Mühazirə müəllimi Bağırova Təranə Mövzu 1: Dünya iqtisadiyyatının tarixi. Plan



Yüklə 342,13 Kb.
səhifə6/6
tarix01.11.2017
ölçüsü342,13 Kb.
#7973
növüMühazirə
1   2   3   4   5   6

Fransa

İnhisarçı kapitalizmə keçid dövründə bir sıra sosial- iqtisadi və siyasi səbələr üxündən Fransa ABŞ və Almaniyanın yüksək iqtisadi inkişaf səviyyəsinə çata bilmədi. Fransa iqtisadiyyatının zəif potensiala malik olması sənayenin köhnəlmiş texniki bazası ilə izah edilir. İngiltərədə olduğu kimi, avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəlmiş, yenisi ilə əvəz edilməsi üçün isə böyük miqdarda kapital qoyuluşu tələb olunuru. Bunu həyata keçirmək isə mümkün deyildi:

Birincisi, 1870- 1871- ci illərdə Prussiya ilə müharibə nəticəsində Fransa 1,5 milyona yaxın adam itirmiş, təsərrüfat dağılmışdı. Fransa qısa müddətdə Almaniyaya 5 milyard frank təzminat ödəməli idi.

İkincisi, sənayenin inkişafına mane olan mühüm səbəblərdən biri fransız burjuaziyasının xalqa zidd iqtisadi siyasəti idi.

Üçüncüsü, Fransanın kənd təsərrüfatında da vəziyyət mürəkkəb idi. Kənd təsərrüfatınnı aşağı səviyyədə olması daxili bazarın məhdudluğunu şərtləndirirdi.

XIX əsrdə Fransa sənaye istehsalının həcminə görə dünyada ikinci yeri tutdusa, XIX əsrin sonunda ABŞ, İngiltərə və Almaniyadan sonra dördüncü yerdə idi. Fransa sənayesi iqtisadi- texniki səviyyəsinə görə də öz rəqiblərindən geri qalıedı. Yeni texnikanın tətbiqi, istehsalın elektrikləşdirilməsi və kimyalaşdırılması zəif həyata keçirilirdi. Sənaye çevrilişi zamanı quraşdırılmış avadanlıqlar fiziki və mənəvi cəhətdən köhnəlmişdi.

Fransada ağır sənaye yüngül sənayeyə nisbətən daha sürətlə inkişaf edirdi. Elektrotexnika, avtomobil, paravozqayırma, alüminium istehsalı kimi yeni sənaye sahələri yaranırdı. Ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyəti olan dəmit yolu tikintisi sürətlə inkişaf edirdi. 1870- 1900- cü illərdə dəmir yolunun uzunluğu 2,5 dəfə artıb 42,8 min km- ə çatmışdı.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Fransanın metallurgiya, kömrü , maşınqayırma və digər sənaye sahələrində istehsalın və kapitalın təməzküzləşməsi və mərkəzləşməsi prosesi gedirdi. Fransada istehsalın təmərküzləşməsi prosesinin sürəti ABŞ, Almaniya və İngiltərədən zəif idi.


Almaniya

XIX əsrin son otuzilliyində Almaniynın kapitalist sənayesinin sürətli inkişafı ilk növbədə ölkənin siyasi cəhətdən birləşməsi və 1870- 1871- ci illərdə Fransa ilə müharibədə Prussiyanın qələbə qazanması kimi iki mühüm hadisə ilə bağlı idi. Almaniyanın vahid dövlətdə birləşməsi nəticəsində ölkədə vahid ticarət qanunu, vahid pul sistemi, eyni çəki və ölçü sistemi yaradılmış və daxili gömrük maneələri aradan qaldırılmışdı. Bu da daxili bazarın və məhsuldar qüvvələrin inkişafına müsbət təsir göstərirdi. Siyasi cəhətdən dağınıq Almaniyanın yerində 41 mil. əhalisi olan güclü dölət yaranmışdı.

Almaniya iqtisadiyyatının sürətli inkişafında Fransa- Prussiya müharibəsində qələbə də mühüm rol oynamışdı.

Ölkə sənayesinin inkişafında 1879- cu ildən həyata keçirilən himayəçilik siyasəti də az rol oynamadı. Xaricdən gətirilən sənaye mallarının üzərinə yüksək kömrük rüsumu qoyulmuşdu. Dəmir yolu tikintisinə xüsusi qayğı göstərilirdi. Dəmir yolunun inkişafı maldaşıma xərcini on dəfələrlə aşağı salır, ticarətin və yüngül sənayenin inkişafına güclü təsir göstərirdi. 1870- 1910- cu illərdə ölkədə dəmir yolu xəttinin uzunluğu 93 dəfə artmışdı.

Almaniya iqtisadiyyatının yüksəlişində ölkədə sənayeləşmənin gec başlanması da mühüm rol oynamışdı. Burada sənayenin yenidən qurulmasına ehtiyac olmamışdı. XIX əsrin 70- ci illərinin ən müasir texnologiyasının sənayeyə tətbiq edilməsinə imkan yaradıldığından istehsal ən müasir mühəndis təkmilləşdirilməsi bazasında qurulmuşdu.Almaniyanın hərbi təcavüz dairələrinin güclənməsi də sənayenin inkişafını sürətləndirən amillərdən biri olmuşdu.

Sənaye çevrilişinin son mərhələsi inhisarçı kapitalizm dövrünə düşmüşdü, bu da ən yeni və mütərəqqi elektrotexnika, alüminium, kimya sənayesi sahələrinin inkişafını təmin edirdi. Birinci dünya müharibəsi ərəfəsində Almaniya elektrotexnika məhsulları istehsalına görə dünya üzrə birinci yerə çıxmışdı və dünya bazarına həmin məhsulların ixracının 50%- i onun payına düşürdü. Almaniya kimyəvi boyaq istehsalı sahəsində də dünyada birinci yerdə idi.

XIX əsrin son otuz ilində sənaye yüksəlişi ölkənin iqtisadi strukturunda dəyişikliklər yaratmışdı. Sənaye iqtisadiyyatda aparıcı yer tuturdu. XX əsrin əvvəllərində kənd təsərrüfatında əhalinin 28,5%- i, sənayedə isə 42,55- i çalışırdı. Almaniya aqrar- sənaye ölkəsindən sənaye- aqrar ölkəyə çevrilmişdi.

Almaniyanın yüngül və yeyinti sənayesi yüksək sürətlə inkişaf etsə də, ağır sənayenin inkişaf sürətindən geri qalırdı. Almaniyada istehsalın təmərküzləşməsi inhisar birliklərinin yaranmasına gətirib çıxarmışdı.


İngiltərə

1870- ci ildə İngiltərə dünyanın ən böyük sənaye ölkəsi idi- bütün dünyada sənaye istehsalının 32%- i, daş kömür hasilatı və çuqun istehsalının yarısı, dünya ticarətinin 65%- i onun payına düşürdü. İngiltərə nəhəng ticarət donanmasına malik olan və dünya bazarlarında ağalıq edən çox böyük müstəmləkə imperiyası idi. Buna baxmayaraq XIX əsrin son onilliklərində İngiltərədə sənaye istehsalının inkişaf sürəti xeyli azalmışdı.

İngiltərə sənayesinin maşın və avadanlıqları fiziki və mənəvi cəhətdən köhnəlmişdi. Halbuki onun dünyada əsas rəqibləri olan ABŞ və Alamniyanın sənayesində elm və texnikanın ən müasir nailiyyətlərindən geniş şəkildə istifadə edilirdi. İngiltərə sənayesini yeniləşdimək üçün kapital qoyuluşu tələb olunurdu. İngiltədə kapitalistləri isə müstəmləkələrdə xammal və işçi qüvvəsi ucuz olduğuna görə bu ərazilərdən daha çox gəlir əldə etdiklərinə görə öz kapitallarını daha çox bu ölkələrə qoyurdular. Kapital ixracı, təbii ki ölkənin daxili sənayesinin inkişafını zəiflədirdi.

Dünya bazarlarında rəqabətin güclənməsi ingilis mallarının satış imkanlarını ildən – ilə azaldırdı. Çünki ölkələrin əksəriyyəti “ azad ticarət” prinsipindən proteksionizm ( himayəçilik) siyasətinə keçmişdi. ABŞ, Almaniya və b. idxal etdikləri məhsullar üzərinə yüksək gömrük rüsumu qoymaqla öz sənaye sahələrini xarci rəqabətdən qoruyurdular.

Bu dövrdə İngiltərə sənayesinin texniki bazası XIX əsrin birinci yarısında formalaşdığı səviyyədə qalmaqda idi. İngiltərə burjuaziyası xammal və yarımfabrikatları ucuz qiymətə alır, hazır məhsulları isə müüstəmləkə ölkələrində baha qiymətə satırdı. Müstəmləkə ticarəti istehsalın texniki bazasını yeniləşdirmədən də ingilis sənayeçilərinə böyük gəlir gətirirdi.

Beləliklə, dünya sənaye istehsalında İngiltərənin xüsusi çəkisi XIX əsrin ortalarında üçdə birə, 70- ci illərdə dörddə birə , XIX əsrin sonunda beşdə birə, birinci dünya müharibəsi ərəfəsində isə yeddidə birə bərabər olmuşdu.XIX əsrin ikinci yarısında İngiltərə müstəmləkəçilik siyasətini daha da genişləndirmişdi.



XIX əsrin 60- cı illərinin birinci yarısında yaponiyada, İngiltərə, ABŞ, Almaniya və Qərbin digər ölkələrindən fərqli olaraq feodal təsərrüfat sistemi qalmaqda idi.

3. İnhisarçı kapitalizmin xüsusiyyətləri.



Kapitalist yığımı prosesində kapitalın təmərküzləşməsi və mərkəzləşməsi inkişaf edir. Bunun əsasında iri müəssisələr yaranır. Texniki üstünlüyə malik olmaq, istehsal prosesini ən yaxşı təşkil etmək, ümumi xərclərə qənaət etmək, əməyin yüksək məhsuldarlığı , kreditdən istifadə imkanlarının böyük olması iri müəssisələrin mühüm üstünlüklərini təşkil edir və tədriclə sənaye istehsalında onların rolunu artırır. Rəqabət mübarizəsinin kəskinləşməsi, kapitalizmin inkişafının ümumi bərabərsizliyi, iqtisadiyyatdakı böhranlar birinci növbədə xırda müəssisələrin iflasına səbəb olur.

XIX əsrin sonu- XX əsrin əvvəlində istehsalın texniki və təşkili cəhətdən təkmilləşdirilməsi inkişaf etmiş kapitalist ölkələrində xüsusilə intensiv şəkildə həyata keçirilmişdir.

Polad əridilməsinin bessemer( 1856- cı il) və Marten ( 1864- cü il) üsullarının sulfat turşusunun istehsalının iqtisadi metodlarının ( 1861- ci il) kəşfi, dinamomaşınının( 1867- ci il) , buxar turbininin ( 1883- 1885- ci illər), daxili yanma mühərrikinin ( 1885- 1886- cı illər), elektrik enerjisinin uzaq məsafəyə verilməsi üsulunun( 1891- ci il) , Dizel motorunun ( 1893- cü il) ixtirası və çoxlu başqa xərclər və itiralar XIX əsrin sonunda sənaye istehsalında fasiləsiz zəncirvari texniki yenidən qurmalara gətirib çıxardı.

Elə bir dövr başlanır ki, azad rəqabət əsasında kapitalın və istehsalın təmərküzləşməsi və mərkəzləşməsi yeni mühüm proseslərin meydana gəlməsinə səbəb olur. İctimai istehsalın əsas hissəsi bir qrup iri müəssisələrdə cəmləşdirilmiş, onlar tərəfindən inhisara alınmışdır. İnhisar azad rəqabəti əvəz edir.

İstehsal inhisarçılığının aşağıdakı formaları vardır:

K a r t e l – eyni bir istehsal sahəsinin bir sıra müəssisələrinin elə birləşməsidir ki, onun iştirakçıları istehsal vasitələri və istahsal olunmuş məhsul üzərində öz mülkiyyətinin saxlayır, öz məhsullarını özləri bazarda reallaşdırır. İstehsal olunmuş ümumi məhsulda kartel üzvlərinin payı, satış qiymətləri, bazarın bölgüsü, mənfəətin bölüşdürülməsi və s. üzrə kartel sazişi bağlanılır.

Kartellər Almaniyada daha geniş yayılmışdır. ABŞ- da zəhmətkeş kütlələrin kartellər əleyhinə mübarizəsi yuridik qaydada rəsmiləşdirilmiş kartel sazişlərinə qarşı yönəldilmiş trestlər əleyhinə qanunvericiliyin meydana gəlməsinə səbəb olmuşdu.

S i n d i k a t – yekcins əmtəələr istehsal edən müəssisələrin elə birliyidir ki, burada istehsal vasitələri sindikat iştirakçılarının öz mülkiyyətində qalır, istehsal olunmuş məhsul isə sindikatın mülkiyyəti olur və yaradılmış xüsusi idarə tərəfindən reallaşdırılır. Karteldən fərqli olaraq sindikat ayrı- ayrı müəssisələrin bilavasitə bazarla əlaqəsini kəsir. Sindikat həmişə yekcins əmtəələrin kütləvi istehsal olunduğu sahələrdə yaradılır.

Rusiyada artıq XX əsrin əvvəllərində sindikatlar geniş yayılmışdır. Rusiyanın metallurgiya sənayesinin bütün məhsulunun 4/ 5 – nü inhisarlaşdıran “ Prodamet” sindikatı 30 metallurgiya zavodunu birləşdirmişdir. “ Mis” sindikatı mis məhsulları satışının 90%- nə sərəncam verirdi. 1909- cu ilin əvvəlində Rusiyada sənayenin 45 sahəsində fəaliyyət göstərən 140 inhisar birliyi mövcud idi.

T r e s t – sindikata nisbətən yüksək inhisar formasıdır. Burada istehsal vasitələri üzərində bura daxil olan sahibkarlar qrupunun birgə mülkiyyəti yaradılır. Trestdə müəssisənin sahibləri istehsal vasitələri, texnologiya, patentlər və s. üzərində öz mülkiyətini birliyə verir. Müəssisə sahibləri qoyduğu kapitalın miqdarına görə trestin səhmlərini alır və bununla da trestin idarə edilməsi və onun mənfəətindən pay götürmək hüququnu əldə etmiş olur. Sindikatdan fərqli olaraq trestdə yekcins məhsullar buraxan müəssisələrin birləşdirilməsi məcburi deyildir.

K o n s e r n – formal olaraq müstəqil, üzərlərində maliyyə nəzarəti qoymaq yolu ilə bir sıra müəssisələri birləşdirən inhisardır. Burada nəzarət baş firmaya məxsusdur. Konsern adətən müxtəlif sənaye sahələrinin müəssisələrini, ticarət firmalarını, bankları, nəqliyyat və maliyyə kompaniyalarını birləşdirir. Müasir dövrdə trestlərin konsernə çevrilməsi geniş yayılmışdır.60- cı illərdə, xüsusi ilə, ABŞ- da böyük surətlə k o n q l o m e r a t l a r meydana gəlmişdir. Konqlomeratlar bir- biri ilə funksional əlaqəsi olmayan müəssisələrin kompaniyalar tərəfdən udulması yolu ilə yaradılmışdır.

K o n s o r s i u m – son zaman inhisarın daha geniş yayılmış bir formasıdır. Bu forma bir ayda olaraq irimiqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. O, maliyyə, ticarət, texniki və ya başqa səbəblər üzündən bir neçə iştirakçıların qüvvəsini birləşdirməyi tələb edir. Konsersium iştirakçıları həm şəxsi, həm də dövlət təşkilatları və dövlətlər ola bilər.Konsersium iştirakçıları tam müstəqillik saxlayır. Birgə seçilmiş rəhbərliyə tabe olurlar. Hazırda Azərbaycanda neft müqavilələri üzrə neftin hasili və nəqli ilə əlaqədar Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti və Şimali Abşeron Əməliyyat Şirkəti yaradılmışdır. Bu konsersiumların yaradılmasıda xarici ölkələrin neft maqnatları da iştirak edir.

İmperializmin inkişafının ilk dövrlərində hər bir kapitalist ölkəsi üçün inhisarın bu və ya digər forması səciyyəvi olmuşdur. Almaniyada kartellər, Rusiyada və Fransada- sindikatlar, ABŞ- da- trestlər, Yaponiyada- konsernlər üstünlük təşkil etmişdir. Hal- hazırda xalis şəkildə sindikatlara və trestlərə demək olar ki, rast gəlinmir. Çox sahəli konsernlər inhisar birliklərinin üstünlük təşkil edən forması olmuşdur.

XIX əsrin 60- cı illərində, xüsusilə ABŞ- da, çox qısa bir vaxtda və böyük surətlə konqlomeratlar meydana gəlmişdir. Müəssisələrin arasında istehsal əlaqələri mövcud olan çoxsahəli konsernlərdən fərqli olaraq, konqlomeratlar bir- biri ilə funksional əlaqəsi olmayan müəssisələrin (kompaniyaların) tərəfindən udulması yolu ilə yaradılmışdır. Ancaq hazırki dövrdə onların çoxu dağılmış, yaxud iflasa uğramışdır. Bunun başlıca səbəbi onların halqaları arasında istehsal vəhdədliliyinin olmaması, bu cür heç də möhkəm olmayan birliklərin idarə edilməsinin çətinliyi maliyyəçilərin, onların başçılarının ehtikarlığı və birja fırıldaqçılığıdır.

Yeni məhsulun ayrı- ayrı növlərinin inhisarlaşdırılması indi çox vaxt patentə sahib olmaq yolu ilə həyata keçirilir. Yeni istehsal texnologiyası, yaxud məhsulun yeni növünün işlənib hazırlanmış inhisar öz təkmilləşdirilmələrini, yaxud ixtiralarını patentləşdirir və patentdən istifadə hüququ olmaqla onu özü üçün əlverişli olan şərtlərlə başqa sahibkarlara lisenziya verir.

Ancaq heç də bütün korporasiyaları ( səhmdar cəmiyyətləri) inhisara aid etmək olmaz. Məsələn, 1970- ci ildə ABŞ- da iqtisadiyyatın bütün sahələrində fəaliyyət göstərən korporasiyaların sayı 1665 min olmuşdur, ancaq onlardan iqtisadiyyatda hakim mövqeləri ələ keçirmiş bir neçə mini inhisarlar idi.
4. Bank kapitalının sənaye kapitalı ilə birləşməsi və fond bazarının inkişafı. Maliyyə oliqarxiyası.

İstehsalının təmərküzləşməsi bank kapitalının da getdikcə təmərküzləşməsinə səbəb olmuşdur. Bank kapitalının təmərküzləşməsi XX əsrin əvvəllərində sənayecə inkişaf etmiş bəzi kapitalist ölkələrində yeni səviyyəyə çatır, bank inhisarları meydana gəlir və kapitalist krediti dairəsində onların şəriksiz hökmranlığı qərarlaşır.

Artıq 1913- cü ildə 9 ən böyük Berlin bankı bütün əmanətlərin 51%- ni Almaniya banklarında cəmləşdirmiş və onlara qoşulan banklarla birlikdə alman bank kapitalının bütün məbləğinin 83%- ni idarə edirdilər. O zaman ABŞ- da yalnız 2 nəhəng bank- Morqanın və Rokfellerin – kredit dairəsində hökmranlıq edirdi.

Bank inhisarlarının meydana gəlməsi kredit sahəsində fəaliyyət göstərən kapitalın yüksək dərəcədə təmərküzləşməsi və mərkəzləşməsinin obyektiv nəticəsi idi.

Bank kapitalının inhisarlaşmasının maddi əsasını sənaye istehsalının təmərküzləşməsi və inhisarlaşması təşkil edir. İri sənaye müəssisələrinin böyük məbləğdə və həm də uzun müddətli kreditə ehtiyacı olmuşdur. Xırda banklar bu cür rolun öhdəsindən gəlmək iqtidarında deyildilər, bu da çoxlu bankın birləşməsini, onların kapitallarının təmərküzləşməsini və bank inhisarlarının meydana gəlməsini sürətləndirmişdir.

Bank inhisarlarının meydana gəlməsi banklarla sənaye inhisarları arasındakı mühüm dəyişikliklərə səbəb olmuşdur. Bank inhisarları cəmiyyətdəki sərbəst pul vəsaitinin əsas kütləsini öz əllərində toplamışdır. Bununla da onlar, sənaye inhisarlarına kredit verilməsi işini asanlaşdırmaq və ya çətinləşdirməklə, bu inhisarların nəinki fəaliyyətinə təsir etmək , hətta çox vaxt onların taleyini həll etmək imkanı əldə etmiş olurlar. Bank inhisarları yalnız sənaye inhisarlarının kreditləşdirilməsi ilə kifayətlənərək bilavasitə sənayedə də kök salır və sənaye müəssisələrinin də şəriki olur.

Bir qrup bankların krediti inhisarlaşdırması sənaye inhisarlarını məcbur etmişdir ki, iri banklarla, onların səhmlərini almaq və bu yolla da sonuncunun idarə heyətində və direktorluğunda yer tutmaq vasitəsilə, öz əlaqələrini möhkəmləndirsin. Sənaye kapitalsitləri onlar üçün “ yad” olan kredit dairəsinə və kreidt inhisarlarına daxil olur, öz kapitalının bir hissəsini orada yerləşdirir və böyük bankların siyasətinin müəyyən edilməsində iştirak etməyə başlayırlar. Bunnla yanaşı əks proses - bank inhisarlarının kapitalının sənaye inhisarlarına daxil olması baş verir. Bank inhisarları sonunculara böyük məbləğdə vəsait verərək sənaye korporasiyalarının təsərrüfat və maliyyə fəaliyyətinə bilavasitə təsir göstərmək yolu ilə özünü mümkün ola bilən itkilərdənqorumağa çalışırlar. Ancaq bank inhisarları daha da irəliyə gedirlər: onlar yüksək sənaye mənfəətinin bir hissəsini mənimsəmək məqsədilə sənaye inhisarlarının səhmlərini alır və onların şəriki olurlar. Bu banklara sənaye inhisarlarının rəhbər orqanlarında iştirak etmək imkanı verir. Bundan əlavə , iri banklar – inhisarçılar sənaye inhisarları üçün yeni səhmlərin emissiyası ( buraxılması) və pul bazarında onların reallaşdırılması işini həyata keçirir və bundan əhəmiyyətl dərəcədə mənfəət götürürlər. Nəhayət, iri banklar yeni sənaye korporasiyalarının təşkilində fəal iştirak edir və özləri üçün yüksək təsis mənfəəti əldə edirlər.

Beləliklə, bir tərəfdən , bank inhisarları sənaye inhisarları müəssisələrinin şərikinə çevrilirlər, digər tərəfdən- sənaye inhisarçıları bank inhisarlarının iştirakçıları olurlar. Bank və sənaye maqnatlarının mənafeləri qovuşur. Sənaye və bank inhisarlarının kapitallarının qarşılıqlı surətdə bir- birilə çulğalaşması, qovuşması belə olmuşdur. Kapitalın yeni növü , təsərrüfat sahibkarlığının bütün səhmlərinə daxil olmuş, bütövlüklə iqtisadi fəaliyyəti özünün mənafeyinə tabe etmiş olan maliyyə kapitalı meydana gəlmişdir.

“İstehsalın təmərküzləşməsi; bu təmərküzləşmədən doğan inhisarlar; bankların sənaye ilə birləşməsi və ya qovuşması- maliyyə kapitalının əmələ gəlməsi tarixini və bu məfhumun məzmumunu təşkil edir.

İmperializm zamanı kapitalın azad rəqabət dövründə meydana gəlmiş olan bütün formaları mövcuddur. Sənaye kapitalı istehsal dairəsində, ticarət kpitalı- topdansatış və bazar ticarəti sahəsində, borc kapitalı- kredit dairəsində fəaliyyət göstərir. Ancaq bu növ kapitalların əvvəlki ayrılığı artıq yoxdur. Maliyyə kapitalı sənaye kapitalının bütün üç formasının dövranına öz təsirini göstərir, onun hərəkətini öz mənafeyinə tabe edir. İmperializm dövründə sənaye, bank və başqa inhisarlar maliyyə kapitalının fəaliyyətinin müxtəlif formalarıdır.

Maliyyə kapitalı maliyyə oliqarxiyasının – iqtisadiyyatın bütün sahələrində hökmranlıq edən burjuaziyanın az bir qrup yuxarı təbəqəsinin əlində mərkəzləşmişdi.

Maliyyə oliqarxiyasının təşkilat forması, bir yaxud bir neçə qarşılıqlı əlaqədə olan kapital maqnatlarının nəzarəti altında sənaye, bank, kredit, sığorta , nəqliyyat, ticarət və başqa kompaniyaların məcmuyundan ibarət olan maliyyə inhisarçı qrupdur. Maliyyə- inhisarçı qrup kapitalist iqtisadiyyatın müxtəlif sferasının inhisarlarını daha mürəkkəb inhisarçı birlik haında çulğalaşdırır. Bu cür hər bir qrupun biznesi( sövdələşməsi) öz ölkəsinin çərçivəsi ilə məhdudlaşmır və bir qayda olaraq onun hüdudlarından kənara çıxır.

Maliyyə- inhisarçı qrupun mərkəzində baş müəssisə durur. İri bank, sənaye tresti, sığorta yaxud digər sahibkar kompaniyaları baş müəssisə ola bilər. Baş müəssisədən bu qrupa daxil olan digər müəssisələrə təsir göstərməyən mürəkkəb kələfi uzanır. Baş müəssisə onların ümumi siyasətinin yalnız əsasını hazırlayır və öz geniş imperiyasına daxil olan firmaların gündəlik fəaliyyətinə qarışmır.

Maliyyə- inhisarçı qrupların hökmranlıq mexanizmi başlıca olaraq “ iştirak sitemi” və “ şəxs uniyaya” əsaslanır.

“ İştirak sistemi” bir kompaniyanın bir neçə kompaniya üzərində onların səhmlərinin nəzarət paketlərini almaq yolu ilə ələ keçirməsidir.

“ Şəxsi uniya” “ iştirak sistemi” ilə sıx surətdə bağlıdır. Bu onda ifadə olunur ki, hər bir maliyyə kapitalı maqnatı adətən başqa kompaniyaların direktorları və idarə heyəti tərkibinə daxil edilirlər , bununla belə iri bankların direktorları sənaye inhisdarlarının idarə heyətinə daxil olurlar və əksinə. Kapital maqnatları arasında qohumluq və işgüzar əlaqələr “ şəxsi uniyanın” mühüm tərəfi olub bu və ya digər maliyyə- inhisarçı qrupunun təsiri altında olan müəssisələrin dairəsini əhəmiyyətli dərəcədə genişləndirir.

“ İştirak sistemi” və “ şəxsi uniya”- ən iri maliyyə qruplarını hökmranlığının əsas formalarıdır, ancaq onun yeganə formaları deyildir. Firmalar “ tərəfindən” göstərilən texniki xidmətlrə, onlarla bağlanan kartel sazişləri, bu formaların müəssisələri ilə uzunmüddətli maliyyə əlaqələri onları maliyyə qruplarının təsir dairəsi cəlb edir. Maliyyə - inhisarçı qrupların sərhədləri dəyişkəndir və onun həqiqi təsir dairəsini açmaq heç də həmişə asan olmur.

ABŞ- ın maliyyə oliqarxiyası- multimillionerlər və milliaderlər ailəsindən ibarət olub iqtisadiyyatda başlıca mövqeləri öz əlində saxlayır vəə dövlətin siyasətini müəyyən edirlər. Onların içərisində Rokfellerlər, Morqanlar, fordlar, Mellonlar, Düponlar, Gettilər, Xantlar, Xyyuzlar və başqa ailələr başlıca rol oynayırlar. İnhisarçı yığım mexanizmi nəinki onların hökmranlığı dairəsinin genişləndirilməsini və habelə şəxsi sərvətlərinin artırılmasını da təmin edir. Bir çox ən böyük kapital maqnatlarının şəxsi mülkiyyətlərinin artması haqqındakı məlumatlara əsasən bu prosesin intensivliyi haqqında mühakimə yürütmək olar.

İngilis maliyyə oliqarxiyası onunla səciyyələnir ki , onun xeyli hisəsi bankir evlərini ələ keçirmiş ailələrdən çıxmışdır. Rotşildler, Lazarlar, Berinqlər, Şrederlər, Semueller və başqaları buraya aiddirlər. Onun digər hissəsi ən böyük torpaq aristokratiyasından ( məsələn, hersoq Boklyu ailəsi) çıxmışdır.

Fransanın maliyyə oliqarxoiyasına, hər hansı bir imperialist ölkəsində olduğu kimi, hələ keçmişdə yaxud indiki əsrin əvvəllərində qərarlaşmış, bir qayda olaraq öz sərvətini iki dünya müharibəsinin nəticəsində artırmış olan köhnə və yeni plutokratlar daxildir. Birincilər sırasına ən böyük maliyyə maqnatları olan Malle- Ferzi, Rotşild və b. ailələr daxildir. Sənaye burjuaziyasından Fransa maliyyə oliqarxiyasının tərkibinə rezin məmulatları istehsalından varlanmış Vandellər, Mişlenlər, ən böyük silah fabrikantları – Şneyderlər, maliyyə maqnatlarına çevrilmiş Şimali Fransanın qənd – zavod sahibkarları- Tirezilər, Le Blanlar, Begenlər; elzas sənaye və ticarət burjuaziyası ailələrindən çıxmış Dolfuslar , Kexlinlər, Şlümberje daxil olmuşlar. Yeni plutokratların tipik nümayəndələri müstəmləkələrin istismarı hesabına öz var- dövlətini artırmış olan M. Bussaka, Lazarlar- David- Veylilər, Rivo və Valterlər ailələridir.




1


1


1


Yüklə 342,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə