsi ya- 
randı, bu isə insanın və heyvanın bədən quruluşunda bir cox 
ümumi cəhətlərin olduğunu əsaslandırdı. Bioloji planda insan 
və heyvanın davranışında və psixikasında bir çox ümumi cə- 
hətlərin olması haqqında ilk addım atdı. Bu tədqiqatlar zoopsi- 
xologiya sahəsində olan inkişafa xüsusilə böyük təkan verdi. 
İ.M.Seçenovun bir çox nəzəri müddəaları İ.P.Pavlov (1849-
1936) tərəfindən eksperimental surətdə təsdiq olunmuş və 
konkretləşdirilmişdir. Pavlovun tədqiqatlarının əsasını bütövlükdə 
iki siqnal sistemi haqqında təlim təşkil edir ki, bu haqda yuxarıda 
qeyd etdik. 
Psixoloji təlimlərin inkişafında XIX əsrin ikinci yarısı xüsusi 
əhəmiyyət kəsb edir. Bu vaxt tibbdə, o cümlədən psixiatrtik 
praktikada bir çox elmi nailiyyətlər əldə edildi. XIX əsrin ikinci 
yarısında baş verən elmi nailiyyətlərin ən başlıcası ondan ibarətdir 
ki, eksperimental üsullar tədricən psixologiya elminə nüfuz edirdi 
İlk dəfə olaraq 1879-cu idlə Almaniyanın Leypsik şəhərində 
Vilhelm Vundt özünün eksperimental psixologiya laboratoriyasını 
yaratdı. Bu laboratoriyada nəinki, Almaniyada, həm də 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə