MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002


Ümumi psixologiya. Prof. A. V. Petrovskinin redaktəsi ilə



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə3/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   2   3   4   5   6   7   8   9   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

1
Ümumi psixologiya. Prof. A. V. Petrovskinin redaktəsi ilə. 
Pedaqoji institut tələbələri üçün dərslik Bakı, Maarif, 1982, s. 8. 
2
 
И.М.Сеченов Рефлексы головного мозга.Избранные 
философские психологические произведения.М.Госполитиз- 
дат, 1974, c. 176. 

downloaded from KitabYurdu.org


Heyvanlardan fərqli olaraq insanda ikinci siqnal sistemi də 
vardır. Bu siqnal sistemi tələffüz edilən, eşidilən və oxunan 
sözlərdən ibarətdir. 
Psixikanın insana məxsus olan ali səviyyəsi şüurdur. İnsan 
şüuru bizi əhatə edən aləm haqqında biliklərlə tanış edir. Şüurun 
strukturunda ən mühüm idrak prosesləri iştirak edir, onların 
köməyi ilə insan daim öz biliklərini zənginləşdirir. Beyinə təsir 
edən qıcıqlandırıcıların əks olunması ilə şüurda ətraf aləmin hissi 
mənzərəsi yaranır və insan dərk edir. Əgər idrak proseslərindən 
hər hansı biri (duyğu, qavrayış, hafızə, təxəyyül, təfəkkür və s.) 
pozularsa, şüurda da pozğunluq yaranar. 
Şüurun izah edilməsində digər mərhələ onun "mən"ini "qeyri-
mən"dən fərqləndirməkdən ibarətdir. Yəni mənlik şüurunun 
həyata keçirilməsi, formalaşması prosesi baş verir. 
Şüurun üçüncü bir xarakteristikası da vardır ki, o da insanın 
qarşıya qoyduğu məqsədə uyğun olaraq onun fəaliyyətinin təmin 
olunmasından ibarətdir. Məqsədli fəaliyyət zamanı, şüurda onun 
motivləri əmələ gəlir, zəruri hallarda bəzi düzəlişlər edilir, iradi 
qərar qəbul olunur və s. 
Nəhayət, şüurun dördüncü bir xarakteristikası da vardır ki, 
buraya, yəni insan şüuruna hisslər aləminin daxil olması ilə 
əlaqədar olaraq şəxsiyyətlərarası emosional qiymətlərin 
olmasıdır. 
Qeyd etmək lazımdır ki, şüurun formalaşmasının zəruri şərtini 
dil təşikl edir.Nitq vasitəsilə isə zəruri biliklər toplanır və ifadə 
olunur. A.İ Gertsen yazmışdır ki, "hər bir adam kökləri az qala 
Adəmin cənnətinə gedib çıxan dəhşətli qenealogiya ağacına 
istinad edir; bizim arxamızda sahil dalğalarının arxasında olduğu 
kimi, bütün okeanın -ümumdünya tarixinin gücü hiss olunur bu 
anda bütün əsrlərin fikri bizim beynimizdədir"
1
. Dil hər hansı bir 
insan tərəfindən mənimsənilir və onun real şüuruna çevrilir. Dilin 
köməyi ilə cəmiyyətin çoxəsrlik praktikasında əldə edilən 
təcrübədən istifadə edilir. 
Bir çox alimlərin (İ.R.Pavlov və b.) apardıqları ekspe-
rimentlərə əsasən belə bir nəticəyə gəlmək olar ki, yalnız bə-
lədləşmə manipulyasiyası sahəsində bəzi heyvanlar situativ 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə