Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)


İşlənilmə obyektlərin təzyiqlər qradiyenti



Yüklə 1,84 Mb.
səhifə21/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   ...   18   19   20   21   22   23   24   25   26
Mədən geologiyası Mühazirələr toplusu

İşlənilmə obyektlərin təzyiqlər qradiyenti
Neft yataqlarının işlənilmə tempi (illik neft hasilatının çıxarılabilən ehtiyatına nisbəti) layların təzyiqlər qradiyenti qiymətindən ( ) əsaslı surətdə asılıdır: burada Play–Pq.dib - yataqların qidalanma konturu ilə neftçıxarma zonası (quyu ətrafı) arasında təzyiqlər fərqi;
Play – qidalanma konturunda lay təzyiqi;
Pq.dib – istismar quyularında tarazlıq iş rejimində quyu dibi təzyiqi;
L – qidalanma konturundan hasilat zonasına qədər (quyunun dibinə) olan məsafə.
Təzyiqlər qradiyentini artırmaq üçün qidalanma sahəsində suvurma sisteminin aktivliyini (vurma təzyiqini) artırmaqla yanaşı istismar quyularında dib təzyiqini aşağı salmaq lazımdır.
Suvurma prosesinin effektli getməsi üçün vurma təzyiqi ilk lay təzyiqinin qiymətindən 15-20% artıq götürülməlidir. Təzyiqin daha artıq olması layların hidravlik yarılmasına və su dillərinin əmələ gəlməsinə səbəb ola bilər.
Yataqların işlənilməsində quyu dibi təzyiqlərinin aşağı salınması quyuların hasilatını artırmağa imkan verir. Belə ki, təzyiqlərin aşağı enməsi az keçirici laylardan da maye axımının çoxalmasına gətirir. Lakin quyu dibi təzyiqlərinin aşağı endirilməsi layların geoloji-fiziki xarakterinə istinad etməlidir. Əgər lay süxurlarının sementlənmə dərəcəsi zəifdirsə, quyu dibi təzyiqinin aşağı enməsi qum axımına səbəb olar ki, bu da istismar prosesini çətinləşdirər. Belə halda yataqların işlənilməsinin effektivliyini artırmaq üçün böyük təzyiqlə laya su vurulması nəzərdə tutulmalıdır.


Mühazirə 13. Horizontal quyular haqqında ümumi məlumatlar (2saat).
Bəzi mütəxəssislər horizontal (üfüqi) quyuların tətbiqini yataqların neftverimini artıran proqressiv üsullar cərgəsinə aid edirlər. Bu onunla əlaqələndirilir ki, yataqların son neftvermə əmsalının səviyyəsini əsaslandırarkən bu üsulun imkanları nəzərdə tutulmur.
Dünya neft-qazçıxarma təcrübəsindən məlumdur ki, yataqların işlənilmə effektivliyini artırmaq üçün horizontal (üfüqi) quyuların imkanlarından geniş istifadə edilir. Son illərdə bu üsulla qazılmış quyuların istismarı bir qayda olaraq layihə sənədlərində də öz əksini tapır. Horizontal (üfüqi) quyular yeni kəşf edilmiş mədənlərlə yanaşı, uzun müddət işlənilən yataqların reabilitasiyası üçün də istifadə edilir.
Horizontal (üfüqi) quyu məfhumu quyu gövdəsinin mütləq horizontal (üfüqi) olmasını nəzərdə tutmur; yatağın neftlilik həcminin forması və neftlədoymasından asılı olaraq onun gövdəsi istənilən kimi istiqamətləndirilə bilər (şək.1).
Beləliklə, horizontal (üfüqi) quyuların həndəsi vəziyyəti yatağın neftlədoymuş sahəsində drenaj zonasını artırmağa, işlənilmə ilə əhatə olunmamış məhsuldar layları açmaqla onların işlənilməyə cəlb olunmasını təmin edir. Odur ki, belə quyuların hasilat imkanları adi (şaquli) quyulara nisbətən xeyli yüksəkdir, lakin horizontal (üfüqi) quyuların qazılması və istismarının iqtisadi göstəriciləri yüksək olduğundan onların qazılma məsələlərinə məsuliyyətlə yanaşma tələb olunur.
Qeyd etmək lazımdır ki, dəniz akvatoriyasında yerləşən yataqların işlənilməsində bu qazıma üsulunun əhəmiyyəti daha böyükdür. Belə ki, onların tətbiqi nəticəsində özüllərin sayının azalmasına nail olunur.

Şəkil 1. Horizontal (üfüqi) quyunun sxematik görünüşü.

Ümumiyyətlə, horizontal (üfüqi) quyularla yataqların işlənilməsi onların ehtiyatlarının aktiv mənimsənilməsinə gətirərək son neftvermə əmsalının artırılmasına imkan verir. Bu baxımdan horizontal (üfüqi) quyularla istismar üsulunun layların neftverimini artıran üsullar kompleksinə daxil edilməsi məqsədəuyğundur.


Horizontal (üfüqi) quyuların ənənəvi istifadə edilən şaquli quyulara nisbətən bir sıra imkanları mövcuddur:

  • quyu gövdəsinin vəziyyətinin geoloji fəzada dəyişdirilməsi nəticəsində drenaj zonalarının əsaslı surətdə artırılması;

  • layda mayenin (neftin) axım istiqamətinin dəyişilməsi;

  • məhsuldar layın həcmində neftliliyin (sululuğun) paylanmasından asılı olaraq onun tavanının (dabanının) iki və ya bir neçə dəfə kəsilməsi, şək.2;

  • ekran tipli qırılmalar ilə məhdudlaşan yatağın qonşu bloklarının eyni vaxtda işlənilməyə cəlb edilməsi,;

  • zəif sementləşmiş kollektorlarda işlənilmə prosesində baş verən qum tıxacı əmələ gəlməsinin intensivliyinin xeyli azalması.

Yataqların horizontal (üfüqi) quyularla işlənilməsində alınan yüksək hasilat onların qazılmasına sərf olunan xərcləri tamamilə ödədiyindən iqtisadi cəhətdən əlverişli istismar üsulu hesab edilir.

Şəkil 2. Horizontal (üfüqi) quyunun funksional imkanları

Uzun müddət işlənilmədə olan yataqlarda minlərlə horizontal (üfüqi) quyunun qazılması və istismarı təcrübəsində, onların daha effektli tətbiqinin geoloji-mədən meyarları müəyyən olunmuşdur (B.Ə. Bağırov, Ə.M.Salmanov,1994)


Onlar aşağıdakılardır:

  • yataqda kifayət miqdarda qalıq neft ehtiyatı;

  • kəsilişi qeyri-bircinsliliyi ilə səciyyələnən (bölünmə əmsalı böyük olan) laylar;

  • kollektorların kiçik keçiriciliyi ( kkeç < 0,1 mkm2);

  • işlənilməyə cəlb olunmayan və ya zəif drenaj olunan zonaların mövcudluğu;

  • neftlərin yüksək özlülüyü (µ > 10 mPa·s);

  • yatağın qeyri-aktiv təbii rejimi;

  • layın effektiv qalınlığı 3 m-dən az olmadıqda.

Onu da qeyd edək ki, horizontal (üfüqi) quyuların qazılmasına təsir edən bir sıra digər amillər də (o cümlədən, layların yatım dərinliyi) müasir dövrdə bu quyuların qazılma imkanlarını məhdudlaşdırmır.


Beləliklə, yuxarıda sadalanan meyarlara istinad etməklə hər hansı bir regionda işlənilən yataqlar sırasından horizontal (üfüqi) quyuların qazılaraq istismarı üçün obyektlər seçmək olar. İlkin tədqiqatlar göstərir ki, Azərbaycanın quru sahəsində və dəniz akvatoriyasında işlənilən yataqlar horizontal (üfüqi) quyuların qazılması üçün müvafiq geoloji-mədən şəraiti mövcuddur və bu üsulun tətbiqi yüksək səmərə verə bilər.

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə