MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   2   3   4   5   6   7   8   9   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

1
1
Ə.S. Bayramov. . Ə.Ə.Əlizadə. Psixologiya. B., 1989, s. 56.
1
Ə.S.Bayramov. , Ə.Ə.Əlizadə. Psixologıya. Bakı, Maarif'. 1989, 
s. 60. 
11 
downloaded from KitabYurdu.org


Azərbaycanda Sovet hakimiyyəti qələbə çaldıqdan sonra 
psixologiya elmi müstəqil bir elm kimi sürətlə inkişaf etdi Ali 
məktəblərdə psixologiya elmi tədris olunmağa başladı və kadr 
hazırlığına diqqət artırıldı. 
Respublikamızın yaşlı nəslinin nümayəndələrindən A.O.Ma-
kovelski, Ə.K.Zəkuyev, M.R.Abbasov, M.Hacıyev və b. səmərəli 
fəaliyyət göstərmiş, kafedra və laboratoriyalar açmışlar. 
Azərbaycan psixoloqlarından M.C. Məhərrəmov, Ş.S.Ağayev, 
Ə.S.Bayramov, Ə.Ə.ƏIizadə, M.Ə. Həmzəyev, Y.Kərimov, N.Ka-
zımov, Ə.Ə.Qədirov, M.S.Əbdütov, Q.Əzimov, Z.M.Mehdizadə, 
İ.Ə.Seyidov, Ş.Babayev, Aİ.Məmmədov, İ.N.Məmmədov, T.M. 
Mustafayev, S.Seyidov və b. apardıqlan elmi -tədqiqat işləri psixo-
logiya elmini daha da zənginləşdirmişdir. 
Azərbyacan psixoloqlarının əsərlərində, dissertasiylarında 
psixologiyanın ən yaxşı tədqiqat metodları seçilib toplanmış, 
eksperimentlərin qoyuluşu, gedişi, aparılması şərh olunmuş, 
araşdırmanın yol və vasitələri göstərilmiş, alınan nəticələr təhlil 
edilmişdir.
1
Azərbaycan psixoloqları XX əsrdə apardıqları 
araşdırmalar əsasında nəticələrə dair konfranslarda, dünya 
miqyaslı qurultaylarda, konqreslərdə çıxış etmiş və məruzələr 
etmişlər. 
Psixologiyanın tədqiqat metodları. 
 
Psixoloji tədqiqat metodları dedikdə bu elmin öz predmetini 
tədqiq etmək üçün hansı yol və vasitələrdən istifadə edilməsi 
nəzərdə tutulur. Müasir psixologiyada istifadə edilən əsas metodlar 
və əsas metodların variantları 1 saylı cədvəldə göstərilmişdir. 
Müşahidə bir neçə variantda həyata keçirilir. Kənardan 
müşahidə hadisələrin gedişatına müdaxilə etmədən onu baş verdiyi 
təbii şəraitdə izləməyi nəzərdə tutur. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə