Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)



Yüklə 1,84 Mb.
səhifə17/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   ...   13   14   15   16   17   18   19   20   ...   26
Mədən geologiyası Mühazirələr toplusu

Layların neftverİmİnİ

artıran üsullar


İstismar obyektlərinin geoloji-mədən göstəriciləri

Lay neftinin özlülüyü,
mPa·s

Neftlə doyma, %

Lay temperaturu,
°C

Layın keçiriciliyi,
10-3 mkm2

Dərinlik, m



Qalınlıq, m

Kollektorun növü

Gillilik, %

Suyun minerallaşması, mq/l

Qaz papağı

Son neftveriminin artımı,
%

1

2

3

4

5

6

7

8

9

10

11

12

13

Fİzİkİ-kİmyəvİ

Səthi-aktiv maddələr

<3-5

>50

<70

³0.1

Məhd. yox

3-12

Qumlu

<10

20

Zəif

2-3

Qələvi məhlullar

10-100

>50

<100

³0.1

-''-

Məhd. yox

-''-

<10

<20

-''-

5-10

Polimer məhlullar

10-100

>50

<90

>0.1

-''-

3-6

-''-

<10

20

-''-

7-10

Miselyar məhlullar

<15

>25

<90

>0.1

-''-

<25

-''-

Zəif

<5

-''-

8-15

Köpüklə təsir

1-100

>50

<90

>0.05

-''-

20-dək

-''-

Zəif

<20

-''-

3-4

Fİzİkİ-hİdrodİ-namİkİ

Dövrlərlə suvurma

<25

60

Məhd. yox

>0.05

-''-

<20

Məhd. yox

Zəif

Məhd. yox

Məhd. yox

3-5

Dövrlərlə su-qaz qarışığı

<25

>60

-''-

>0.05

-''-

3-25

-''-

Məhd. yox

-''-

Zəif

5-6
Termİkİ

Lay daxili yanma


>10

>40

-''-

³0.1

£2000

2-30

-''-

-''-

-''-

-''-

20

Buxarla təsir


>10

>40

-“-

³0.1

£1800

>6

-''-

5-10

-''-

-''-

20

İsti su ilə təsir


5

>50

-''-

³0.1

<1500

10-100

-''-

5-10

-''-

Məhd. yox

4-10

Qaz


CO2 ilə təsir

<10-15

>40

-''-

<0.1

£1200

10-15

-''-

Zəif

-''-

Zəif

10-15

Yüksək təzyiqlə qazın vurulması

<10

>60

-''-

<0.1

£1200

<10

-''-

-''-

-''-

-''-

10-15
Mİkrobİoloji

>10

>30

25-35

>0.05

£1800

8-10

-''-

-''-

-''-

-''-

14-19

Nü

5-25

80

Məhd.
yox

0.1-1.0

>1200

10-45

Terrigen

Yüksək

-''-

-''-

8-12

AKUSTİK

-

50

-

<0.1

-

Məhd. yox

-''-

Zəif

-

-''-

2-7

  1. İşlənilmə obyektinin (layın) yatım dərinliyi (B). LNA üsulların tətbiqinin texniki imkanlarını nəzərə alaraq yataqların iki qrupda cəmləşdirilməsi nəzərdə tutulur: B1 dayazda yatan və B2 dərində yatan. Nəzərə almaq lazımdır ki, B1 qrupunda termiki üsullar tətbiq oluna bilirsə, B2 qrupunda isə bu proses effektli olmur (dərinlik artdıqca quyu kəmərində laya vurulan termiki üsulun təsiri zəifləyir). Layların yatım dərinliyi fiziki-kimyəvi, fiziki-hidrodinamiki və digər üsulların tətbiqini praktiki olaraq məhdudlaşdırmır. Belə olduqda, bu parametrə görə yataqlar iki qrupda cəmləşdirilir: B1 – layın yatım dərinliyi 2000 m qədər və B2 –layın yatım dərinliyi 2000 m çox.

  2. İşlənilən layın kollektorluğunu səciyyələndirən parametr – keçiricilik (C). Müəyyən olunmuşdur, LNA bir çox üsullar süxurların zəif keçiriciliyi şəraitində effektli olursa (qaz, dövrlərlə su-qaz qarışığı ilə təsir), digərləri (miselyar və polimer məhlulları, qələvilər, su buxarı, laydaxili yanma) isə bu göstəricinin yüksək qiymətlərində müvəffəqiyyətlə tətbiq olunur. Onda laylar bu göstəricinin qiymətlərinə görə iki qrupa bölünür: C1 – < 0,1 mkm2 və C2 – > 0,1 mkm2 .

  3. Neft ehtiyatlarının mənimsənilmə dərəcəsi(D). Ölkəmizin neft mədənlərində yüzlərlə yataq uzun müddətdir ki işlənilmədədir. Müxtəlif texniki və texnoloji üsulların tətbiqinə baxmayaraq onların ehtiyatları qeyri bərabər mənimsənilmişdir. Azərbaycanın neft mədənlərinin fond məlumatlarının araşdırılması göstərir ki, bu yataqlarda cari neftvermə əmsalının qiyməti 0,05-0,65 hüdudlarında dəyişir. Bunu və balans neft ehtiyatlarının mənimsənilməsi zəif olan yataqlarda LNA üsullarının daha çox effekt (əlavə neft hasilatı) alınacağını nəzərə alaraq bu göstəricinin qiymətinə görə onlar üç qrupa bölünür: D1 <20%; D2 =20-40%; D3>40%.


Şəkil 2. Layların neftverimini artıran üsulların təsnifat modeli

Layların neftveriminin effektivliyinə təsir göstərən yuxarıda sadalanan dörd parametrin sərhəd qiymətlərini nəzərə alaraq riyazi məntiq elmində geniş tətbiq olunan “struktur ağac” formalı təsnifat modeli almış oluruq. Modelin strukturunda parametrlərin iyerarxik yerləşdirilməsi əsasında 24 qrup iştirak edir. Bu modelə istinad edərək yataqlarda LNA-nın hər hansı bir üsulunun tətbiqini kifayət qədər asan müəyyənləşdirmək mümkündür (şək.2) Neft yataqlarının işlənilməsinin perspektiv planlaşdırılmasında tələb olunan məqsədyönlü məsələlərin həllində bu model həlledici əhəmiyyət kəsb edir (B.Ə.Bağırov, 1986).


Mühazirə 9. Suvurma sisteminin tətbiqinin geoloji şəraiti

Neft yataqlarının işlənilməsində 3 sistem tətbiq edilə bilər: aşağıdan yuxarı, yuxarıdan aşağı,qarışıq. Bu və ya digər sistemin seçilməsi təbii (geoloji) və texniki-iqtisadi amillərdən asılıdır. Və yalnız kəsilişdə neft ehtiyatlarının paylanması haqqında məlumat əldə edildikdən sonra bu məsələ həll oluna bilər.


Yuxarıdan aşağı sistem - bu sistemdə yuxarıda yatan lay tam qazılıb qurtarır, sonra altda yatan lay istismara verilir. Bu sistemin bir neçə nöqsanları vardır. Aşağıda yatan layların qazılması ləngiyir, istismar qazımasının həcmi çoxalır, yəni quyuların sayı artır, yuxarı layda ehtiyat tükəndikdən sonra, alt laya quyular dərinləşdikdə laylar gilliləşir.
Aşağıdan yuxarı- adından məlum olduğu kimi, layları ardıcıl olaraq aşağıdan yuxarı qazırlar. Burada aşağı obyektin kəşfiyyatı və işlənilməsi məqsədilə qazılan quyular yuxarı obyektlər haqqında da kifayət qədər məlumat verir. Müvəffəqiyyətsiz quyuların sayı xeyli azalır, çünki istinad horizontuna qazılan quyu neftli sahədən kənara düşdükdə, yuxarı horizonta qaytarılır. Bütövlüklə, yatağın işlənilməsində lazım olan qazıma işlərinin həcmi xeyli azalır, çünki aşağı obyektdən işləyən quyular geoloji və texniki səbəblərə görə dayandıqda yuxarı obyektlərin işlənilməsi üçün onlardan istifadə etmək mümkün olur.
Qarışıq sistem - aşağı və yuxarı obyektlər eyni vaxtda müstəqil işlənilir. Bu sistemin əsas üstünlüyü yatağın bütün neft obyektlərinin intensiv işlənilməsidir.


III

II

I
Şəkil 1




I


II
III

Şəkil 2



I mərtəbə


II mərtəbə


III mərtəbə
Şəkil 3

- az məhsuldarlıqlı neft layı
Suvurma üsulları
1950-ci illərdən başlayaraq tətbiq olunan bu üsul neft mədənlərinin ehtiyatlarının mənimsənilməsində olduqca müsbət rol oynamışdır. Bu üsullar demək olar ki, dünyanın bütün hövzələrində istifadə edilir. Onların texniki tərəfdən istifadəsi sadə olmaqla, yalnız su resurslarının (çay, göl, dəniz) mövcudluğunu tələb edir. Laya su vurulduqda onun təzyiqinin düşmə tempi azalır, bəzən hətta onun sabitliyinə gətirir. Nəticədə işlənilən lay aktiv dinamika ilə səciyyələnir. Məhz belə şəraitlərdə bu dinamik sistemi tənzimləmək də olur ki, bu da yataqda neft yığımlarının istənilən istiqamətlərə sıxışdırılaraq hərəkət etdirilməsinə imkan verir.
Suvurmanın uzun müddət müxtəlif geoloji şəraitlərdə tətbiqi onun müxtəlif modifikasiyalarının yaradılmasına gətirmişdir. Onlar aşağıdakılardır:

  1. kontur arxası suvurma. Bu üsulla su, yatağın su-neft konturunun arxasına vurulur (şək.4 a). Bu üsulla laya vurulan su yatağın hidrodinamik şəraitinə o vaxt müsbət təsir edir ki, o yerdə layda geoloji müxtəliflik dərəcəsi az, lay süxurlarının keçiriciliyi çox, neftlərin özlülüyü isə az olsun. Yatağın eni təxminən 5 km-ə qədər olmalıdır, daha böyük ölçülərdə olduqda isə onun mərkəz hissələri vurulan suyun təsirindən kənarda qalır.

  2. konturyanı suvurma. Bu üsulun tətbiqi üçün tələb olunan şərait kontur arxası suvurmanın tətbiq şəraitinin analoqudur. Burada fərqləndirici xüsusiyyət yalnız ondan ibarətdir ki, su-neft konturu zonasında layların keçiriciliyinin nisbətən az olmasıdır. Odur ki, su-neft konturundan uzaqda vurucu quyuların yerləşdirilməsi və onların vasitəsilə yatağa suyun vurulması prosesin effektivliyini azaldır. Belə hallarda vurucu quyuların su-neft konturlarının (daxili və xarici) üzərində yerləşdirilməsi bu mürəkkəbliyi aradan qaldırır (şək. 4 b).


Şəkil 4. Yataqda müxtəlif modifikasiyalarla suvurma sistemləri



  1. kontur daxili (sahəvi) suvurma. Bu üsula bəzən “sahəvi suvurma” modifikasiyası deyilir (şək. 4 c). Adından göründüyü kimi bu üsul vurucu quyuların yatağın neftlilik sahəsində yerləşdirilməsini nəzərdə tutur. Sahəvi suvurma modifikasiyasının effektli tətbiqi üçün yataqda aşağıdakı geoloji amillər mövcud olmalıdır: yatağın neftlilik sahəsi böyük, layın geoloji müxtəlifliyi yüksək, süxurların keçiriciliyi nisbətən az, neftlərin özlülüyü isə yüksək.

Suvurmanın yuxarıda göstərilən üsulları ümumi halda verilmişdir. Bu bölgünün fonunda suvurma geoloji quruluşdan asılı olaraq müxtəlif qoyuluşlarla həyata keçirilir: yatağın tağ hissəsinə suvurma, neftli sahəni kəsən suvurma, strukturun oxu istiqamətində suvurma və s.



Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə