Mühazirə mətnləri 15 movzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının



Yüklə 1,54 Mb.
səhifə16/17
tarix29.04.2018
ölçüsü1,54 Mb.
#40386
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   17

Qida əlavələri

Qida əlavələri- texnoloji tələblərə əsasən bilərəkdən və məqsədyönlü şəkildə qida xammalına və hazır qida məhsullarına, təbii xassələri qorumaq və ya dəyişmək və yaxud qida məhsullarına müəyyən xüsusiyyətləri əlavə etmək məqsədilə daxil edilən təbii vəya sintetik birləşmələrdir.

Texnoloji proseslərin gedişində ayrı-ayrı əməliyyatların həyata keçirilməsi, məsələn, xammaldan tərkib hissələrinin çıxarılması, ağartma, təmizləmə və s. Üçün istifadə edilən köməkçi materiallar ilə qida əlavələri arasında prinsipial fərq mövcuddur. Köməkçi materiallar- texnologiyanın təkmilləşdirilməsi məqsədilə xammal və qida məhsulunun emalı zamanı bilərəkdən istifadə edilən və qida inqrediyentləri olmayan qalıq miqdarı qarışıq tərkibi kimi məhdudlanmalıdır.

Qida məhsullarına qida əlavələrinin texnoloji məqsədlərlə daxil edilməsi qida məhsulunun xarici görnüşünün və orqanoleptik xüsusiyyətlərinin yaxşılaşdırılmasına, saxlanma prosesində məhsulun keyfiyyətinin qorunmasına və qida məhsullarının hazırlanma prosesinin sürətləndirilməsinə yönəlmişdir. Texnoloji təyinata uyğun olaraq qida əlavələrini aşağıdakı qruplara ayırmaq olar:



  1. Məhsulun lazımi xarici görnüşünü və orqanoleptik xassələrini təmin edən qida əlavələri:

  • konsistensiyanı yaxşılaşdıranlar;

  • qida boyaqları

  • ətirvericilər

  • tamlı maddələr.

  1. Məhsulun mikrob və ya oksidləşdirici təsirindən korlanmasının qarşısını alan qida əlavələri (konservantlar):

  • kimyəvi və bioloji antimikrob vasitələr;

  • qida məhsulları tərkib hissələrinin oksidləşməsi ilə bağlı kimyəvi xarab olmanın qarşısını alan antioksidləşdiricilər (antioksidantlar).

  1. Qida məhsulları istehsalının texnoloji prosesində lazım olan qida əlavələri:

  • texnoloji qida əlavələri: xəmir qabardıcıları, jele əmələ gətirənlər, köpük əmələ gətirənlər, ağardıcılar və s.

  1. Qida məhsulunun keyfiyyətinin yaxşılaşdıranlar.

Eyni texnoloji məsələlərin həlli üçün istifadə edilən qida əlavələri kimyəvi tərkiblərinə və metabolizm yollarına görə fərqli olur. Müxtəlif ölkələrdə qida məhsulları istehsalında istifadə edilən qida əlavələrinin sayı 500-ə çatır. Qida əlavələrinin “E” hərfi ilə işarələnmiş beynəlxalq rəqəmsal rasional sistemi işlənib hazırlanmışdır. Hər qida əlavəsinin, əvvəl “E” hərfi ilə qeyd olunmaqla, üç və ya dörd rəqəmli nömrəsi vardır. Rəqəmsal kodlar, texnoloji funksiyalara görə qida əlavələri qrupunu əks etdirən adlandırma ilə birlikdə istifadə edilir.

Bəzi E- nömrələrindən sonra balaca hərflər gəlir, məsələn: E160 a- karotinlər. Bu, qida əlavələrinin sonrakı təsnifatını bildirir. Balaca hərflər E- nömrənin ayrılmaz hissəsidir və onun ifadə olunması zamanı mütləq istifadə olunmalıdır.



Qida əlavələrinin beynəlxalq təsnifatı

E100-E199

Qida boyaq maddələri

100-109

sarı

110-119

narıncı

120-129

qırmızı

130-139

göy və bənövşəyi

140-149

yaşıl

150-159

qəhvəyi və qara

160-199

digərləri

E200-E299

Konservantlar

200-209

sorbatlar

210-219

benzoatlar

220-229

sulfitlər

230-239

fenol və formiatlar(metanoatlar)

240-259

nitratlar

260-269

asetatlar(etanoatlar)

270-279

laktatlar

280-289

propionatlar(propanoatlar)

290-299

digərləri

E300-E399 Antioksidləşdiricilər

300-305

askorbatlar(vitamin C)

306-309

tokoferol(vitamin E)

310-319

qallatlar və eritorbatlar

320-329

laktatlar

330-339

sitratlar

340-349

fosfatlar

350-359

malatlar və adipatlar(adipinatlar)

360-369

suksinatlar və fumaratlar

370-399

digərləri

E400-E499

Stabilizatorlar, qatılaşdırıcılar,emulqatorlar

400-409

alginatlar

410-419

kamedi

420-429

digər təbii maddələr

430-439

polioksietilen birləşmələri

440-449

təbii emulqatorlar

450-459

fosfatlar

460-469

sellüloza birləşmələri

470-489

yağ turşusu birləşmələri

490-499

digərləri

E500-E599

pH tənzimləyiciləri və yapıxma əleyhinə maddələr


500-509

qeyri-üzvi turşular və əsaslar

510-519

xloridlər və sulfatlar

520-529

sulfatlar və hidroksidlər

530-549

qələvi metal birləşmələri

550-559

silikatlar

570-579

stearatlar və qlükonatlar

580-599

digərləri

E600-E699

Tam və ətir artıranlar,ətirvericilər

620-629

qlyutamatlar

630-639

inozinatlar

640-649

digərləri

E700-E799 Antibiotiklər

710-713




E800-E899 Ehtiyat







E900-E999

digərləri

900-909

mumlar

910-919

şirələyən

920-929

un məmulatlarını yaxşılaşdıranlar

930-949

qablaşdırma üçün qazlar

950-969

şirinləşdirənlər

990-999

köpük əmələ gətirənlər

E1100-E1999

Əlavə maddələr

Standart təsnifata daxil olmayan yeni maddələr

Məhsullarda qida əlavələrinin mövcudluğu etiketdə göstərilməlidir, bu halda qida əlavəsi fərdi maddə və ya “E” kodu ilə işarələnmiş fuksional sinif və ya texnoloji funksiya kimi göstərilə bilər. Məsələn: natrium-benzoat və ya E211 konservantı.

Qida əlavələrini çox vaxt zərərli qida maddələri kateqoriyasına aid edirlər, lakin bu heç də doğru deyil.

Qida sənayesində istifadə üçün icazə verilən qida əlavələrinin zərərsizliyi, əsaslı və çoxillik tibbi- bioloji sınaqlara əsasən yoxlanmalıdır. Qida əlavələri yalnız zərərsiz olduqlarını təsdiq edən yoxlamadan keçdikdən və gündəlik tələbatın məqbul norması(həmin qidanın istifadə miqdarını və vəziyyətini nəzərə almaqla) müəyyən edildikdən sonra, onlardan istifadə edilməsinə yol verilir. Belə ki, toksikologiya elmi inkişaf etdikcə, son illərdə çox qida əlavələrinin yenidən yoluxması zamanı onların insan orqanizminə kansoregen və mutagen təsirləri aşkar edilmişdir. Müxtəlif dünya ölkələrində icazə verilən qida əlavələrinin siyahısı vaxtaşırı yenidən gözdən keçrilir, bəzi əlavələrin istifadəsi qadağan edilir, digərləri üçün isə yeni yol verilən həddə konsentrasiyalar müəyyən edilir.

Avropa Birliyində icazə verilən qida əlavələri siyahısı ilə yanaşı, yol verilən “qida -əlavə” kombinasiyası da müəyyənləşdirilmişdir; əgər əlavəyə icazə verilmiş və siyahıya daxil edilmiçdirsə, bu heç də o demək deyil ki, onu bütün məhsulların hazırlanmasında istifadə etmək olar. Eyni zamanda bu o demək deyildir ki, əlavəni məqbul kombinasiyalarda qeyri-məhdud miqdarda istifadə etmək olar; bunun üçün hər kombinasiya üçün məqbul konsentrasiya həddi müəyyən edilmişdir.

Qida əlavələrini HACCP sistemi çərçivəsində təhlükəli amil kimi nəzərdən keçirərkən, iki məqama diqqət yetirmək vacibdir: bu qida əlavəsinə icazə verilib- verilmədiyinə və məhsula əlavə edilən zaman yol verilən həddi aşmamasına.

QİDA ƏLAVƏLƏRİNİN SİYAHISI

Е100 – Е-182: Rəngləyicilər (Boyalar) (Qidaya daha çox rəng vermək üçün istifadə edilir).

Е200 – Е-299: Кonservantlar (məhsulları mikroblardan qoruyaraq onların saxlama müddətin uzatmaq üçün istifadə edilir).

Е-300 – Е-399: Аntioksidlər (məhsulu turşumaqdan qorumaq üçün istifadə edilir).

Е-400 – Е-496: Stabilizator və qatılaşdırıcılar (qatılığı artırmaq və sıxlığı saxlamaq üçün istifadə edilir)

Е-500 – Е-586: Emulqator (Eynicinsli maddələr almaq üçün istifadə edilr).

Е-600 – Е-641: Dad və qoxu gücləndiricilər

Е-700 – Е-899: Ehtiyat nömrələr (Hələki mövcud deyil)



Е-900 – Е-1521: Qarışıq maddələr (köpüyün qarşısını almaq üçün istifadə edilir).
Yeyinti qatqıları və onların qida məhsulları istehsalında istifadəsinin elmi-nəzəri əsasları XXI əsr, sağlam qida məhsulları istehsal edən bütün sahələrdən yeni yanaşmalar tələb edir ki, bunların da həyata keçirilməsi tələb olunan keyfiyyətdə və kimyəvi tərkibdə yeyinti qatqıları tətbiq edilmədən mümkün deyildir. Yeyinti qatqıları termini ilə təbii, təbii ilə eyni olan, yaxud süni kimyəvi birləşmələri adlandırırlar ki, bunlar da qida maddələri olmayıb (plastiki funksiyaları daşımırlar və enerji mənbəyi deyildirlər), texnoloji proseslərin gedişində müəyyən effekt vermək üçün qida məhsullarına xüsusi olaraq əlavə edilirlər. Onların istifadəsində əsas şərt insan üçün və həm də sonrakı nəsillər üçün təhlükəsiz olmalarıdır. Yeyinti qatqılarının qida məhsulları istehsalında istifadəsi qaydaları hər bir ölkənin baş sanitar həkiminin müavini tərəfindən təsdiq olunur və tətbiq edilir. Qida məhsullarının keyfiyyətinin yaxşılaşdırılmasında istifadə edilən müxtəlif növ qatqıların işlədilməsi Avropa standartlarında qəbul edilmiş texnoloji tələbat normalarına görə yerinə yetirilir. Yeyinti qatqılarından istifadə etməklə, elə növ maddələrdən istifadə olunması nəzərdə tutulur ki, onlar texnoloji proseslərdən irəli gələrək, məhsulun keyfiyyətini yaxşılaşdırmaq, onun yararlılıq müddətini uzatmaq, xarici görünüşünü əmtəə baxımından yaxşılaşdırmaq üçün istifadə edilir. Qida məhsullarının istehsalında elə qatqılardan istifadə edilir ki, onları həmin növ məhsulun istehsalında işlətməyə icazə verilir. Avropada qida-yeyinti qanunu məcəlləsinə görə və eləcə də Rusiya qanunlarına əsasən hazırlanan məhsulun tərkibində işlədilən qatqıların hər birinin ayrı-ayrılıqda markalanmasında nömrəsi və sinifi göstərilir. Bu siniflər qatqılar üçün aşağıdakılardan ibarətdir: Rəngləyicilər, konservantlar, antiseptiklər-qatılaşdı-rıcılar, cele maddələri, sabitləşdiricilər (stabilizatorlar), tam və dad yaxşılaşdırıcıları, bişirilmə forma və lövhələri üçün sürtgülər, turşulaşdırıcılar, buferlər (turşular üçün), şirinləşdiricilər, məsaməlik əmələ gətirənlər (boşaldıcılar), köpüklənmənin qarşısını alan maddələr, 35 şirələyicilər (səthdə şüşəvarilik yaradan maddələr), duz həllediciləri, un keyfiyyətinin yaxşılaşdırıcıları, nəmlik tənzimləyiciləri, modifikasiya olunmuş nişastalar və s. bu kimi qatqılar. Yuxarıda adları çəkilən bütün qatqılar məhsulun çeşi-dinin artırılmasında, yarımfabrikatlar hazırlanmasında işlədi-lirlər. Beləliklə, qida məhsullarının əksər hissəsinin hazırlanmasında bu qatqılardan istifadə edilir. Avropa Birliyində yeyinti əlavələri kimi işlədilən qatqılar kimi «E» indeksi altında 296 adda maddələr qrupu məlumdur. Almaniyada qida məhsullarının təhlükəsizliyi ilə əlaqədar qanunda 350 adda maddələr qatqılar kimi nəzərdə tutulur ki, onlar da bir çox texnoloji proseslərdə iştirak edirlər, lakin hazır məhsulların tərkibinə daxil olmurlar. «E» indeksinə aid olan maddələrin kimyəvi tərkibinin saflığına ciddi tələblər qoyulur ki, bəzi mülahizələrə görə on-ların allergen təbiəti orqanizmdə arzuedilməz hallar yaradır. Qida məhsullarının hazırlanmasında texnoloji proseslər zamanı qatqılar kimi istifadə edilən birləşmələrin kimyəvi tərkibi, strukturu ədəbiyyatlarda geniş öyrənilmiş və izah edilmişdir. Bununla belə, bir çox qatqılar bitki orqanizmlərindən alınmış, müəyyən təmizlik işlərindən sonra ağ toz, kristal və ya maye şəklində əksər qidaların tərkibinə müəyyən miqdarda qatılır. Qeyd etmək lazımdır ki, bir çox kulinar yarımfabrikatlarında və kulinar məmulatlarında qida qatmalarına təsadüf edilir ki, onlardan bəziləri pəhriz xassəli olub, müalicəvi əhəmiyyətə malikdirlər. Bir çox sintetik qatqılarla bərabər, təbii qatqılardan da istifadə edilir ki, texnoloji prosesin gedişində, hazır məhsul alınmasında xüsusi rol oynayırlar. Bəzi qida məhsullarının hazırlanması zamanı qatqılar tətbiq edilmir. Məsələn, tərəvəz-meyvə, düyü, mineral sular, süd, yumurta, bal, ət, piy və s. məhsulları göstərmək olar. Məlumdur ki, bir çox qidaların, xüsusən, qənnadı məmulatları istehsalının texnoloji proseslərində və hazır məhsulların əldə edilməsində müəyyən aromatik birləşmələrdən də istifadə edilir. Bu aromatik maddələrin sayəsində bir çox qənnadı məhsullarının çeşidləri (karamel, marmelad, konfet içlikləri, saqqızlar, spirtli və spirtsiz içkilər) hazırlanır. Aromatizatorların köməyi ilə bir çox 36 meyvələrdən hazırlanmış cem, povidloların dadı və iyi daha da zənginləşdirilir. Yeyinti məqsədi üçün istifadə edilən aromatik cövhərlər, sahə standartlarına uyğun olaraq hazır məhsula qatılır və onlar özünəməxsus iyi (ətri) yaratmaqla təbii adları ilə «portağallı», «limonlu», «nanəli» adlanırlar. Bir çox meyvə və tərəvəz konservlərinin hazırlanması və istehsalı zamanı da müxtəlif qatqılardan istifadə edilir ki, onların ayrı-ayrılıqda məqsədyönlü istifadəsi də mümkün olur. Hazır konservlərin tərkibinə, onların dadlarının yaxşılaşdırılması məqsədilə qida turşuları, mono- və dişəkərlər, ksilit, sorbit və s. daxil edilir. Hazır məhsulun xarici görünüşü, gözəgəlimliyi və nəzərə çarpması üçün müəyyən təbii rəngləyici maddələrdən istifadə edilir. Bitki mənşəli məhsulların spesifik aromatı, yəni ətirə (iyə) malik olması onların tərkibindəki müxtəlif tipli kimyəvi birləşmələrin mövcud olması ilə izah edilir. Bəzi hallarda, hazır məhsulun dəqiq iyini təyin etmək çətinlik yaradır ki, bu da onun tərkibində bir neçə komponentlərin olması ilə izah edilir. Konserv sənayesində tamlı ədviyyə bitkilərinin efir yağlarından istifadə edilir. Qeyd etmək lazımdır ki, təbii aromatik qatqılarla bərabər, süni-kimyəvi yolla alınmış qatqılardan da istifadə edilir. Bir çox sousların tərkibinə modifikasiya edilmiş nişasta və karboksimetilsellüloza, xaricdə isə tropik bitkilərdən alınmış aromatik qatqılar daxil edilir. Konserv məhsullarının hazırlanmasında bioloci aktiv maddələrin istifadəsinin mühüm əhəmiyyəti vardır. Bunlara vitaminlər, aminturşuları, zülali maddələr, antioksidantlar aid edilirlər. Məhsulun tərkibindəki vitamin və amin turşularının miqdarı onun bioloci cəhətdən qidalılıq dəyərini göstərir. Bunların bir çoxu yüksək temperatur şəraitində tərkib hissələrinə parçalandığı üçün, xüsusi texnoloji recim tətbiq edilməklə onların dəyişilməməsi təmin edilməlidir. Heç bir süni qatqı daxil edilməyən və kristallik sayılan məhsullara şəkər (qənd), yağ və araq misal ola bilər. Yeyinti qatqılarının işlədilməsində məqsəd aşağıdakılardan ibarətdir: 1. Texnoloji proseslərin tənzimlənməsini, xammal və yeni qida məhsullarının hazırlanmasını təmin etməkdən, qablaşdırılması və daşınması davamlılığını artırmaqdan; 2. Qida məhsullarının təbii keyfiyyətini saxlamaqdan; 37 3. Saxlanma müddətində qida məhsullarının orqanoleptiki xüsusiyyətini yaxşılaşdırmaqdan və onların bu xüsusiyyətini itirməməkdən; 4. Xüsusi təyinatlı qida məhsullarının alınmasından /dietik, müalicəvi və s./. Ərzaq məhsullarının hazırlanmasında hal-hazıra kimi Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən «E» literi ilə 500-ə yaxın, müxtəlif ölkələrdə tətbiq edilən xüsusi dad və iyə malik olan qatqılardan istifadə edilir. Aşağıdakı cədvəllərdə (cədvəl 1.4, 1.5, 1.6) bir sıra qatqıların təyinatı, məhsullara daxil edilmə normaları və istifadə məqsədi ilə əmələ gətirdiyi halproseslər və texnoloji funksiyaları göstərilmişdir: Bəzi məhsulların alınmasında «E» indeksi altında, onun hazırlanma vəziyyəti də qeyd edilir. Məsələn, xammal kimi işlənən qatqılar yaşıl, sarı və ya qırmızı rəngdə olur ki, bu da onların tərkibindəki rəngləyici maddələrlə, «E-140» (Xlorofil) və «E-163» (antosian) əlaqədardır. Digər maddələrlə yanaşı, məhsulların tərkibinə «E-440» (pektin), «E-300» (vitamin C), «E-296» (alma turşusu) və mineral maddələr, məsələn, «E-340» (kalium fosfat) da daxildir. Bu birləşmələr məhsulu tamlı etməklə yanaşı, onların qidalılıq dəyərini də artırırlar.

Cədvəl 1

Bir sıra yeyinti qatqılarının siyahısı və təyinatı

Qatqılar

Təyinatı

Daxil olduğu

məlumatlar



İşlədilmə norması,mq/kq,mq/l

1

2

3

4

Şərab turşusu və digərləri

T

urşudulmağa



Qənnadı məmulatları

Texnoloji təminat və standartlara əsasən

Həmçinin

Turşudulmağa

Spirtsiz içkilər

˃1700 mq/kq miqdarda

Şərab turşusunun kalium duzu

Yumşaldıcı

Peçenye, biskvit

Texnoloji təlimatlara əsasən

Limon turşusu

Turşudulma üçün

Qənnadı məmulatları,kompotlar, spirtsiz içkilər

˃2000 mq/l

Süd turşusu

Həçinin

Həçinin

-----//-----

Karbon qazı

Turşudulma və qazlaşdırma üçün

Spirtsiz içkilər

-----//-----

Ammonium karbonat

Yumçaldıcı

Qənnadı məmulatları

-----//-----

Natium-dikar-

bonat,yeyinti

sodası


Yumşaldıcı, stabilizator (suspenziyalara)

Unlu qənnadı

məmulatları, yarımfabrikatlar,peçenye və kekslər



----//-----

Sirkə turşusu

Turşudulma üçün

Soyuq souslar və

xörəklər


-----//-----

O-fosfat turşusu

Həmçinin

Qənnadı məmulatları və spirtsiz içkilər

>600 mq/kq

Təbii boyaq maddələri

Rəngvermə üçün

Şəkərli və unlu qənnadı məmulatları

Texnoloji təlimatlara uyğun, 1600 mq/kq qədər

Süni boyaq maddələri

Rəngvermə üçün

Şəkərli və unlu qənnadı məmulatları

Texnoloji təlimatlara uyğun, 50 mq/kq qədər

Emulqator və stabilizatorlar

Aqar

Konsistensiya yaratmaq üçün

Qənnadı məmulatları, cele və digər xörəklər üçün

Texnoloji təlimatlara uyğun, 7000 mq/kq qədər

Aqaroid

-----//-----

-----//-----

-----//-----

Celatin

-----//-----

-----//-----

-----//-----

Lesitin

-----//-----

-----//-----

Texnoloji təlimatlara uyğun, 5000 mq/kq qədər

Pektinlər

-----//-----

-----//-----

Standartlara uyğun olaraq

Yeyinti fosfatidləri

-----//-----

-----//-----

Texnoloji təlimatlara uyğun, 7000 mq/kq qədər


Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə