mübadiləyə, eyni tələbatın
ödənilməsinə malikdirsə, onda bazar rəqabəti satıcıların
(istehsalçıların) məhdud sayı olduğu şəraitdə yaranır və elə bil əmtəələr arasındakı
rəqabətə keçir.
Müasir bazar iqtisadiyyatına daha tipik olan bazarlardan biri də oliqapolik
bazardır (yunan dilindən oligos-az və poleo-satıram). Bu cür bazar adətən bir neçə
nisbətən böyük, satış miqyasına və təsir dərəcəsinə görə yaxın olan iştirakçılardan
ibarət olur. Oliqapoliyanın əsas müəyyən edilən əlaməti - bazarda hakim satıcıların
(istehsalçıların) sayının məhdudluğu, azlıq təşkil etməsidir.
Oliqapolik bazarı mükəmməl rəqabətli bazardan qiymətlərin dəyişmə
xüsusiyyətlərinə görə fərqləndirirlər. Mükəmməl rəqabət şəraitində qiymətlər
daimi olaraq tələb və təklifin tərəddüdündən asılı olaraq dəyişir.
Oliqapoliya
zamanı isə qiymətlər tez-tez deyil, bir qayda olaraq, böyük vaxt intervalında
əhəmiyyətli dərəcədə dəyişilir.
Bazar duapoliyası oliqapoliyanın xüsusi halı olub, bazarda təmsil olunan satıcı
(istehsalçı) - firmaların sayının ikiyədək ixtisar edilməsidir. Bazarın daha yüksək
dərəcədə inhisarlaşdırılması mükəmməl, azad rəqabətin tam əksi olan xalis inhisar
şəraitində baş verir («inhisar» sözü yunan dilində monopolin-yeganə satıcı demək-
dir). Tam inhisarlaşdırılmış bazarlar aşağıdakı əlamətlərlə xarakterizə olunur:
a) bazarda əmtəəni yalnız bir satıcı satır,
başqa sözlə, bütün sahə bir firma
tərəfindən təmsil olunur;
b) əmtəə elə nadirdir ki, onu əvəz edən başqa bir əmtəə yoxdur. Alıcı ya bu
əmtəəni inhisarçıdan almalıdır, ya da bu əmtəəsiz keçinməlidir;
v) satıcı yalnız öz əmtəəsi ilə ticarət aparır;
q) satıcı qiymət üzərində nəzarətin ona məxsus olduğundan qiyməti diktə edir.
Bu fakt isə böyük xərclər tələb etməyən və informasiya xarakteri daşıyan reklamın
yerini əvvəldən müəyyən edir.
d) sahəyə daxil olmaq imkanı yoxdur.
§3. İqtisadiyyatda inhisarçılıq.
İnhisar formaları
İnhisarçılıq təsərrüfat subyektlərinin yolverilməz fənd və üsullardan istifadə
etməklə yüksək mənfəət götürmək məqsədi ilə azad
rəqabətə yol verilməməsinə,
onun məhdudlaşdırılmasına və aradan qaldırılmasına yönəldilən fəaliyyətdir.
İnhisar nəzəriyyəsinə görə inhisarçı müəssisənin davranışı aşağıdakı amillərin
təsiri altında formalaşır:
1. Bazarın bir hissəsini itirmək təhlükəsi; bu təhlükə olmadıqda o qiymətin
yüksəldilməsi qərarını qəbul etdikdə belə məhsul buraxılışının həcminə tam
nəzarət edir.
2. Qiyməti fasiləsiz yüksəltmək imkanının məhdudluğu; bütün digər istehsalçılar
kimi inhisar da istehsal qərarını qəbul
edərkən bazar tələbini, öz istehsal xərclərini
nəzərə almaq məcburiyyətindədir.
İnhisar nəzəriyyəsinə görə inhisarın maksimum mənfəət götürməsini təmin edən
məhsul buraxılışının həcmi rəqabət şəraitində mövcud olan prinsipə, son hədd
gəlirlərinin və son hədd xərclərinin bərabərliyinə əsaslanır. İqtisadiyyatda
87
inhisarçılığı əhatəliyi baxımından aşağıdakı kimi qruplaşdırmaq olar:
1.
İstehsal inhisarçılığı: Müəyyən növ məhsul istehsalının əsas
hissəsinin
məhdud miqdarda istehsalçının əlində cəmlənməsinə istehsal inhisarçılığı deyilir.
İstehsal inhisarçılığı müəyyən məhsul istehsalçılarının birləşməsi və yaxud da
müvafiq məhsulu istehsal edən müəssisədə kapitalın öz-özünə artması yolu ilə
yaranır.
2. Təbii inhisarçılıq: - İstehsal miqyasının artırılmasının böyük həcmdə qənaətə
səbəb olduğu hallarda mümkündür. Təbii inhisarçılıq təsərrüfat subyektləri
arasında rəqabətin mümkün olmadığı sahələrdə də yaranır. Təbii inhisarçılığın
meydana gəlməsi kapitalın öz-özünə artması, rəqibləri sıxışdırmaq və mənfəəti
maksimumlaşdırmaq cəhdləri ilə az əlaqədardır. Təbii inhisarçılığın
bazar üzərində
hökmranlığı xüsusi xarakterə malikdir. O ancaq texnologiyanın spesifikliyi ilə
şərtlənir.
3. Texnoloji inhisarçılıq: - İnhisarın obyekti bu və ya digər məhsulun
hazırlanması üsulu olduğu halda yaranan inhisarçılıq, texnoloji inhisarçılıqdır.
Texnoloji inhisarçı kimi ETT-nin müəyyən istiqamətində liderliyi ələ keçirmiş
müəssisələr çıxış edirlər. Texnologiyada liderlik edənlər son nəticədə öz
məhsullarının rəqabətliyini təmin edirlər. Buna görə də müəyyən texnoloji yeniliyə
sahib olan müəssisələr ondan maksimum faydalanmaq üçün inhisarçılıq
davranışlarına yol verirlər. İnhisarçılığın bu forması müvəqqəti xarakter daşıyır.
4. İstehlakçı inhisarçılığı və ya monopsoniya: - Bu halda bazarda bir alıcı,
çoxlu sayda satıcı olur. İstehlakçı inhisarçılığı da digər inhisarçılıq
növləri kimi
mənfi nəticələrə səbəb olur. Belə ki, bu halda iri istehlakçı tərəfindən satın alınan
məhsulların qiymətlərinin süni surətdə aşağı salınması nəticəsində yüksək mənfəət
götürmək, müqabil tərəfə əlverişsiz müqavilə şərtlərini qəbul etdirmək üçün
əlverişli şərait yaranır. Bununla əlaqədar olaraq iqtisadiyyatda monopsoniyaya
qarşı da mübarizə tədbirləri işlənib hazırlanır.
5. Təşkilati inhisarçılıq: - İnhisarçılığın bu forması istehlakçı birliklərinin
formalaşdırılması yolu ilə meydana gəlir. İstehsalçıların müxtəlif sahə, sahələrarası
və yaxud da regional təşkilat strukturlarını yaratmaqla inhisarçı meyllərinin
miqyaslarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkün olur.
Bu isə bü-
tövlükdə iqtisadiyyatın inhisarlaşma dərəcəsinin artmasına, texniki-texnoloji
tərəqqinin sahə və ölkə miqyasında ləngiməsinə səbəb olur.
6. İdarəetmə inhisarçılığı: - İnhisarçılığın bu forması inzibati-amirlik sistemi-
nin xarakterik xüsusiyyətlərindən biridir. Burada inhisarçı şəklində dövlət çıxış
edir. Dövlət bütövlükdə sosialist təsərrüfatı mexanizmi vasitəsi ilə iqtisadiyyatı
idarə etməklə həm müəssisələrin müstəqilliyini məhdudlaşdırır və məsuliyyətlərini
olduqca azaldır, həm də müəssisələrin təsərrüfat əlaqələrini məhdudlaşdırmaqla
onların son nəticələrə olan maddi maraqlarını azaldır, sərbəst təsərrüfat əlaqələri
yaratmağa imkan vermir.
Beləliklə, iqtisadiyyat qeyri-səmərəli fəaliyyət göstərir.
Həddindən artıq mərkəzləşdirilmiş planlaşdırma bürokratik təsərrüfat mexanizmi-
nin və səmərəsiz iqtisadi əlaqələrin hökm sürməsinə səbəb olur. Eyni zamanda
iqtisadiyyatın idarə olunmasındakı inzibatçılıq təkrar istehsal fazaları arasındakı
əlaqəni, mülkiyyət hüququnu pozur.
88