Mühazirə müəllimi Bağırova Təranə Mövzu 1: Dünya iqtisadiyyatının tarixi. Plan


Səlib yürüşlərinin iqtisadi əhəmiyyəti



Yüklə 342,13 Kb.
səhifə3/6
tarix01.11.2017
ölçüsü342,13 Kb.
#7973
növüMühazirə
1   2   3   4   5   6

2. Səlib yürüşlərinin iqtisadi əhəmiyyəti.
1095-ci ildə Fransanın Klermon şəhəri yaxınlığındakı düzdə xalq kütləsi qarşısında nitq söyləyən Roma papası II Urban “ qılınca qurşanmağa” və Şərq ölkələrinə yürüş etməyə çağırdı. Səlib ( ərəbcə) xaç deməkdir. Buna görə də Şərqə yürüşlərin iştirkçılarını səlibçilər, həmin yürüşləri isə səlib yürüşləri adlandırmağa başladılar.

Kəndlilər öz ağalarının əlindən yaxa qurtarmaq üçün çıxış yolunu Şərqə yürüşdə görürdülər. Feodallar gəlirlərini artırmaq üçün yeni torpaqlar və asılı kəndlilər ələ keçirmək istəyirdilər. Onlar ümid edirdilər ki, varlı Şərq şəhərlərini qarət edəcək və orada yeni torpaq mülkləri ələ keçirəcəklər. Roma papası Şərq ölkələrini asılı hala salmaq yolu ilə hakimiyyətini daha da gücləndirmək və gəlirini artırmaq istəyirdi. Qərb feodalları və ruhanilər ümid edirdilər ki, Səlcuq imperatorluğu ayrı- ayrı hissələrə parçalandığından Şərq ölkələrini ələ keçirmək asan olacaqdır.

İlk Səlib yürüşünə 1096- cı ilin yazında Qərbi Avropa ölkələrinin kəndliləri başladılar. Onlar səlcuqlar tərəfindən darmadağın edildilər. 1096- cı ilin payızında cəngavər dəstələri iri feodalların başçılığı ilə Fransadan, Almanyadan, İtaliyadan müxtəlif yollarla Şərqə doğru hərəkətə başladılar. 1099- cu ildə şiddətli hücumdan sonra cəngavərlər Qüdsə soxuldular. Onlar şəhərin müsəlman əhalisinə qarşı dəhşətli qırğın törətdilər.

Suriya və Fələstinin Aralıq dənizi sahillərindəki torpaqlarında- sahil boyunca ensiz bir zolaqda səlibçilər öz dövlətlərini yaratdılar. Bu dövlətlərdən başlıcası Qüds krallığı hesab olunurdu. Qərb feodalları müsəlman bəyliklərinə qarşı mübarizə məqsədilə 1147- ci ildə ikinci səlib yürüşünə başladılar. Lakin bu yürüş tam məğlubiyyətlə sona yetdi. Çox keçmədi ki, Misir hökmdarı Səlahəddin Əyyubi səlibçi qoşunlarını darmadağın etdi və onları Qüdsdən qovdu.

“ Müqəddəs şəhəri” geri qaytarmaq məqsədilə qərb feodalları 1190- cı ildə üçüncü səlib yürüşünə başladılar. Bu yürüşə İngiltərə, Fransa, Almaniya kralları başçılıq edidilər. Lakin bu yürüş də uğursuzluqla nəticələndi.

Ümumiyyətlə Qərb feodalları XVIII əsrin sonunda 8- ci səlib yürüşündən sonra müsəlman ölkələrində işğal etmiş olduğu bütün torpaqları itirdilər.

Səlib yürüşlərinin nəticəsində Qərb feodalları Şərq ölkələrini işğal etmək məqsədlərinə çatmadılar. Bununla belə, səlib yürüşlərinin Avropa üçün bir sıra nəticələri oldu. Aralıq dənizində ticarət də daha da canlandı. Ticarətdə birincilik Şimali İtaliya şəhərlərinin əlinə keçdi. 1204- cü ildəki məğlubiyyətdən sonra Bizans artıq Venesiya və Genuya ilə rəqabət apara bilmədi. İtaliya tacirlərinin Suriya, Fələstin, Krım və Qafqazda ticarət məskənləri yarandı.

Avropalılar yel dəyirmanlarından istifadəni Şərqdən götürdülər. Onlar ipək parçalar toxumağı və güzgü istehsalını, metalı daha yaxşı emal etməyi öyrəndilər. Avropalılar kağız, barıt , kompas ilə də tanış oldular. Məişətdə də dəyişikliklər oldu : avropalılar yeməkdən qabaq əllərini yumağı, isti hamamda çimməyə, tuman- köynəklərini və üst paltarlarını dəyişməyə başladılar.


3. Orta əsr şəhərlərinin iqtisadi rolu. Sənətkarlıq və ticarət.
Sənətin kənd təsərrüfatından ayrılması nəticəsində Avropada şəhərlər meydana gəlir və artırdı. Yeni əmək bölgüsü yarandı. Əgər kənd sakinləri kənd təsərrüfatı ilə məşğul olurdularsa, bundan fərqli olaraq , şəhər sənət və ticarət mərkəzi idi. Şəhər sakinləri başlıca olaraq sənət və ticarətlə məşğul olsalar da, hələ uzun müddət kənd təsərrüfatı ilə də əlaqəni üzmədilər. Qala divarlarından xaricdə taxıl zəmiləri, bağ və bostanlar yerləşirdi. Otlaqlarda mal- qara sürüsü otlayırdı.

Şəhərlərin qala divarları ilə əhatə edilmiş kiçik ərazisi darlıq edidi. Buna görə də evləri iki- üç mərtəbə tikirdilər. Su kəməri və kanalizasiyanın yoxluğu nəticəsində natəmizlik baş alıb gedirdi. Şəhərdə yeganə geniş yer bazar meydanı idi. Meydanın yanında sobor olurdu. Şəhərlilər meydanda ratuşa tikirdilər.

Şəhərdə satılan müxtəlif malların hamısı sənətkar emalatxanasında hazırlanırdı. Emalatxanada bütün işləri ən sadə alətlərin köməyi ilə əllə görürdülər. Sənətkarlıq texnikası ləng inkişaf edirdi. Ancaq sənət yaddan çıxmırdı. Ata öz sənətinin sirlərini uşaqlıqdan övladlarına öyrədirdi və özü sadə əmək alətlərini onlara miras qoyurdu. Emalatxanada əsas işçi sənətkarın özü yəni usta idi. O, həm də emalatxananın , buradakı bütün avadanlıq və alətlərin sahibi idi. Usta məhsul hazırlamaq üçün xammal alır, məhsul hazır olduqdan sonra isə onu dükanda satırdı. Emalatxana həm də dükan idi. Şəhər sənətkarı xırda mülkiyyətçi idi. Kəndlidən fərqli olaraq, sənətkar sifarişləri yerinə yetirir və ya satış üçün məhsul hazırlayırdı.

Emalatxanada ustadan başqa şagirdlər və usta köməkçiləri də işləyirdilər Şagirdlər sənət öyrənir və yardımçı işlər görürdülər. Usta olmaq üçün 2 ildən 8 ilədək usta yanında şagird kimi işləmək lazım gəlirdi. Şagird şagirdlik müddətinin sonuna yaxın hər hansı məmulatı müstəqil surətdə özü hazırlaya bilirdi. Usta köməkçisi isə artıq sənəti öyrənmiş işçi idi. O, usta adı almaq üçün çətin imtahan verməli və nümunəvi sənət işi- şah əsər yaratmalı idi. Beləliklə, orta əsr şəhərlərində sənətkarlıq əl əməyinə əsaslana xırda əsnaye istehsalı idi.

Eyni peşədən olan və bir şəhərdə yaşayan ustalar ittifaqlarda birləşirdilər. Qərbi Avropada bu cür ittifaqlara sex deyirdilər. Hər bir sənətkar öz sexinə daxil olmalı idi, əks təqdirdə onun şəhərdə əsnətkarlıqla məşğul olmağa ixtiyarı yox idi. Ustalar ümumi yığıncaqda nizamnamə qəbul edidilər. İş qaydaları sexin nizamnaməsi üzrə müəyyən edilirdi. Nizamnamə xammalın keyfiyyətli olmasını, hazırlanan məhsulların böyük- kiçikliyini, çəkisini müəyyən edirdi. Sexə ustaların seçdiyi ağsaqqallar başçılıq edirdilər. Ağsaqqallar nizamnaməsinin yerinə yetirilməsinə nəzarət edir, onu pozanları ciddi surətdə cəzalandırırdılar. Sexin öz gerbi , bayrağı, kilsəsi və hətta qəbiristanı da olurdu.

Sexlər uzun müddət sənətin inkişafına kömək etdi. Lakin şəhərlərdə ustaların sayı artdıqca onların arasında rəqabət də güclənirdi. Tədricən ustaların bir hissəsi varlanır, digər hissəsi isə yoxsullaşırdı. Sexlər usta köməkçilərinin ustalığa keçməsinə mane oludular. Usta köməkçiləri ustaların zülmünə qarşı qardaşlıq adlandırılan birlik yaradırdılar. Orta əsrlərin sonuna yaxın sexlər texnikanın inkişafını ləngitməyə və şəhərlərdə sənaye məhsulları istehsalının artmasına mane olmağa başladılar.

Şəhərlər əsasən feodalların torpağında salınırdı. Senyor şəhər əhalisindən vergi toplayırdı. Şəhərlər varlandıqca, senyorlar da vergilərin miqdarını artırırdılar. Senyorlar bəzən şəhərə satmağa mal aparan kavanları soyurdular, yaxud dükanlarda gözlərinə xoş gələn hər bir şeyi götürüb aparırdılar. Senyorların özbaşınalığından narazı qalan şəhərlilər azad olmaq iatəyirdilər, senyorlara qarşı üsyana qalxırdılar. XII- XIII əsrlərdə bütün Avropa ölkəərində şəhərlilər senyorlara qarşı mübarizə aparmalı olmuşdular. Nəticədə şəhərlərin bir qismi azad olmuş, digərləri isə ödənc verərək azadlıq qazanmışdılar. Belə şəhərlərə şəhər şuraları başçılıq edirdilər. Şəhər şuralarında idarəçilik işlərini varlılar öz əllərinə keçirirdilər. Şəhərlilərin, senyorların ağalığından azad olması nəticəsində şəhərlər daha surətlə inkişaf etməyə başladı.

Şəhər sənətkarları daha çox əmtəə istehsal edirdilər. Şəhərlilər istehsal etdikləri məhsulları, öz ətraflarındakı yerlərlə bəər, başqa yerlərdən gələn tacirlərə də satırdılar. Ticarət şəhərlilərə böyük gəlir gətirirdi, amma çox qorxulu bir iş idi. Tacirlər uzaq ölkələrə gedətkən yollarda yol kəsən quldurlar, dənizdə isə dəniz quldurları tərəfindən soyulurdular. Tacirlər özlərini soyğunçulardan qorumaq üçün gildiyalar deyilən tacir birlikləri yaradırdılar.

Avropalılar aralıq dənizi vasitəsilə Suriya və Misirlə, Qara dəniz vasitəsilə Krım və Qafqazla ticarət əlaqələri saxlayırdılar. Əvvəllər ticarətdə başlıca yeri Bizans tuturdu. XIII əsrdən başlayaraq Aralıq dənizi vasitəsilə Şərq ölkələri ilə ticarət Venesiya və Genuya tacirlərinin əlinmə keçdi. Şimal ticarətinin mərkəzi Brükge şəhəri idi. Baltik dənizində ticarəti öz əlinə almaq üçün Almaniyanın 70 şəhəri birləşib Hanza ittifaqını yaratdı. Bu ittifaqa Almaniyanın Lübek şəhəri başçılıq edirdi.

Avropada ən qızğın ticarət yerləri yarmarkalar idi. XIII ərsdə Avropada ən məşhur yarmarka Fransanın Şampan yarmarkası idi. Yarmarkalarda pul işini yaxşı bilən sərraflar otururdular. Onlar müxtəlif ölkələrin pullarını yoxlayır və dəyişirdilər. Sərraflar hətta sələmlə borc da verirdilər. Onlar bu yolla varlanıb sələmçilərə çevrilirdilər. Sərraflar və sələmçilər arasında ilk bankirlər – bank sahibləri meydana gəlirdi. Ən böyük bank İtaliyada yerləşirdi. Bankirlər saxlamaq üçün pul qəbul edir və öz xidmətçiləri vasitəsilə tacirlər üçün bir ölkədən başqasına pul köçürürdülər. Ticarətin və pul əməliyytaının inkişafı nəticəsində tacirlərin və bankirlərin əlində külli miqdarda sərvət toplanırdı.

XV əsrdə Avropanın mərkəzi pul- maliyyə bazarı Genuyaya məxsus idi. “ Bezanson” adlanan bu maliyyə bazarı özünəməxsus beynəlxalq fond birjası idi və XVI əsrin əvvəllərində onun apardığı maliyyə sövdələşmələrinin dəyəri 40 milyon qızıl florinə çatmışdı.

Bütün bunlar Qərbi avropada ilkin kapitalist münasibətləri üçün XV əsrdə müəyyən şəraitin yarandığını göstərir.



4. İqtisadi artımın iki tipi: Şimali İtaliya və Niderlandiya.
Klassik feodalizm dövrü İtaliyada ölkənin birləşdirilməsi ilə başa çatmadı. X- XI əsrlərdə İtaliy aşəhərləri başlıca düşmənləri olan senyprlara qarşı mübarizə aparırdılar. Bu mübarizənin nəticəsində İtaliyanın Milan, Piza, Boloniya kimi varlı şəhərləri kommuna hüququ əldə etdilər. Azad kommunalar tədriclə ətraf əraziləri də öz tərkiblərinə daxil edərək müstəqil şəhər dövlətlərə və ya şəhər- respublikalar çevrilirdilər.

Klassik feodalizm dövründə İtaliyanın ən varlı və böyük şəhəri Florensiya idi. Bu şəhərdə artıq XIV əsrin 30- cu illərində 200- ə qədər nisbətən iri mahud emalatxanası var idi. By emalatxanalarda muzdlu əmək tətbiq edilirdi. Həmin emalatxanalarda xeyli əmək bölgüsü var idi. Bu müəssisələr mahiyyət etibarı ilə ilkin kapitalist müəssisələri- manufakturalar idi. Heç bir istehsal vasitələrinə malik olmayan və çompi adlandırılan muzdlu fəhlələrin sayı on min nəfərə çatırdı.

Varlı şəhərlilərin başçılıq etdiyi 9 nəfər üzvdən ibarət olan Senyoriya şəhərin idarəsi ilə məşğul olurdu. Şəhərlilər iki əsas təbəqəyə bölünürdülər: varlı tacirlərin, emalatxana və bank sahiblərinin daxil olduğu “ piylənmiş camaat”, xırda sənətkarlardan, tacirlərdən və fəhlələrdən ibarət olan “ arıq camaat”.

Florensiyanın bir neçə varlı ailəsi arasında uzun sürən mübarəzədən sonra Mediçi ailəsi qalib gələrək , hakimiyyəti ələ keçirdi. Varlı bankirlər və tacirlər olan mediçilər Avropanın bütün iri şəhərlərində kontorlara malik idilər. Mediçilər şəhərlilərin geniş təbəqələrinin vergi yükünü yüngülləşdirir, kasıblara kiçik məbləğdə pul yardımı edidilər. Mediçilər şəhərdə böyük tikinti işləri aparmaqla çoxsaylı sənətkarların orada işləməsinə şərait yaradırdılar. Mediçi tiranlığı Böyük Lonenso zamanında özünün ən qüdrətli dövrünə qədəm qoydu. Müasirləri onu incə ağlına, bədii istedadına və yüksək idarəçilik məharətinə görə Böyük adlandırırdılar.

XV əsrin ortalarına yaxın Venesiya respublikası Avropanın ən qüdrətli dəniz dövlətlərindən biri idi. Səlib müharibələrinin nəticəsində istifadə edən Venesiya Egey dəniz hövzəsində və Konstantinopolda geniş ticarət məntəqələri ələ keçirmişdi.

Venesiyanın mənfəətinin əsas mənbəyini ticarətdə vasitəçilik təşkil edirdi. Venesiyanın ticarət donanması o dövrün qüdrətli donanmalarından hesab edilirdi. Venesiya tacirləri bütün Avropanı Çindən, Hindistandan, Yaxın və Orta Şərq ölkələrindən , habelə Azərbaycandan gətirilən olduqca müxtəlif mallarla təmin edirdilər. Venesiya respublikasının Şərq ölkələri ilə ticarət əlaqələrində Qara dənizdəki ticarət mərkəzləri mühüm rol oynayırdı. Venesiya və Genuya tacirləri Qara dəniz bazarlarında, xüsusilə Trabzonda Azərbaycan tacirləri ilə görüşür, quru yolla Təbrizə və başqa Azərbaycan şəhərlərinə gəlirdilər. Venesiya XIV əsrdə öz yeganə rəqibi olan Genuya respublikasını da Şərqlə ticarətdə vasitəçilikdən həmişəlik sıxışdırıb çıxartdı. Venesiya toxuculuq müəssisələrinin xam ipəyə olan tələbatının ödənilməsində Azərbaycan ipəyi mühüm rol oynayırdı.

Şərqlə ticarət Venesiyada ayrı- ayrı sənaye sahələrinin inkişafına təkan verirdi. Şəqdən gətirilən xam ipək və pambıq, habelə müxtəli Asiya və Avropa ölkələrindən idxal olan yun burada toxunularaq , başqa Avropa ölkələrində baha qiymətə satılırdı. Bunun nəticəsi idi ki, XV əsrdə bir çox İtaliya şəhərlərində toxuculuq sənayesi tənəzzülə uğradığı halda, Venesiyada həmin sahə inkişaf etməkdə idi. Venesiya güzgüləri təkcə Avropada deyil, bütün Şərqdə, o cümlədən Azərbaycanda da məşhur idi.

Venesiya müstəmləkə imperiyasının geniş xarici ticarət əlaqələri respublikanın pul sistemində də ciddi dəyişikliklər törətmişdi. Venesiyada hələ XII əsrdən veksel və çek sistemi tətbiq olunurdu. 1156- cı ildən burada dövlət bankı fəaliyyət göstərirdi. Bu , Avropada ilk bank idi.

Niderland əlverişli coğrafi mövqeyə mailk ölkə idi. Reyn, Maas və Şelda çayları Niderlandı Fransa və Almaniya ilə birləşdirirdi. Niderland dəniz vasitəsilə İngiltərə və Skandinaviya ölkələri ilə əlaqə saxlayırdı. Niderlandın Flandriya vilayəti bütün Avropada öz mahudu ilə şöhrət qazanmışdı. Bu mahud İngiltərədən gətirilən yundan toxunurdu. Sonralar İspaniya yunundan parça hazırlamağa başladılar.

Böyük coğrafi kəşflərdən sonra Niderlandın dəniz ticarəti daha da yüksəldi. Antverpen Avropa tarixində dünya ticarətinin birinci mərkəzi oldu.

Niderlandın şəhər və kəndlərində manufakturalar meydana gəlirdi. Manufakturalarda mahud və kətan parçalar, xalçalar, gəmi yelkənləri, kəndir və s. hazırlanırdı.

Niderlandda balıqçılıq, dənizçilik və kənd təsərrüfatı da inkişaf etməkdə idi. Hollandiya əyaləti siyənək balığı tutmaqla məşğul idi. Şimal dənizi sahillərindəki vilayətlərin çoxu dəniz səviyyəsindən aşağı idi. Əhali burada sahildə uca bəndlər çəkir və dənizdən addım- addım “ torpaq almalı” olurdu. Adamlar burada faydalı otlaqlar yaradır, bol- bol məhsul götürürdülər. Kənd təsərrüfatında da kapitalist istehsalı yaranır və inkişaf edirdi.

Burjuaziya yoxsullaşmış zadəganların və kəndlilərin torpaqlarını satın alırdı. Bu torpaqlarda muzdlu fəhlələr işlədir və çoxlu gəlir götürürdülər. Lakin Niderlandın şərqə və cənuba doğru uzanan və dənizdən uzaqda olan torpaqların feodal qaydaları hələ güclü idi. Kəndlilər şəxsi azadlığa nail olsalar da, torpağa görə feodallardan asılı vəziyyətdə qalmışdılar.

XVI əsrin ortalarında Niderland feodal İspaniyasının hakimiyyəti altında idi. Niderland İspaniyanın ən zəngin müstəmləkəsi idi. İspaniya kralı Nidrland əhalisi üzərində çox ağır vergi qoymuşdu. O, Nidrland tacirlərinə İspaniyanın Amerikadakı müstəmləkələri ilə ticarəti qadağan etmişdi. İspaniyanın İngiltərə ilə düşmənçiliyi ucbatından Niderlandın manufaktura sahibləri zərər çəkirdi. Niderlanda gətirilən İspaniya yunu üçün gömrük vergisi isə xeyli artırılmışdı.

Burjuaziyanın başçılıq etdiyi xalqın mübarizəsi nəticəsində Niderlandda İspaniya ağalığına son qoyuldu. Burada feodal qalıqlarını qoruyub saxlayan İspaniya olduğundan, İspan ağalığının sonun həm də feodal quruluşununu sonu idi.

Burjua inqilabının nəticəsində Hollandiya ispan zülmündən azad olduqdan sonra onun təsərrüfatı uğurla inkişaf edirdi. Varlıların yeni- yeni manufakturaları meydana gəlirdi. Toxuculuq sənayesi inkişaf edirdi. Atlaz, məxmər, xalça istehsalı artırdı. Tərsanələrdə nəhəng gəmilər düzəldirdilər. Amsterdam şəhəri boya istehsalı və zərgərlik işləri ilə şöhrətlənmişdi. Amsterdam dünya ticarətinin mərkəzinə çevrilmişdi.

Hollandiyada ticarət xüsusilə nkişaf etmişdi. Hollandiya tacirləri Çin və Yaponiya ilə ticarət əlaqəsinə girmişdirlə. Çindən birinci dəfə olaraq Avropaya çay gətirilməsinə başlandı. Hollandiya Avropanın demək olar ki, bütün ölkələri ilə ticarət edirdi. Hollandiya öz gəmiləri ilə müxtəlif ölkələrin malları daşıyırdı.

Beləliklə, burjua inqilabının qələbəsi Hollandiyada kapitalizmin inkişafına yol açdı.

Niderland inqilabı ilk burjua inqilabı idi. Bu inqilab nəticəsində Qərbi Avropa ərazisinin kiçik bir hissəsində feodalizm quruluşu dağıldı və dünyada birinci burjua respublikası yarandı.

Mövzu 4: İlkin kapital yığımı və manifaktura istehsalı dövründə iqtisadi inkişaf.( 2 saat)
Plan
1. Orta əsrin son dövründə manifaktura istehsalının meydana gelməsi.

2. Böyük coğrafi kəşflərin iqtisadi nəticələri. “ Qiymət inqilabı”.

3. İlkin kapital yığımın mahiyyəti, mənbələri, metodları və nəticələri.

4. Merkantilizm siyasəti.



1. Orta əsrin son dövründə manifaktura istehsalının meydana gelməsi.

XVI- XVIII əsrin son qərinəsi dünya iqtisadiyyatı tarixinə feodal münasibətlərinin dağılması və feodal cəmiyyəti daxilində kapitalist istehsalının yaranması dövrü kimi daxil olmuşdur. Qərbi Avropa ölkələrində bu proses XVI yüzillikdə başlamışdır. İstehsalın ayrı- ayrı sahələrində əmək alətlərinin və texnologiyanın təkmilləşməsi, texniki yeniliklər və onların istehsala tətbiqi bu prosesin ilkin əlamətləridir. Xüsusilə metal əridilməsi yeni üsulların tətbiqi, domna sobalarından istifadə nəticəsində çuqun ərintisindən dəmir və polad almaq mümkün oldu. Mədən işlərində istifadə olunan aşağıdan fırlandırılan su dəyirman çarxı əvəzinə, hətta kiçik su arxının köməyilə hərəkətə gətirilən yuxarıdan fırladırılan su çarxı ixtira edildi. Belə çarxın vasitəsilə metal emal edərkən ağırlığı bir tona çatan böyük çəkici hərəkətə gətirmək mümkün idi. Həmin su çarxlarının köməyilə 3- 4 metrlik domna sobalarına güclü hava vurmaqla yüksək istilikdə dəmir filizi əridilirdi. Toxuculuq sahəsində də yeni dəzgahlar tətbiq edildi. XVI əsrin əvvəllərində odlu silah istehsalı hərbi işdə əsl inqilaba gətirib çıxartdı. Kağız istehsalına, kitab çapına , saat və eynək istehsalına başlandı.

XVI yüzilliyin əvvəllərində kənd təsərrüfatında da yeniliklər yaşandı. Yeni keyfiyyətli əmək alətlərindən və gübrədən istifadə edilməklə çoxtarlalı əkin sisteminə keçildi. İstehsalın ixtisaslaşma səviyyəsi yüksəldi, kənd təsərrüfatı məhsullarının böyük hissəsi bazara çıxarılaraq əmtəə- pul münasibətlərinin inkişafına təkan verdi.

XVI əsrdən Qərbi Avropada xırda istehsalçıların ticarət və sələmçi kapitala tabe edilməsi nəticəsində kapitalist sənayesinin ilkin manufaktura ( latınca “ əl ilə düzəldilən “ deməkdir.) mərhələsi başlanmışdır. İlkin vaxtlar hələ xırda ölçüsünü saxlayan bu istehsal “ evdə iş” və ya “ səpələnmiş”, dağınıq manufaktura adlanırdı. Kapitalı olan tacirlər kəndlərdə sənətkar və kəndlilərə dəzgah, əmək alətləri paylayırdı və onlar yun və kətandan müxtəlif məhsullar hazırlayıb müəyyən haqq müqabilində tacirə təhvil verirdilər. Bundan başqa , bəzən tacirlər evdə işləyən öz muzdlu işçilərini bir emalatxanaya toplayıb istehsala sahibkar kimi nəzarət edirdi.

Kənddən fərqli olaraq şəhərlərdə yaradılan mərkəzləşmiş manufakturalar daha mütəşəkkil və böyük idi. Belə manufakturaları keçmiş sex və emalatxana ustaları təşkil edirdi. Inkişaf etmiş manufakturalarda istehsalın əmək bölgüsü var idi və ayrı- ayrı fəhlələr bu və ya digər əməliyyatların yerinə yetirilməsi ürə ixtisaslaşırdı. Qərbi Avropa ölkələrində kapitalizmin inkişafının birinci mərhələsində ( XVI- XVIII əsrin son qərinəsi) manufaktura kapitalist istehsalının aparıcı forması olmuşdur. Qərbi Avropa mədən sənayesində , metal emalı, silah, kağız, barıt və ipək parça istehsalında kapitalizm daha sürətli, yun, pambıq parça , gön- dəri və başqa sahələrdə isə ləng inkişaf etmişdir.İngiltərəni çıxmaqla, digər ölkələrin kənd təsərrüfatında kapitalizm sənayeyə nisbətən çox ləng getmişdir.

Ümumiyyətlə, Qərbi Avropada kapitalizmin inkişaf sürəti hər yerdə eyni olmamışdır. Kapitalizmin ilk əlamətlərinin daha tez XIV- XV əsrlərdə yarandığı İtaliya XVI ərsdə tənəzzülə uğramış, Almaniya və İspaniya iqtisadi inkişaf səviyyəsinə görə geri qalmağa başlamışdır. Hollandiya, İngiltərə və Fransa kapitalizmin sürətli inkişaına görə avropada birinci yerə çıxmışdır.

XVI yüzillikdə Qərbi Avropada kapitalist istehsalı feodal cəmiyyəti içərisində inkişaf etməkdə olan uklad formasında idi. Böyük coğrafi kəşflərin nəticələri kapitalist münasibətlərinin inkişafını sürətləndirən başlıca iqtisadi amillərdən oldu.
2. Böyük coğrafi kəşflərin iqtisadi nəticələri. “ Qiymət inqilabı”.

XI- XIII əsrlərdə xaç müharibələri nəticəsində Avropa ilə Şərq ölkələri arasındakı ticarət yolunun istiqaməti dəyişərək qədim Kiyev – Rus dövləti ərazisindən Aralıq dənizinə keçmişdi. Lakin bir müddətdən sonra Aralıq dənizindən keçən yol ərəblər və türklər tərəfindən tutulduğuna görə Avropa ölkələri yeni ticarət yolları aparmağa məcbur olmuşdu. Orta əsrlərdə Avropa ölkələrinin Şərq ilə ticarət balansı passiv xarakter daşıyırdı. Ona görə Avropa qızılının xeyli hissəsi Şərq ölkələrinə axıb getmişdir.

Digər tərəfdən Avropa əmtəə- pul münasibətlərinin inkişafı kapitalizmin meydana gəlməyə başlaması qızıla olan tələbatı getdikcə artırdı. Buna görə də Avropada qızıl çatışmazlığı kəskin surətdə özünü əks etdirməyə başladı. Bu dövrdə kapitalizm quruluşu böhran keçirirdi və zadəganların xeyli hissəsi müflisləşmişdi. Bu cəhətdən Portuqaliya və İspaniya xüsusilə fərqlənirdi. Çünki ərəb işğalçılarına qarşı uzun müddət aparılan mübarizə ilə əlaqədar Portuqaliya və İspaniyada yaranmış hərbi- feodal təbəqə müharibələr qurtardıqdan sonra “ bekar” qalmışdı.

XV əsrdən etibarən Avropada feodal təsərrüfatı özünün ən yüksək inkişaf nöqtəsinə çataraq böhran mərhələsinə qədəm qoydu.Şərqlə günbəgün genişlənən ticarət Avropanın özündə də əmtəə- pul münasibətlərinin güclənməsinə, feodalizm cəmiyyəti daxilində yeni təbəqənin – burjuaziyanın formalaşmasına səbəb olurdu. Bu dövrdə mərkəzləşmiş böyük dövlət birlikləri yaranır və mütləqiyyət inkişaf edirdi. Beləliklə, Qərbi Avropa ölkələrinin iqtisadi inkişafına mühüm təsir göstərmiş böyük coğrafi kəşflərin(BCK) ictimai- iqtisadi və başqa ilikn şərtləri artıq XV əsrdə yaranmışdı. Coğrafi kəşflərin təşəbbüskarları İspaniya və portuqaliya dənizçiləri olmuşlar. Hələ XV əsrin əvvəlində Şimali İtaliya şəhərləri Avropa ilə ticarəti təkcə Cənubi Almaiya şəhərləri vasitəsilə deyil, həm də Cəbəlüttariq boğazından keçməklə aparmağa başlamışdılar. Ispaniya və Portuqaliya güclü dəniz dövlətinə çevrilmişdi.

Böyük coğrafi kəşflər aparan ticarət münasibətlərinin məntiqindən doğurdu. Eyni zamanda bu kəşflər Avropada kapitlist təsərrüfatının formalaşması və ilkin kapital yığımı prosesinə güclü təkan vermişdi. BCK- in başlıca iqtisadi səbəbləri və ilkin şərtləri aşağıdakılardır:

a) Avropada əmtəə- pul münasibətlərinin güclənməsi ilə Şərqlə aparılan ticarətin daha da genişlənməsinə ehtiyacın artması;

b) Belə bir vəziyyətdə türklərin Konstantinopolu tutması( 1453), ərəblərin Aralıq dənizi ticarətində ağalıq etməsi, şimalda monqol tatarların hökmranlığı ilə əlaqədar quru ticarət yollarının bağlanması nəticəsində Genuya və Venetsiya tacirlərinin öz vasitəçilik funksiyalarını yerinə yetirə bilməməsi.

Bu səbəblər Avropa ölkələrini yeni ticarət yolları axtarmağa vadar edirdi. İlkin şərt kimi texniki imkanların genişlənməsi: karavella( yelkənli qayıq) gəmilərinin inşası, kompasın , texniki saatların kəşfi, elmi biliklərin genişlənməsi- Yerin kürə şəklində olmasının öyrənilməsi, xəritələrin tətbiqi və s. böyük coğrafi kəşfləri mümkün edirdi.

Amerikanın kəşfi və Hindistana dəniz yolunun tapılması Avropanın iqtisadi inkişafına böyük təsir göstərdi. BCK- lər kapitalist təsərrüfatının sürətli inkişafı üçün ilkin şərtləri hazırladı.

Böyük coğrafi kəşflərin iqtisadi nəticələri:

a) Avropanın ticarət mərkəzi Aralıq dənizindən Atlantik okeanına, Genuya və Venetsiyadan Antverpen və Amsterdam şəhərlərinə keçdi;

b) Avropada “ qiymətlər inqilabı” baş verdi və kapitalist münasibətlərinin bərqərar olması prosesi gücləndi;

v) dünyada müstəmləkəçiliyin əsası qoyuldu;

q) ümumdünya bazarı yarandı;

d) ümumdünya iqtisadiyyatı formalaşdı.

Böyük coğrafi kəşflər nəticəsində müstəmləkəçilik sisteminin əsası qoyuldu. Dünya ticarətinin dairəsi genişləndi, dünya bazarının yaranması üçün ilkin şərtlər meydana gəldi. Əmtəələrin çeşidi artdı. Yeni torpaqlar zəbt etmək üstündə Avropa ölkələri arasında ziddiyyətlər kəskinləşdi ki, bu da tez- tez təkrar olunan və uzun müddət davam edən müharibələrə səbəb olurdu. Ticarət yolları Aralıq dənizindən Atlantik okeanına və Şimal dənizinə keçdi. Orta əsr yarmarkalarını kapitalist mal birjaları əvəz etdi. Fond birjası ( XVI əsrdə, Ansverpendə), saysız- hesabsız səhmdar ticarət şirkətləri ( Ost- Hind, Vest- Hind və başqaları) yarandı. Bu şirkətlər müxtəlif ölkələrdə ticarət inhisarına malik idilər.

Ticarətdə əsl çevriliş əmələ gəldi. Dünya ticarətini əhatə dairəsi birdən- birə artdı. Ticarət dövriyyəsinə yeni əmtəələr daxil oldu ki, bunlardan tütün, kakao, kofe, çay və başqaları əvvəllər Avropaya məlum deyildi. XVI əsrdə şərq ədəbiyyatı gətirilməsi nəticəsində Venetsiya və Genuya ticarətində ədəbiyyatın dövriyyəsi 30 dəfə artdı.

Coğrafi kəşflərin mühüm iqtisadi nəticələrindən biri də Avropaya “ qiymətlər inqilabı”- nın baş verməsi idi. Amerikadan qarətlər və ucuz işçi qüvvəsi hesabına Avropa bazarına külli miqdarda qızıl və gümüş gətirilirdi. Amerikadan gətirilən qiymətli metallar hesabına yalnız XVI əsrdə qızıl 550 mindən 1192 min kq- a , gümüş isə 7 mln. kq- dan 21,4 mln. kq- a çatmışdır. Bu metalların qiyməti Avropada birdən- birə aşağı düşmüş , əmtəələrin qiyməti isə müvafiq şəkildə qalxmışdı.

“ Qiymətlər inqilabı” kənd təsərrüfatı sahəsində də ciddi dəyişikliklər yaratdı. Xırda təsərrüfatlarda və muzdlu əməklə məşğul olan kəndlilər, yüksək qiymət ilə( renta ilə) icarəyə torpaq götürmüş əkinçilər də müslisləşdilər. Kəndlilərin bir hissəsi isə varlanaraq kənd burjuaziyasına çevrildi.

BCK dünya ticarət dövriyyəsinin hədsiz genişlənməsinə, kapitalist münasibətlərinin bərqərar olmasına güclü təkan verdi. İlkin kapital yığımı prosesi sürətləndi. Dünya böyük kəşflər İspaniya və Portuqaliyadan başlasa da, bundan daha səmərəli bəhrələnən İngiltərə və Niderland oldu. Buna səbəb feodalizmin hökmran olduğu İspaniya və Portuqaliyaya nisbətən İngiltərə və Niderlandda kapitalist təsərrüfatının sürətli inkişafı idi.



Yüklə 342,13 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə