Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)



Yüklə 1,84 Mb.
səhifə9/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   26
Mədən geologiyası Mühazirələr toplusu

Geoloji-struktur üsullar geoloji tədqiqatlarda geniş istifadə edilmiş və layların yatma şəraitlərinin öyrənilməsində önəmli rol oynamışdır.

  • Geoloji-riyazi üsullar yataqların öyrənilməsində ehtimallı yanaşmanı əsas götürür. Bununla əlaqədar olaraq ehtimal nəzəriyyəsinin və riyazi statistikanın müvafiq üsullarını cəlb etməklə struktur modellərin yaradılmasını təmin edir.



Geoloji- struktur üsullar
Bu üsullar neft və qaz yataqlarının öyrənilməsində son vaxtlara kimi geniş tətbiq olunmuşdur. Layların yatım relyeflərini horizontlarla təsviri onun struktur xəritələrinin tərtib edilməsinə imkan verir.

Şəkil 1. Struktur xəritənin köməyi ilə layın yeraltı relyefinin təsviri
Belə xəritələr işlənilmə prosesində daha çox istifadə olunur və aşağıdakı üsullarla tərtib edilir.
Ü ç b u c a q l a r ü s u l u. Bu xəritəalma üsulu əsasən sadə geoloji quruluşlu yataqların öyrənilməsi üçün tətbiq olunur və bunun üçün aşağıdakı əməliyyatlar ardıcıl yerinə yetirilməlidir:
- sahədə qazılmış bütün quyuların geoloji-geofiziki kəsilişləri ətraflı öyrənilir;
- korrelyasiya üsulları ilə layların yatma şəraitləri müəyyən olunur;
- reper laylar aşkar edilir; onların bütün quyularda yatım dərinlikləri, qalınlıqları, litofasial tərkibləri haqqında məlumatlar müqayisəli təhlil edilir.
Alınan nəticələr müvafiq sxem və cədvəldə əks olunmalıdır: sxemdə quyuların planda (koordinat sistemində) yeri göstərilməlidir, cədvəldə isə həmin quyuların reper layın tavanına (və ya dabanına) qədər olan həqiqi yatım dərinliyi göstərilməlidir. Quyuların planda yerini müəyyən etmək üçün quyu ağzından laya qədər əyilmə intervallarını da nəzərə almaq lazımdır. Beləliklə, quyuların yerləşdiyi nöqtələr düz xətlərlə birləşdirilir və bu xətlər də üçbucaqlar sistemini əmələ gətirir. Sonra qəbul olunmuş kəsmə yüksəkliyinə görə quyular arasında xətti interpolyasiya aparılır və qiymətləri eyni olan yatma dərinlikləri birləşdirilir və izohipslər əmələ gəlir. Buna struktur xəritə deyilir. Əlbəttə, qurulan xəritənin dəqiqlik dərəcəsi quyuların sayından asılıdır: onların sayı çox olduqda yaranmış üçbucaqların ölçüləri kiçik olur və bu halda dəyişmələrin aşkar edilməsi nisbətən asan olur və əksinə - quyuların sayı az olduqda isə tərtib olunmuş üçbucaqların ölçüləri böyük olur və informasiya dolğunluğu zəifləyir.

1 – quyular: surətdə - quyu nömrəsi, məxrəcdə - mütləq yatma dərinliyi, m;
2 – xəritəalma səthinin qiymətləndirmə nöqtələri, m; 3 – izohipslər.
Şəkil 2. Üçbucaqlar üsulu ilə qurulmuş struktur xəritə
Üçbucaqlar üsuluna xas olan məhdudiyyətləri minimuma endirmək üçün tədqiqatların aparılmasında aşağıdakı tələbləri diqqətdə saxlamaq lazımdır:

    • xəritəalmadan öncə strukturda layların yatma qanunauyğunluğu, onun oxunun istiqaməti və s. haqqında ümumi məlumatlar əldə olunmalıdır;

    • strukturun tədqiqində aparılmış seysmik kəşfiyyatın və struktur qazıma məlumatlarının kompleks tədqiqatlarının nəticələri nəzərə alınmalıdır;

    • strukturun müxtəlif qanadlarında qazılmış quyuların (nöqtələrin) məlumatlarını üçbucağın tərtibatında istifadə etmək olmaz (“kənar effekt” adlanan bu halda nöqtələrin arasında interpolyasiya əməliyyatı aparmaq metodiki baxımdan qəbuledilməzdir);

    • struktur xəritənin qurulmasında sahənin faktiki quyu məlumatları ilə əhatəolunma dərəcələri nəzərə alınmalıdır: bu proses strukturda quyuların daha çox yerləşdiyi zonalardan tədricən onların sayı nisbətən az olan hissələrinə keçməlidir.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə