MühaziRƏ konspektləRİ Qiyabi təhsil alan tələbələr üçün yardımçı vəsait Bakı- 2002



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/71
tarix20.05.2022
ölçüsü0,7 Mb.
#87456
1   ...   18   19   20   21   22   23   24   25   ...   71
-kitabyurdu.org- psixologiyadan-muhazire-konspektleri

Estetik hisslər.
Estetik hisslər təbiətin, incəsənət əsərlərinin 
gözəlliyini qavramaq, dərk etməklə əlaqədardır.
1
İnsan özünün 
ictimai təcrübəsində dünyanın gözəlliyini qavramaq qabiliyyəti 
əldə etmişdir. J.J. Russo göstərir ki, gözəllik ona 
 
1
 
Ə.Bayamov Ə.S. . Əlizadə Ə.Ə. Psıxologiya. Ali məkləblər 
üçün dərslik. Ba-kı. Maarif'. 1989. s. 143-144. 
34
downloaded from KitabYurdu.org


münasibətdən doğan müqəddəs ideya və vəzifə hissi olmaqla 
ancaq insan qəlbində yaşayır. 
İnsanın estetik hisslərinin ilk mənbəyi təbiətin gözəlliyidir. 
Bundan sonra insana gözəllik hisslərini təlqin edən, həmin təbiəti 
obrazlarla əks etdirən bədii ədəbiyyat, incəsənət əsərləri və 
musiqidir. İnsanın özünün hərəkət və rəftarları da bu və ya digər 
estetik hiss doğura bilər. Bir çox mütəfəkkirlər insan gözəlliyinə 
böyük qiymət vermişlər. "İnsan dünyanın əşrəfidir" deyən dahi 
Nizami "İnsanı daima inkişaf edən təbiətin son əsəri" hesab edən 
Höte, "Yer üzərində ən böyük gözəllik insan gözəlliyidir" deyən 
Pestalotsi bu fikrə təsadüfən gəlməmişdir. 
N.Q.Çernışevski göstrəir ki, biz ən gözəl şeyi təmənnasız 
olaraq sevirik, ondan zövq alırıq, onu bizə əziz olan bir adam 
kimi sevirik. Gözəllikdə nə isə bizim qəlbimizə yaxın əziz olan 
bir şey var. 
Bizim maddi tələbatlarımızın ödənilməsində estetik hisslər 
iştirak etmir. Onlar bizim aclığımızı, susuzluğumuzu təmin 
etməyə, yaxud, həyatımızı mühafizə etməyə yönəlir. Lakin bədii 
əsərdən, gözəl musiqidən alınan estetik zövq, bəzən insanın 
aclığını, susuzluğunu unutdurur. 
İnsanın estetik hisslərinə həm əxlaqi hisslər, həm də onun 
dünyagörüşü, həm də yaşadığı ictimai şərait təsir edir. Bu 
cəhətdən də gözəllik haqqında insanların meyarı başqa-baqa olur. 
Zehni hisslər
. Zehni hisslər insanın idrak fəaliyyəti ilə 
əlaqədar olan, onu ətraf aləmi dəha dərindən və ətraflı dərk 
etməyə yönəldən mürəkkəb hisslərdir. Həmin hisslər təlim 
prosesində, elmi axtarışlar, eləcə də incəsənətin müxtəlif növləri 
üzrə yaradıcı fəaliyyət zamanı meydana çıxır. İnsan təbiətin, 
cəmiyyətin sirlərinə malik olmağa çalışır, bilik əldə etmək cəhdi 
onda müxtəlif hisslər doğurur. Bu hisslər hər hansı nəzəri və 
əməli məsələnin həlli ilə əlaqədar olur. 
Qədim yunan filosofları Platon və Aristotelin fikrincə, hər cür 
fəlsəfənin başlanğıcı təəccübdür. Onların bu sözünün nə qədər 
böyük idrak əhəmiyyəti vardır. Çünki insan təəccüb- 
35 
downloaded from KitabYurdu.org


ləndikcə onu ciddi axtarışa təhrik edən, mühüm zehni hiss, şübhə 
hissi yaranır. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə