Mühazirə kursu а з я р бай ж ан р е с публика


Elektronun, atomun və molekulun maqnit momenti



Yüklə 5,01 Mb.
səhifə92/108
tarix12.12.2023
ölçüsü5,01 Mb.
#148571
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   108
T.M.-Pənahov-V.I.Əhmədov.-Umumi-fizika-kursu.-Dərs-vəsaiti.

Elektronun, atomun və molekulun maqnit momenti. Maqnit sahəsinin cərəyanlı naqilə və hərəkət edən yükə təsirinə baxarkən biz maddədə baş verən proseslərlə maraqlanmırdıq (mühitin xassəsi formal olaraq maqnit nüfuzluğunun köməkliyi ilə nəzərə alınır). Mühitin maqnit xassələrini və onların maqnit induksiyasına təsirini öyrənmək üçün maqnit sahəsinin maddənin atom və molekullarına təsirinə baxaq.

Təcrübə göstərir ki, maqnit sahəsində yerləşən bütün maddələr maqnitlənirlər. Əsasında istənilən maddənin atom və molekullarında elektronun hərəkəti ilə şərtlənən mikroskopik cərəyanların olması duran Amper hipotezini əsas götürərək bu hadisənin səbəbinə atom və molekulların quruluşu nöqteyi nəzərindən baxaq.
Maqnit hadisələrini keyfiyyətcə izah etmək üçün fərz edək ki, elektron atomda dairəvi orbit üzrə hərəkət edir (şəkil 21.6).
Bu orbitlərdən biri üzrə hərəkət edən elektron, dairəvi cərəyana
ekvivalentdir. Buna görə də


m
o p  Sn


orbital



Şəkil 21.6
maqnit momentinə
malikdir, onun modulu


pm  S eS
(21.18)

burada
  e
-cərəyan şiddəti, -elektronun orbit boyunca

fırlanma tezliyi, S-orbitin sahəsidir. Əgər elektron saat əqrəbi
258

istiqamətində hərəkət edirsə, onda cərəyan saat əqrəbinin

əksinə yönəlib və
pm vektoru sağ burğu qaydasına görə

elektronun orbitinin müstəvisinə perpendikulyar yönəlmişdir.
Digər tərəfdən orbit üzrə hərəkət edən elektron mexaniki

impuls momentinə
Le malikdir ki, onun da modulu
Le mr  2mS

(21.19)


burada 2
r , r 2S .

Le vektoru (onun istiqaməti

də sağ burğu qaydasına tabedir) elektronun orbital mexaniki

momenti adlanır.
Şəkil 21.6-dan göründüyü kimi


Le əks


p

m
istiqamətlərə yönəlmişlər, buna görə də (21.18) və (21.19) ifadələrini nəzərə alsaq

p   e

(21.20)


burada
m 2m Le gLe



g   e
2m
(21.21)

orbital momentlərin qiromaqnit nisbəti adlanır. “-” işarəsi momentlərin əks istiqamətdə yönəldiyini göstərir.
Qiromaqnit nisbəti yoxlamaq üçün ilk təcrübə Eynşteyn və de-Qaaz tərəfindən aparılmışdır. Bu təcrübədə solenoid dəyişən cərəyan mənbəyi ilə birləşdirilmiş və onun içərisinə elastiki məftildən asılmış nazik dəmir çubuq salınmışdır. Solenoiddən cərəyan keçdikdə çubuq maqnitlənir və sistemin tam maqnit momentinin sabit qalması üçün dəmir çubuq solenoid daxilində fırlanmalıdır. Maddənin maqnitlənməsi nəticəsində onun maqnit sahəsində fırlanması hadisəsi maqnito mexaniki effekt adlanır. Eynşteyn və de-Qaaz qiromaqnit nisbət üçün (21.21)- də gözlənilən qiymətdən iki dəfə böyük qiymət almışdır.
Barnet isə dəmir çubuğu öz oxu ətrafında böyük sürətlə fırlatmış və bu zaman yaranan maqnitlənməni ölçmüşdür.

Maddənin fırlanması nəticəsində maqnitlənməsi hadisəsi mexaniki maqnit effekti adlanır. Bu təcrübədə Barnet də qiromaqnit nisbət üçün (21.21)-də göznəlinən qiymətdən iki dəfə böyük qiymət almışdır.
Sonralar məlum oldu ki, elektronun orbital momentindən başqa məxsusi momenti də vardır. Əvvəlcə elektronların məxsusi momentlərinin olmasını onun nüvə ətrafında fırlanmasından başqa həm də öz oxu ətrafında fırlanması (şəkil 21.7) ilə izah edirdilər. Elektronun öz oxu ətrafında fırlanması nəticəsində malik olduğu maqnit momentinə məxsusi maqnit


Yüklə 5,01 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə