çünki o tələbatı bilavasitə ödəyir. Kartof bişirilən qazan isə yüksək səviyyəli ne’mətdir,
ona görə ki, o tələbatı bilavasitə
deyil, dolayı yolla ödəyir.
Deməli, kapitalın yüksək səviyyəli ne’mət kimi, insan sivilizasiyanın inkişafı, o cümlədən onların istehsalı
üçün tətbiq olunan vasitələrin əhəmiyyəti durmadan artacaqdır.
İnsanların xüsusi növ qabiliyyəti kimi fərqlənən
sahibkarlıq qabiliyyəti - iqtisadi resursların tərkibində
fəal rola malikdir. İnsan biliklərinin, düşüncəsinin məhsulu olan sahibkarlıq, yeni imkanların tapılması, yeni
istehsal üsullarının tətbiq olunması, köhnə, hər cür məhdudiyyətlərin aradan qaldırılması, yeniliklər naminə risk
edilməsi qabiliyyətini əks etdirir. Sahibkarlıq daima axtarışlarla bağlı olduğundan o dinamik prosesdir. Yeni
perspektiv istiqamətlərin müəyyən edilməsi ilə əlaqədar olaraq sahibkarlıq hər cür məhdudiyyətlərə üstün gəlir,
mütərəqqi təşkilatçılıq və idarəetmə formasını törədir.
Lakin sahibkarlıq yeniliklərlə bağlı olduğundan bu heç
də o demək deyildir ki, o nəyinsə ixtirası və ya kəşf
olunmadır. Lakin o gəlir əldə etmək yolunda yeni biznesin axtarılmasıdır. Sahibkarlıq mövcud biznes sferasında
mövcud resursların bölgüsündə və seçilməsində yeni təşkilatçılıq metodlarının həyata keçirilməsi, təşəbbüskarlığa
malik olması və risk etmək qabiliyyəti ilə səciyyələnir.
Bə’zən də sahibkarlıq qabiliyyətinə istehsalın üç təbii, əmək və kapital amillərinin daha yaxşı üsullarla
birləşməsini axtaran proses kimi də baxılır (Edvin C.Dolan, Deyvid E.Lindiy, Mikroekonomika, San-P. 1994,
s.14). Lakin sahibkarlıq insanın xüsusi növ qabiliyyəti kimi, öz iş vaxtından, əməyindən, işgüzarlığından, mül-
kiyyətindən səmərəli istifadə etməklə əlavə gəlir əldə etmək qabiliyyətidir. Daha doğrusu, sahibkarlıq mənfəətli
işlərin görülməsinin əsasıdır.
§4. İstehsal imkanları və iqtisadi seçimin qarşılıqlı əlaqəsi
Resursların məhdudluğu onlardan istifadənin alternativliyini əsaslandırır. Alternativliyi
iki səviyyədə qeyd
etmək olar. Birincisi, mövcud ictimai əmək bölgüsü şəraitində istehsal olunan ne‘mətlərdən birindən digərinə
keçilməsi. İkincisi, eyniadlı resursdan faydalılıq və səmərəlilik baxımından müxtəlif səviyyədə istifadə olunması.
Konkret olaraq alternativ resurs seçiminin əsaslandırılması texnoloji istehsal üsulunun meydana gəlməsinə
səbəb olur. Bunu əyaniləşdirmək üçün görkəmli Amerika iqtisadçısı A.Samuelsonun gətirmiş olduğu misaldan
istifadə edək.
Hesab edək ki, cəmiyyət yalnız mövcud resurslarla iki növ əmtəəni, 15 min ədəd top və 5
ton yağ istehsal
etməyə imkan verir. Bu əmtəələr mülki və hərbi istehsalın alternativliyini xarakterizə etmək üçün istifadə edilir.
Məs., belə hesab edək ki, cəmiyyətin bütün resursları yağ istehsalına istiqamətlənir və onun həcmi mövcud resurs
tə‘minatı baxımından maksimum 5 tona bərabər tutulur.
Alternativ məhsul olan top istehsalı isə mövcud resurslarla maksimum 15 min ədədə bərabərdir. Göründüyü
kimi, cəmiyyət bu məhsulların hər birinin maksimum istehsalı üçün digərindən imtina etməlidir. Məs., yağ
istehsalını azaltmaqla və ya əksinə. Bir cəhəti də qeyd etmək lazımdır ki, məhdud resurslardan istifadə etmək
nəinki alternativdir, eyni zamanda qarşılıqlı əvəz olunmalıdır.
İstehsal imkanlarının iqtisadi mə’nası ondan ibarətdir ki, bütün resurslardan tam istifadə etməklə belə,
iqtisadiyyat daima alternativ səviyyədə olur. Yə’ni gətirdiyimiz misaldan belə nəticəyə gəlirik ki, cəmiyyətdə hərbi
və mülki istehsal üçün resursların yenidən bölgüsü istiqamətləri seçilməlidir. İqtisadi seçim, təsərrüfatçılığın alter-
nativ inkişafını əsaslandırır. İstehsal imkanlarının qrafik təsnifatındakı əyri xətt alternativliyin cəmiyyət üçün
daşıdığı əhəmiyyəti əks etdirir. İstehsal imkanları mövcud resurslarla maksimum məhsul kəmiyyətlərinin əldə etmək
mümkünlüyünü əks etdirir. İstehsal imkanları məhsulların mübadilə prosesini də əks etdirir. Belə ki, bir məhsul
növünün buraxılışının artırılması, digər məhsul növünün azalmasına səbəb olur.
Bütün resurslardan tam istifadə etməklə yağ və top istehsalının mümkün kombinasiyaları özünü imkan
əyrisindəki nöqtələrdə göstərir. İmkan əyrisindəki hər nöqtə istehsalın səmərəliliyi variantlarını göstərir. Başqa
cür
qeyd etmiş olsaq, cəmiyyətdə bütün resurslardan maksimum istifadə etməklə heç də mülki və hərbi istehsalın
eyni vaxtda artırılmasına nail olmaq olmaz. İstehsal imkanları əyrisinin mahiyyəti bir də onu göstərir ki, hər hansı
müddət ərzində ölkənin iqtisadi potensialı məhdud çərçivə dairəsində fəaliyyət göstərir və özünün imkan əyrisi
hüdudlarından kənarlaşa bilməz. Yə’ni ölkədə əgər hər il ərzində 200 mln. ton sement istehsal olunursa, bunun 100
min tonu mülki tikintiyə, 50 min tonu sosial tikintiyə, 50 min tonu hərbi tikintiyə, başqa sözlə, 10 yaşayış binasına,
2
xəstəxanaya, 3 hərbi bunkerə yönəldilərsə, əlavə olaraq ya bir bina, yaxud da bir hərbi bunkerin tikilməsi istər-
istəməz ya bir xəstəxananın tikilməsinə, yaxud bir bunkerin, ya da ki, bir mənzilin tikintisinin yarımçıq qalmasına
səbəb olacaq.
Cəmiyyət hər şəraitdə iqtisadi sistemin yaratdığı şəraitə uyğun olaraq iqtisadi
aktivliyə imkan verən yığımla istehlak arasındakı həddi seçməlidir. Əgər
müəyyən müddət ərzində şəxsi istehlaka daxil olan məhsullardan imtina edilirsə
(yə’ni az ət, yağ, yumurta, geyim və məişət əşyaları və s.) və yığımın həcmi (yeni
qurğuların, fabrik və zavodların, mə’dənlərin tikilməsi) artırılırsa, müəyyən
müddətdən sonra daha yüksək səviyyəli imkan əyrisinə nail olmaq olar.
Artıq qeyd etdiyimiz kimi yalnız məhdud resurslar şəraitində adamların fəaliyyəti, davranışı və onların
30
istifadə üçün seçmə üsullarına görə iqtisadi sistemlər fərqlənir. Məhz məhdudluq cəmiyyətin inkişafının iqtisadi
əsasını müəyyən edir. İstər təbiətdəki hazır
məhsullar, istərsə də insan əməyi tətbiq olunan məhsulların hamısı nisbi
məhdudluğa, nadirliyə, çatışmazlığa malikdir. Əgər belə olmasaydı onda insanların tələbatı tam ödənilərdi və
hansı məhsulun az və ya çox istehsal olunmasının heç bir əhəmiyyəti olmazdı. Eləcə də resursları iqtisadi tə’yinatı
baxımından təsnifatlaşdırmağa ehtiyac qalmazdı. Deməli, tələbatın ödənilməsi üçün vasitə hesab olunan ne’mətlərdə
«arzulanan şey» (A.Marşal) kimi mövcud olmazdı. Beləliklə, birmə’nalı qeyd olunmalıdır ki, iqtisadi sistemdə
məhdudluq qanunauyğun hal kimi çıxış edir. Ümumiyyətlə, məhdudluq dedikdə, ayrı-ayrı adamların tələbatının
ödənilməsi üçün resursların çatışmazlığı başa düşülür. Belə ki, iqtisadi resurslardan eyni zamanda iki yerdə tam
istifadə etmək mümkün deyil. Ətlik üçün nəzərdə tutulan heyvanlardan heç vaxt süd istehsalı üçün istifadə etmək
mümkün deyil. Yaxud da fortopianodan dərs deyən musiqiçidən futbol hakimi kimi istifadə etmək mümkün deyil.
Bu da adi bir məntiqdən
doğur ki, hətta uşağa müraciət edəndə ki, «sən bu adamlardan birini seç» onda o, heç vaxt
deməz ki, «mən onların hər ikisini istəyirəm». Bir yerdə istifadə olunan resurs başqa yerlərdə istehsal olunacaq
məhsulların imkanının itkisi deməkdir. Deməli, iqtisadi sistemdə resursların məhdudluğu qanununun tələblərinə
uyğun olaraq iqtisadi resurslardan elə istifadə olunmalıdır ki, əldə olunacaq səmərənin faydası itirilmiş imkanın
faydasından qat-qat yüksək olsun.
Bütün növ resursların məhdudluğu şəraitində bir sıra xərclər çəkmədən, ümumiyyətlə, istehsal mövcud ola
bilməz. İş orasındadır ki, mövcud tələbatların ödənilməsi üçün resurslar həmişə istənilən qədər olmur. Belə
şəraitdə bir məhsul növünün istehsalı üçün lazım olan resurslardan istifadə etmək qərarına gəldikdə onun başqa
növ məhsul istehsalı üçün imtina olunmasına səbəb olur. Beləliklə, məhsul istehsalı üçün tətbiq olunan bütün
resurslar xərc formasında çıxış edir və alternativ qaydada fəaliyyət göstərir. İstehsalın hər şəraitində müəyyən
qisim xərclərlə başa gəldiyindən onların alternativ qaydada tətbiqinin seçilməsi zəruriliyi meydana gəlir.
Bir qisim
əlavə məhsul əldə olunması üçün istifadə olunan xərclərin başqa sahələrdə tətbiqindən imtina olunmasına,
istehsal xərcşərinin artması deyilir. Başqa cür demiş olsaq, mövcud resurslar şəraitində faktiki istehsal olunan bir
məhsul növünün digərinə nisbətən artırılması, hər əlavə istehsal olunan məhsula görə digər növ məhsulların
qurban verilməsi meydana gəlir ki, bu da xərclərin artmasına səbəb olur. Bunun da əsas səbəbi iqtisadi resursların
alternativ məhsul növlərinin istehsalı üçün tam yararlı olmasından irəli gəlir. Hesab edək ki, cəmiyyətdə yalnız
kondisioner və buğda istehsal olunur. İstehsal imkanları baxımından məhsuldarlıqları istənilən səviyyədədir. Lakin
daha gəlirli sahə olan kondisioner istehsalını mövcud resurslarda artırmaq fikrinə gəldikdə hər əlavə kondisioner
üçün buğda istehsalında tətbiq olunan resurslardan imtina olunması deməkdir. Yə’ni çox kondisioner əldə etmək
üçün artıq taxılçılıqla, məhsuldarlığı kondisioner istehsalındakından daha yüksək olan resurslardan istifadə
olunması tələb olunur. Aydındır ki, hər əlavə kondisioner istehsalı üçün ehtiyac artır. Deməli, buğda istehsalından
daha çox resurs kəmiyyətlərini çıxartmaq ehtiyacı irəli gəlir və yaxud buğda istehsalının hər əlavə tonu üçün
kondisioner istehsalında tətbiq olunan resursların çıxarılması zəruriləşir. Bu proses olduqca elastik, zahiri görünmə və
qarşılıqlı əvəz olunma qaydası ilə fəaliyyət göstərir. Xərclərin artması təkcə bir məhsul növünün dəyərcə azalması
deyil, eyni zamanda onun natural formada azalmasına və qıtlaşmasına, digər məhsul növünün isə bahalaşmasına səbəb
olur. Ona görə də alternativ məhsul istehsal olunarkən, mütləq mövcud məhdud resurs növlərindən istifadə
olunması imkanlarını nəzərə almaq lazımdır.
MÜHAZİRƏ MƏTNİ
MÖVZU 5. MÜLKİYYƏT MÜNASİBƏTLƏRİ
§1. Mülkiyyət kateqoriyasının məzmunu və onun haqqında baxışlar
§2. Mülkiyyətin obyekti və subyekti
§3. Mülkiyyətin əsas və törəmə formaları
§4. Mülkiyyət formalarında sahibolma, istifadəetmə və sərəncamvermə
§5. Mülkiyyətin iqtisadi reallaşdırılması
§6. Dövlətsizləşdirmə və özəlləşdirmə
§7. Azərbaycanda özəlləşdirmənin xüsusiyyətləri
İSTİFADƏ OLUNAN ƏDƏBİYYAT
1. «İqtisadi nəzəriyyə». Dərslik, T.S.Vəliyevin, Ə.P.Babayevin və
M.X.Meybullayevin ümumi elmi redaktəsi ilə, Bakı, 1999.
2. Qurani-Kərim. Bakı, 2004 Əl-Bəqərə, Ali-Huran, Ən-Nəhl və Əl-İsra surəsi.
3. M.X.Meybullayev. «İslam iqtisadiyyatı» Bakı – 2001
31