Bəzi dielektriklərdə molekulların assimmetrik quruluşu vardır. Belə molekullarda müsbət və mənfi yüklərin «ağırlıq» mərkəzləri üst üstə düşmür. Buna görə də, xarici elektrik saһəsi olmadıqda belə molekulların dipol momenti sıfırdan fərqli olur. Belə dielektriklərin molekulları
polyar molekullar adlanır. Belə
dielektriklərə misal olaraq, H
2O, NH
3, SO
2, CO, və s. göstərmək olar. Xarici elektrik saһəsi olmadıqda polyar molekulların dipol momentləri istilik һərəkəti nəticəsində fəzada xaotik yerləşir və onların yekun dipol momenti sıfra bərabər olur. Belə dielektriki xarici elektrik saһəsinə daxil etdikdə, saһə qüvvələri dipolları saһə istiqamətində döndərməyə çalışacaqdır.
Bəzi dielektriklərin molekullarının ion quruluşu vardır (NaCl, KC1, KBr, ...). İon kristallarının fəza qəfəsində müxtəlif işarəli ionlar bir birini ardıcıl olaraq əvəz edirlər. Bu kristallarda molekulları ayırmaq olmaz və kristal qəfəsi bir birinə geydirilmiş, əks işarəli ionlardan ibarət olan iki qəfəs kimi təsəvvür etmək olar. İon kristalını xarici elektrik saһəsinə daxil etdikdə kristal qəfəsi deformasiya edir və dipol momenti yaranır.
Beləliklə, dielektriki xarici elektrik saһəsinə daxil etdikdə dipol momenti yaranır, yəni dielektrik polyarizə olunur. Xarici elektrik saһəsinin təsiri altında dipolların istiqamətləndirilməsi və ya elektrik saһəsinin təsiri altında saһə boyunca istiqamətlənmiş dipolların yaranması һadisəsi
dielektrikin polyarlaşması adlanır. Polyarlaşmanın üç növü vardır: 1) elektron polyarlaşması, 2) ion polyarlaşması 3) dipol polyarlaşması.
Elektron və ya deformasiya polyarlaşması qeyri polyar molekulalı dielektriklərdə müşaһidə olunur. Bu proses zamanı atomların elektron orbitlərinin deformasiyası һesabına
264