Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)


Mühazirə 7 Neft yataqlarının işlənilməsi dövründə təsnifatı və onun təcrübi əhəmiyyəti



Yüklə 1,84 Mb.
səhifə13/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   26
Mədən geologiyası Mühazirələr toplusu

Mühazirə 7
Neft yataqlarının işlənilməsi dövründə təsnifatı və onun təcrübi əhəmiyyəti
Bu fənnin tədrisində məqsəd neft-qaz mədən geologiyasında həm praktiki həm də elmi nəzəri məsələlərin həllində tətbiq edilən müasir təsnifat üsulları və neftvərmənin modelləşdirilməsi haqqında 060602.3 ixtisaslaşması üzrə təhsil alan magistrantlara ətraflı bilik verməkdir. Proqramda təsnifat üsullarının əsaslandığı müasir yollar, riyazi analizlər və onlardan praktiki işlərdə istifadə qaydalarını öyrətmək nəzərdə tutulmuşdur. Bundan başqa proqram əlaqəli və əlaqəli olmayan muxtəlif göstrəiciliərə görə modellərin alınma prinsipləri və onların geoloji izahını anlamağa imkan verən nəzəri və praktiki məsələləri əhatə edir.
Ümumiyyətlə, geologiyada riyazi üsulların tətbiqinə müxtəlif münasibət mövcuddur. Bəzi mütəxəssislər geoloji tədqiqatlarda riyazi üsulların tətbiqinin lazım olmadığını söyləyir. Digərləri isə riyazi üsulların verdiyi nəticələri heç bir geoloji interpretasiya aparmadan qəbul edir. Məlumdu ki, bu iki halın heç biri geologiyanın inkişafına xidmət edə bilməz. Bunlardan fərqli olaraq digər bir qrup mütəxəssislər vardır ki, onlar riyaziyyatın geologiyada tətbiqini geologiyanın müxtəlif elmlərlə əlaqəsi kimi əsaslandırırlar. Məsələn: geoloqlar bir sıra məsələlərin həllində kimya, fizika və digər elmlərdən istifadə edərək əsaslı nəticələrə nail olurlar.
Riyyaziyatın geologiyada tətbiqi iki halda daha cox lazım olur:
- məlumatlar az olduqda;
- məlumatlar çox olduqda.
Birinci qoyuluşda mövcud məlumatların təzahürü şəraitində neft-qaz yatağının hər hansı bir məsələsinin etibarlı həllinə nail olmaq ücün təklifləri əsaslandırılmalıdır. Burada ilk növbədə məlumatların nə dərəcədə baxılan yatağı təmsil etməsi müəyyən edilməlidir. Bu məsələnin həllində entrapiya üsulu daha effektli olur.
İkinci qoyuluş yatağın hər hansı bir göstəricisi haqqında faktiki məlumatlar çox olduqda öyrənilmə ilk növbədə onların sayının optimal qiyməti müəyyən edilməlidir. Bu məsələnin həllində isə təsadüflər funksiyasının tətbiqi ilə həyata keçirilə bilər.
Qeyd etmək lazımdır ki, geologiyada təsnifat üsulları riyazi üsulları tətbiq etmədən də həmişə mövcud olmuşdur. Məsələn yataqların rejimlərinə görə təsnifatı, istismar quyuların istismar xarakterinə görə (fontan, dərinlik nasoslar, kompressor üsulu ) təsnifatı, lay süxurlarının xarakterinə görə (terrigen və karbonat) təsnifatları mövcud olmuşdur.
Təsnifat riyazi üsullarla aparılarkən informativ parametrlərin seçilməsi mühüm məsələdir, bunun üçün aşağıdakı üç hallardan istifadə etmək lazımdır:
-Təqlidi (aprior) – bu üsula görə əvvəlcədən mütəxəssislər tərəfindən seçilmiş məlumatlardan istifadə edilir;
-Ekspert üsulu – bu üsulda seçilmiş sahənin 5-10 mütəxəssisi ekspert kimi qəbul edilir və bunlardan alınmış rəylər əsasında informativlik təyin edilir;
-Riyazi üsul – informativ məlumatların riyazi üsullarla seçilməsi. Bu üsulda parametrlər üçün cüt korrelyasiya əmsalları əsas götürülür.
Bütün elm sahələrində olduğu kimi, geologiyada da yataqların və onların laylarının oxşarlıq və ya müxtəliflik dərəcəsini öyrənmək çox vacibdir. Məhz bu məsələnin həlli nəticəsində yeni kəşf olunmuş və məhdud parametrlərlə səciyyələnən yataqların işlənilmə proqnozu haqqında ilkin fikirlər söyləmək olar. Dərində yatan öyrənilməmiş laylar və sahələrin müxtəlif göstəricilərinin o cümlədən ehtiyatları barədə də proqnoz qiymətlər təsnifat üsulları ilə alına bilər.
Yataqların oxşarlıq və ya müxtəlifliyi onların hər hansı bir parametrlərinə (məsələn, məsaməlik əmsalını) istinad etməklə müəyyən edilə bilməz. Bununla əlaqədar olaraq müqaisə olunan yataqların və ya layların kompleks parametrlərinin qiymətlərindən istifadə edilməlidir. Bu halda yataq və ya laya çoxölçülü obyekt kimi baxılır və təsnifat xüsusi tərtib olunmuş modellər vasitəsilə aparılır.
Neft yatağının və ya layın konkret parametri arasında süxurların ölçülən göstəricilərini (məsaməlik, keçiricilik, karbonatlıq, qranulometrik tərkib); flüidlərin xassələrini neftin sıxlığı və özlülüyü: suların ümumi minerallığı, xlor, kalsi və digər ionların miqdarı; qazlarda metan, etan və s. qiymətləri və s. qeyd etmək olar.
Təsnifat məsələlərinin həlli işlənilən neft – qaz yataqlarının geoloji əsaslarının yaradılmasında böyük əhəmiyyət kəsb edir. Belə ki, regionlarda, o cümlədən Cənubi – Xəzər hövzəsində işlənilən yataqların sayı yüzlərlədir. odur ki, onların hər birisi üçün işlənilmə layihələri tərtib etmək çox çətindir. Burada ən əlverişli qoyulmuş geoloji- texnoloji tədbirlərin ayrı – ayrı istismar obyektləri üçün deyil, oxşar obyektlərdən təşkil edilmiş qruplarda həyata keçirilməsidir. Lakin bu qoyulmuş o vaxt həyata keçirilə bilər ki, hərgah obyektlərin qruplaşdırılması kompleks riyazi təsnifat üsulları isə həyata keçirilsin.
Geologiyada müxtəlif təsnifat üsulları mövcud olsa da, onların ən çox istifadə olunanları aşağıdakılardır: klaster, faktor, diskriminant analizləridir.
Neft-qaz regionlarının əksəriyyəti işlənilmə prosesində olan yataqların sayı çoxdur. Məsələn, respublikamızın təkcə quru hissəsində hazırda 400-ə yaxın istismar obyekti mövcuddur. Belə hallarda hər hansı bir yataq üçün ayrıca layihələr və ya digər layihə sənədlərini operativ tərtib etmək çox çətindir. Odur ki, işlənilmənin effektivliyinin artırılmasına doğru yönəldilmiş tədbirləri ayrı-ayrı yataqlar üçün deyil, oxşar yataqlar üçün hazırlamaq məqsədəuyğun hesab edilir. Bu tip məsələlərin həllində təsnifat üsullarından istifadə edilir.
Neft geologiyasında müxtəlif təsnifat üsulları mövcuddur: yataqların əmələgəlmə və formalaşması üzrə; təbii rejimlər və işlənilmə tempinə görə; kollektorların tipinə görə və s. Həlli tələb olunan məsələnin qoyuluşundan asılı olaraq müxtəlif təsnifat modellərindən istifadə edilir.
Kompleks geoloji-texnoloji göstəricilərinə görə təsnifat. Bəzən mədən və ya bütövlükdə regionun işlənilmədə olan neft yataqlarının kompleks geoloji-texnoloji göstəricilərinə görə qruplaşdırılması tələb olunur. Belə məsələlərin həlli ilə mədənin və ya regionun eyni tipli yataqlarının qruplaşdırılmasını və onun əsasında müəyyən bir müvafiq texnologiyanın bu qruplarda tətbiqini əsaslandırmaq olar. Yataqların qruplaşdırılmasının iki variantda aparılması məqsədəuyğundur:

  1. yataqların təbii-geoloji göstəricilərinə görə təsnifatı (suxurların kollektorluq qabiliyyəti, lay flüidlərinin xarakteristikası, ilk lay təzyiqi və temperaturu və s.). Bu təsnifat mədəndə və ya regionda yataqları istismara verilmə zamanı oxşarlıq dərəcəsinə görə qruplaşdırmaga imkan verir.

  2. yataqların kompleks geoloji və texnoloji parametrlərini birgə nəzərə almaqla aparılan təsnifat. Belə təsnifatı nəticəsində mədən və ya regionda işlənilmə obyektlərinin ayrılmasında onların oxşarlıq dərəcəsindən istifadə edilir.


Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə