sonra həmin əmlakın qalıq dəyərini ödəməklə onu öz mülkiyyətinə çevirir.
Lizinq xidməti bu prosesdə iştirak edən bütün tərəflər üçün: istehsalçılar,
lizinq kampaniyaları və istehlakçılar üçün çox sərfəlidir. İstehsal
vasitələrinin
istehsalçıları üçün öz məhsullarını lizinq kampaniyalarına verilməsinin aşağıdakı
müsbət cəhətləri vardır: reklam, bazarın təhlili, alıcının tapılması ilə bağlı
xərclərin azaldılması, qənaət edilmiş vəsaitin istehsal vəzifələrinin həllinə
yönəldilməsi, istehal edilmiş məhsulun möhkəm satış bazarının olması və s.
Lizinq kampaniyasının mənfəətinə daxildir: əmlakın icarəçiyə verilməsi ilə
bağlı xidmətlər üçün verilən haqq, istehsalçıdan onun məhsulunu iri həcmdə aldığı
üçün qiymət güzəştləri, icarə müddəti qurtardıqdan sonra avadanlığın
satılmasından götürülən gəlir və s.
İstehlakçının (icarəçinin) mənfəəti aşağıdakılardan ibarətdir: avadanlığın
icarəsinin onun birdəfəlik alınmasından
ucuz başa gəlməsi, istehsal vasitəsinin
bütün iş müddəti ərzində ona müəyyən formada yüksək keyfiyyətli xidmətin
göstərilməsi. Bundan əlavə, bir çox hallarda işə başlamaq istəyən şəxsin bankdan
kredit götürməsi üçün heç bir təminatı olmasa və buna
görə də bank ona kredit
verməzsə, avadanlığın icarəyə götürməsi öz şəxsi işinə başlamağın və
genişləndirməyin yeganə vasitəsi olur.
Bazar infrastrukturunun vacib ünsürlərindən biri də sığorta şirkətləridir.
Onlar ölkənin iqtisadi sistemində mühüm yer tutan bazarlardan birinin - maliyyə
bazarının tərkib hissəsi olan sığorta bazarının təşkilati forması kimi çıxış edirlər.
Sığorta bazarı maliyyə-pul münasibətlərinin xüsusi bir bölməsidir, çünki
burada bazar münasibətlərinin obyekti kimi spesifik bir əmtəə: alqı-satqı
əməliyyatlarının iştirakçılarına göstərilən sığorta xidməti çıxış edir. Bazar
ölkələrində dövlət, səhmdar və ya özəl sığorta şirkətləri tərəfindən göstərilən bu
xidmətlər öz müştərilərinin sığorta müdafiəsini təmin etməyə yönəlmişdir.
Sığorta şirkətləri bazar iqtisadiyyatının normal fəaliyyətini təmin edən əsas
amillərdən biridir. İş ondadır ki, bir sıra hallarda iqtisadiyyatın
müxtəlif
sahələrinə gözlənilməz hadisələr nəticəsində müxtəlif dərəcəli ziyanlar dəyir.
Belə bir vəziyyətdə sığorta şirkətlərinin əsas vəzifəsi sığorta fondundan verilən
vəsait hesabına təsərrüfat subyektlərinin müdafiəsini həyata keçirməkdən, onlara
dəyən zərəri qismən və ya tam ödəməkdən, beləliklə də iqtisadiyyatın
normal
fəaliyyəti üçün zəruri sabitliyi təmin etməkdən ibarətdir.
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində sığorta xidməti ilə
sahibkarlıq fəaliyyəti arasında sıx əlaqə mövcuddur ki, bu da axırıncının daim risk
şəraitində baş verməsindən, risklə müşayiət olunmasından doğur. Məlumdur ki,
işgüzar fəaliyyət qarşısında dayanan cari və strateji məqsədlərə nail olmaq üçün
sahibkarlar yeni-yeni vasitələr və metodlar axtarır, müxtəlif yeniliklər
tətbiq edir,
nəticəsi çox vaxt əvvəlcədən mə’lum olmayan iqtisadi qərarlar qəbul edirlər.
Bizneslə bağlı bu iqtisadi qərarların reallaşması nəticəsində isə sahibkarlıq
fəaliyyəti ya öz iqtisadi imkanlarını artıraraq yeni inkişaf pilləsinə qalxır, ya da
ki, qarşıya qoyulmuş məqsədə çatmayaraq gözlənilən mənfəətin bir hissəsindən
və yaxud hamısından məhrum olur. Bəzi hallarda isə bu iqtisadi qərarlar nəinki
onlara yönəldilmiş vəsait qoyuluşlarını təmin etmir, hətta işgüzar fəaliyyətin
davam etdirilməsini belə şübhə altına alır. Belə bir şəraitdə sığorta şirkətlərinin
83
fəaliyyəti sahibkarlıqla bağlı iqtisadi qərarların həm son nəticələrinin (məs.,
mənfəətin gözlənilən səviyyəsinin), həm də qarşıya qoyulmuş məqsədə çatmağa
xidmət edən müxtəlif amillərin (məsələn, yeni texnikanın və texnologiyanın) mü-
dafiəsinə yönəlmişdir. Başqa sözlə desək, sahibkarlığın sığortalanması sayəsində
gözlənilməz hadisələrdən qorunmaq üçün zəmanət yaranır.
Beləliklə, biz bazar infrastrukturunun məzmunu
və onun müxtəlif tərkib
hissələrini nəzərdən keçirdik. Əlbəttə, bazar infrastrukturunun tərkib hissələri bu
deyilənlərlə bitmir. Yuxarıda göstərilənlərdən əlavə buraya həmçinin müxtəlif
banklar (bu barədə dərsliyin başqa hissəsində ətraflı məlumat verilir), audit,
reklam, informasiya xidməti göstərən müxtəlif şirkətlər, ticarət evləri və s. aid
edilir. Bütün bunları birləşdirən əsas cəhət odur ki, onlar
bazar sisteminin normal
fəaliyyətinin təmin olunmasına xidmət edirlər.
Qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatına keçid mərhələsində olan
respublikamızda bu sahədə artıq bir sıra işlər görülmüşdür. Buraya, hər şeydən
əvvəl, bazar infrastrukturunun hüquqi bazasının yaradılmasını aid etmək olar.
Belə ki, bu gün Azərbaycanda əmtəə və fond birjalarının, bankların, audit və
sığorta işinin və s. tənzimlənməsi ilə əlaqədar qanunlar qəbul edilmiş, onların fəa-
liyyətini həyata keçirən bir sıra təşkilati strukturlar yaradılmışdır. İndi isə başlıca
vəzifə onların qanunvericilik və bazar iqtisadiyyatının tələbləri əsasında səmərəli və
qarşılıqlı fəaliyyətinə nail olmaqdır.
MÜHAZİRƏ MƏTNİ
MÖVZU 12. RƏQABƏT VƏ İNHİSAR
§1. Rəqabətin mahiyyəti və bazar iqtisadiyyatının inkişafında onun rolu
§2. Rəqabətin tipləri və modelləri
§3. İqtisadiyyatda inhisarçılıq. İnhisar formaları
§4. İnhisarçılığın sosial-iqtisadi nəticələri. Antiinhisar (antitrest)
qanunvericiliyi
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1.
«İqtisadi nəzəriyyə» dərslik, T. S.Vəliyev,
Ə.P.Babayev,
M.X.Meybullayev ümumi elmi redaktəsi ilə, Bakı-2001.
2. Экономическая теория (Политэкономия): Учебник / Под общей ред.
В.И. Видяпина, Г.П. Журалвевой. –М.: Изд-во: экономической акаде-
мии, 2000, –592 с.
3. Экономическая теория. Учебник для вузов. Под ред. Г.П.
Журавлевой, В.М. Юрьева. –Тамбов: Изд-во: Тамбовского
университета, 2000,–757с.
4. Международная экономика. Учебное пособие / Н.А. Волчина. –М.:
Эксмо, 2006, –736 с.
84