5. Экономическая теория. Учебник для вузов / Под ред. А.И.
Добрынина, Л.С. Тарасевича. –СПб.: Изд-во: СПб ГУЭФ. 1997, –480
с.
6. Курс экономической теории. /Под ред. А.В.Сидоровича; МГУ им.
М.В.Ломоносова. Изд-во « Дело и Сервис, 2001-832 с.
7. Носова С.С. Экономическая теория. Учебник для вузов. –М.:
Гуманит. Изд-во: Центр ВААДОС, 2000, –520 с.
8. Курс общей экономической теории. Учебник / Под ред. М.Н.
Чепурина, Е.А. Киселевой. –Киров: АСА, 1997.
9. Макконнелл К.Р., Брю С.Л. Экономикс. –М.: Республика, 1992.
10. Портер М. Международная конкуренция. –М.: Международные отно-
шения, 1993.
11. Экономика переходного периода / Под ред. В.В. Радаева, А.В.
Бузгалина. –М.: Изд-во МГУ, 1995.
12. Хасбулатов Р.И. Мировая экономика. –М.: Инсан, 1994, –736 с.
§1. Rəqabətin mahiyyəti və bazar
iqtisadiyyatının inkişafında onun rolu
İqtisadi inkişafın bazar mexanizmi bir sıra iqtisadi ünsürlərin qarşılıqlı əlaqədə
fəaliyyəti ilə şərtlənir. Bu ünsürlərdən biri də rəqabətdir. Rəqabət latın sözü olub
(concurere) «toqquşma» mənasını verir. Rəqabətin meydana gəlməsi tarixən
mülkiyyət ayrı-seçkiliyinin və əmək bölgüsünün şərtləndirdiyi əmtəə istehsalının
meydana gəlməsi dövrünə təsadüf edir, əmtəə istehsalının inkişafı ilə iqtisadi
inkişafın ən fəal ünsürünə çevrilir. İstehsal vasitələri
üzərində xüsusi mülkiyyət
rəqabətin mövcudluğunu şərtləndirir. Rəqabət bəhsləşmədir. Rəqabət nəticəsində
istehsalçı və istehlakçılar bərabər imkanlara malik olmalarına baxmayaraq, bu
imkanlardan daha səmərəli istifadə etməklə qalib gəlmək istəyi həmişə onları
istehsalın nəticəsini yaxşılaşdırmağa stimullaşdırır.
Rəqabətin tarixən sadə əmtəə istehsalı şəraitində meydana gəlməsinə
baxmayaraq o, iri maşınlı istehsal şəraitində də iqtisadi inkişafın həlledici
amillərindən biri kimi çıxış edir. İri maşınlı istehsal şəraitində o, təkcə fərdi
istehsalçılar arasındakı rəqabət şəklində deyil, həmçinin sahədaxili və sahələrarası
rəqabət kimi də çıxış edir. Sahədaxili rəqabət eynitipli
fəaliyyət növü ilə məşğul
olan təsərrüfat subyektləri arasında, sahələrarası rəqabət isə müxtəlif sahələrə daxil
olan, lakin müəyyən məkan daxilində olan bazar subyektlərinin bəhsləşməsi kimi
təzahür edir.
§2. Rəqabətin tipləri və modelləri
Bazar rəqabətdən asılı olaraq 2 əsas tipə ayrılır: azad rəqabətli bazar (mükəmməl
rəqabət) və qeyri-mükəmməl rəqabət, bu da inhisarçı oliqapolik və inhisarçı
85
rəqabət bazarlarına ayrılır.
Məhsulların reallaşması şərtlərinə, əsasən onların qiymətlərinə bazarın
iştirakçılarının təsir göstərmək imkanları olmadığı bazar rəqabətli olur.
Bu cür
bazarı azad və ya xalis rəqabətli bazar adlandırırlar. Azad rəqabətli bazar aşağıdakı
əlamətlərlə səciyyələnir:
a) satıcılar və alıcılar o qədər çoxdur ki, onların heç biri və heç bir qrupu bazar
proseslərinə, əsasən də qiymətlərə təsir göstərmək qabiliyyətinə malik deyillər;
b) bütün satıcılar tərəfindən satış üçün əmtəənin fərdi xarakteristikalarını, xüsusi
əmtəə nişanları və markalarını əks etdirməyən, eyni əmtəə və xidmətlər
- özünə-
məxsus, identik - standartlaşmış əmtəələr təklif olunur;
v) bütün alıcılar və satıcılar bazar haqqında tam informasiyaya (qiymət, əmtəə,
tələb, təklif və s.) malikdirlər;
q) satıcılar və alıcılar hər hansı qanunvericilik, maliyyə, texnoloji maneələrin
olmadığı halda bazara azad surətdə daxil olub, onu
azad surətdə tərk edə bilirlər;
d) bütün maddi, maliyyə və digər resurslar tam çevikdir, bazarın iştirakçıları
azad surətdə lazım olan resursları istehsala cəlb edə bilirlər. Beləliklə, azad
rəqabətli bazarda əsas şərt odur ki, bazarda qiymət praktik olaraq ayrı-ayrı
subyektlərin arzu və hərəkətlərindən asılı deyildir, o elə bil öz-özünə «gözəgö-
rünməz əl» ilə tələblə təklifin təsiri ilə formalaşır. Azad
rəqabətli bazar - müəyyən
dərəcədə nəzəri abstraksiyadır, modeldir; bu cür bazar heç vaxt, heç yerdə mövcud
olmayıb.
İqtisadçılar rəqabətin məhdudluğu və ya inhisarlaşdırılma dərəcəsinə görə
bazarın bir neçə əsas modellərini fərqləndirirlər. Bu modellər aşağıdakılardır:
-
Mükəmməl rəqabətli bazar;
- İnhisarçı rəqabətli bazar;
- Oliqapolik bazar;
- Xalis inhisarçı bazarı.
Bazarın rəqabətli olması - istehsalçıların və istehlakçıların hərəkətlərinə təsir
göstərən əsas amillərdir. Bazarın rəqabətli olması - onun iştirakçılarının realizə
olunan əmtəələrin qiymətlərinə hansı dərəcədə təsir göstərə bilməsi ilə müəyyən
edilir.
Bu təsir nə qədər az olarsa, bazar bir o qədər rəqabətli sayılır.
Qeyri-mükəmməl rəqabətli bazarın tam açılışına keçməzdən əvvəl, qeyd etmək
lazımdır ki, bu cür təsnifatlaşdırma satıcıların hərəkətləri və sayı əsasında aparıl-
mışdır. Belə ki, alıcıların bazarda hərəkətləri və sayı baxımından monopsoniyanı
(bir alıcının inhisarı) fərqləndirmək lazımdır. Bu zaman bazarda bir alıcı, çoxlu
sayda satıcı olur (bu hal adi deyildir və buna çox nadir hallarda rast gəlinir).
Oliqopsoniya (alıcının inhisarı) - bu zaman bazarın şərtlərini diktə etməyə malik
olan bir neçə iri alıcı və çoxlu sayda satıcı olan rəqabətli bazar olur.
Mükəmməl rəqabətli bazardan fərqli olaraq qeyri-mükəmməl rəqabətli bazarda
ayrı-ayrı istehsalçılar və ya onların birlikləri satış şərtlərinə, xüsusən də onların
qiymətlərinə təsir göstərmək vəziyyətindədir. Buna
görə də bütün qeyri-mükəmməl
rəqabətli bazarların hamısını «qiyməti yaradan bazar» adlandırırlar. Onların əsas
fərqləndirici cəhəti kimi inhisarlaşdırmanın dərəcəsi çıxış edir.
İnhisarçı rəqabət bazarında müxtəlif firmaların istehsal etdikləri əmtəələrin
müxtəlifliyi prinsipi xeyli dərəcədə gözlənilir. Əgər bu əmtəələr qarşılıqlı
86