MühaziRƏ MƏTNİ MÖvzu iQTİsadi NƏZƏRİYYƏNİn predmeti VƏ metodu


§4. İnhisarçılığın sosial-iqtisadi nəticələri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/74
tarix02.12.2017
ölçüsü5,01 Kb.
#13580
1   ...   46   47   48   49   50   51   52   53   ...   74

§4. İnhisarçılığın sosial-iqtisadi nəticələri. 
Antiinhisar (antitrest) qanunvericiliyi 
 
İnhisarın sosial-iqtisadi nəticələri xalis inhisar baxımından daha qabarıq şəkildə 
təzahür edir. Bu zaman aşağıdakı dörd amil diqqəti cəlb edir: 
a) Qiymətlər, istehsalın həcmi və resursların bölüşdürülməsi: Məlumdur ki, xalis 
rəqabət prosesi, «istehsal səmərəliliyi» və «resursların bölüşdürülməsi 
səmərəliliyi» nəticələrini  əldə edə bilər.  İstehsal səmərəliliyi o halda əldə edilə 
bilər ki, istehsalın son xərcləri minimum olduğu zaman firmanın sahəyə azad daxil 
olması  və  çıxması firmanı optimal istehsal norması ilə  işləməyə  məcbur etsin. 
Onda məhsulun qiyməti də razılaşdırılmış orta məcmu xərclərdən aşağı olar. 
İnhisarçı, rəqabət aparan istehsalçıdan fərqli olaraq yüksək qiymətə daha az 
həcmdə  məhsul satmağı  sərfəli hesab edəcək. Xalis rəqabət  şəraitində istehsal 
olunan məhsulun qiyməti ilə müqayisədə inhisarçılar tərəfindən daha az həcmdə is-
tehsal olunan məhsulun qiyməti yüksək olacaq. 
b) Rəqabət aparan və inhisarçı firmaların xərcləri arasında olan müqayisə ilə 
əlaqədar olan çətinliklər: Xalis inhisarı qiymətləndirməyimiz bizi belə bir nəticəyə 
gətirib çıxarır ki, rəqabət aparan firmalardan fərqli olaraq, eyni xərclərlə xalis 
inhisarçı firma məhsulun istehsalının həcmini daha da azaldacaq, qiymətləri 
yüksəldəcək və iqtisadi resursların bölünməsinə maneçilik törədəcək. Bu fərqli 
nəticələr inhisarı xarakterizə edən sahəyə daxilolmanı  məhdudlaşdıran hədlərdən 
irəli gəlir. 
v) sahəyə daxil olmağı  məhdudlaşdıran hədlərin hesabına inhisarçı    daimi  
olaraq yüksək inhisar mənfəəti  əldə edir. Bu da onu göstərir ki, inhisarçı firma 
rəqabət aparan firmalara nisbətən ETT-nin inkişafı üçün daha çox maliyyə 
resurslarına malik olacaq. Bəs inhisarçını texniki tərəqqiyə vadar edən nədir? 
Burada bir məqam vardır ki, inhisarçılığın yeni texnika və  məhsul  əldə etməyini 
zəiflədir; rəqiblərin olmaması o deməkdir ki, inhisarlaşdırılmış bazarda ETT-yə 
avtomatik stimul yoxdur. Özünün bazarda vəziyyətinin qorunmasına arxalanaraq 
inhisarçı  səmərəsiz və  tənbəl ola bilər. Rəqabətli bazarda kəskin mübarizə 
səmərəsiz olanları  cəzalandırır; Səmərəsiz inhisarçı bu cəzanı onun rəqiblərinin 
olmamasına görə almır.  İnhisarçı özünə güvənir və mövcud vəziyyətdə qalmaq 
hüququ vardır.  İnhisarçıya istehsal və  məhsul sahəsində  təkmilləşdirmə 
aparmaqdan imtina etmək sərf edir. Yeni təkmilləşdirilmiş texnika inhisarlar 
tərəfindən qəbul olunur. Çünki, onlar yeni texnikanın daxil edildiyi anda istehsal 
xərclərini aşağı salır və mənfəəti yüksəldirlər. 
q) əsas məsələlərdən biri də gəlirlərin bölgüsüdür: Sahibkar inhisarçı gəlirlərin 
bölgüsündə qeyri-bərabərliyi  şərtləndirir. Öz bazar hökmranlıqlarının sayəsində 
inhisar-firmalar rəqabət aparan firmalara nisbətən bazarda daha yüksək qiyməti 
təsbit edirlər: inhisar faktiki olaraq istehsalçıları «xüsusi vergi» yolu ilə qarət 
etmək və bu yolla öz gəlirlərini yüksəltmək vəziyyətindədirlər. Bazar iqtisadiy-
yatının inkişafının müəyyən bir mərhələsində inhisarçılıq elə bir səviyyəyə  gəlib 
çatır ki, ona qarşı  tədbirlərin görülməsinə  zərurət yaranır. Bu tədbirlər iki 
istiqamətdə aparılır. 
1. Rəqabətin inkişafına müvafiq strukturlar tərəfindən əlverişli mühit yaradılır. 
 
89


2.  İnhisarçı mövqeyə malik olan təsərrüfat subyektlərinin fəaliyyəti hüquqi 
aktlarla müvafiq orqanlar tərəfindən məhdudlaşdırılır.  
İnhisar fəaliyyətini tənzimləyən ilk hüquqi aktlar hələ XIX əsrin ortalarında 
ABŞ-da qəbul edilmişdir. Sonralar bir sıra ölkələrdə, o cümlədən, Azərbaycanda 
da bazar münasibətlərinə keçidlə  əlaqədar inhisarların fəaliyyətini tənzimləyən 
qanunlar qəbul edilmişdir. 
 
 
 
MÜHAZİRƏ MƏTNİ 
 
MÖVZU 13. İSTEHSAL XƏRCLƏRİ VƏ MƏNFƏƏT 
 
 
§1. İstehsal xərclərinin mahiyyəti. Daxili və xarici istehsal xərcləri 
§2. İstehsal xərclərinin təsnifatı və dinamikası 
§3. Alternativ və ümumi iqtisadi xərclər 
§4. Mənfəət və onun artırılması yolları 
 
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT 
1.  «İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev,  Ə.P.Babayev, M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, 
Bakı-2001. 
2.  Экономическая  теория  (Политэкономия):  Учебник / Под  общей  ред.  В.И.  Видяпина,  Г.П. 
Журалвевой. –М.: Изд-во: экономической академии, 2000, –592 с. 
3.  Экономическая теория. Учебник для вузов. Под ред. Г.П. Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-
во: Тамбовского университета, 2000,–757с. 
4.  Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.: Эксмо, 2006, –736 с. 
5.  Экономическая теория. Учебник для вузов / Под ред. А.И. Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-
во: СПб ГУЭФ. 1997, –480 с.  
6.  Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им. М.В.Ломоносова. Изд-во « Дело и 
Сервис, 2001-832 с. 
7.  Носова  С.С.  Экономическая  теория.  Учебник  для  вузов. –М.:  Гуманит.  Изд-во:  Центр  ВААДОС, 
2000, –520 с. 
8.  Курс  общей  экономической  теории.  Учебник / Под  ред.  М.Н.  Чепурина,  Е.А.  Киселевой. –Киров: 
АСА, 1997. 
9.  Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992. 
10.  Портер М. Международная конкуренция. –М.: Международные отношения, 1993. 
11.  Экономика переходного периода / Под ред. В.В.     Радаева, А.В. Бузгалина. –М.: Изд-во МГУ, 1995. 
12.  Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан,  1994, –736 с. 
 
 
 
 
 
 
 
§1. İstehsal xərclərinin mahiyyəti. Daxili 
və xarici istehsal xərcləri 
 
İqtisadi ehtiyatlar, istər təbii - torpaq, sular, faydalı qazıntılar, istər insan ehtiyatları, istərsə  də  cəmiyyət 
tərəfindən yaradılmış olan istehsal vasitələrinin miqdarı məhduddur. Əgər bu iqtisadi ehtiyatlar sonsuz miqdarda çox 
olarsa, iqtisad elminə ehtiyac olmazdı. Başqa sözlə desək, hər hansı  təsərrüfat fəaliyyətinin nəticələrinin o 
cümlədən məhsul istehsalına sərf olunmuş iqtisadi ehtiyatların miqdarının müqayisəsi  əhəmiyyətini itirmiş olardı. 
Lakin həyat məhz bu iqtisadi ehtiyatların məhdudluğu  şəraitində mövcuddur. Buna görə  də  hər bir istehsalçı, 
təsərrüfat fəaliyyətinin səmərəliliyi baxımından istifadə olunmuş iqtisadi ehtiyatların kəmiyyətinin  ən  əlverişli 
variantını seçməli olur. 
Əmtəə-pul münasibətləri şəraitində məhsulun istehsalına sərf olunmuş iqtisadi ehtiyatların hesabı, sahibkarın 
bu ehtiyatların əldə edilməsinə, alınmasına sərf etdiyi pulun miqdarı ilə aparılır. Bu baxımdan, məhsulun istehsalı 
 
90


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə