Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)


Mühazirə 3. İstismar obyektinin ayrılma məsələlərinin geoloji-riyazi modellə həlli



Yüklə 1,84 Mb.
səhifə5/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
Mədən geologiyası Mühazirələr toplusu

Mühazirə 3. İstismar obyektinin ayrılma məsələlərinin geoloji-riyazi modellə həlli

Mədənin hər bir fərdi yatağının işlənilmə layihələrini nəzərə almaqla onun üçün ümumi işlənilmə sistemi tərtib olunmalıdır.


Mədənin kəsilişində ayrılmış istismar obyektlərinin (fərdi yataqların) sayından asılı olaraq burada mərtəbələr ayrılır. Mərtəbələrin sayı mədənin kəsilişində ayrılmış fərdi obyektlərin sayından asılıdır. Hər bir mərtəbədə 2-dən artıq fərdi yataq yerləşməlidir.
Hər bir mərtəbənin bazis yatağı olmalıdır. Bazis yataq kimi mərtəbənin ən altda yatan və ən məhsuldar obyekti qəbul edilir.
Hər bir mərtəbənin laylarında olan ehtiyat həcmi, yatma dərinliyi, geoloji şəraiti və s. məlumatlar sistemləşdirilir və ətraflı öyrənilir. Sonra çoxlaylı mədənin işə salınma ardıcıllığı müəyyənləşdirilir. Işlənilmə ardıcıllığı iki etapda aparılır: mərtəbələr üçün (mədən daxili) və ayrı-ayrı mərtəbələrdə cəmləşdirilmiş fərdi yataqlar üçün (mərtəbə daxili).
Çox mərtəbəli mədəndə işlənilmə ardıcıllığının stratiqrafik dərinliklər əsasında (aşağıdan yuxarı və ya yuxarıdan aşağı) aparılması əlverişli olmur, belə ki, bu halda mədənin işlənilmə ilə tam əhatəsi çox vaxt aparır. Odur ki, bu problemin həllində kombinasiya üsulunun tərtibi məqsədəuyğundur. Bu qoyuluş isə mədənin mərtəbələrinin işlənilməsində ümumi növbəlilik prinsipinə riayət edirsə də, onların mümkün qədər ən qısa vaxtda işlənilmə ilə əhatəsini nəzərdə tutur.
Mərtəbələrin işlənilməyə verilmə ardıcıllığını müəyyən edərkən, onun daban hissəsini təşkil edən məhsuldar fərdi obyektə üstünlük verilir və bazis obyekti kimi seçilir. Ən əvvəl bu yatağa istismar, vurucu və s. quyular qazılır və neft və qazın hasil edilməsinə başlanılır. Mərtəbənin üstdə yatan yataqları isə bazis obyektini istismar etmiş və geoloji-texniki səbəblər üzündən sıradan çıxmış quyularla işlənilir. Bu quyular həmin istismar obyektlərinin ehtiyatlarının realizəsinə imkan verir. Bəzi hallarda bazis obyektindən yuxarıda yatan məhsuldar laylara yeni quyular da qazılır. Mərtəbənin neft ehtiyatının mənimsənilməsində optimal varianta üstünlük verilir: istismar və vurucu quyuların yerləşdirilməsi, maye hasilatı və həcmi, lay təzyiqinin dəyişmə həddi və s. məsələlər çox variantlı qoyuluşlarla həll edilir. Nəticələr müqayisəli təhlil edilir və ən əlverişli varianta üstünlük verilir.

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə