Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)


Mühazirə 5. Geoloji möxtəliflik haqqında ümumi anlayış (2saat)



Yüklə 1,84 Mb.
səhifə11/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   26
Mədən geologiyası Mühazirələr toplusu

Mühazirə 5. Geoloji möxtəliflik haqqında ümumi anlayış (2saat).
Laylarda təsadüf olunan struktur-fasial və litoloji xassələr ilə əlaqədar dəyişmələr geoloji müxtəliflik və ya qeyri-bircinslilik adlanır. Qeyri-bircinslilik layların neftvermə qabiliyyətinə bilavasitə təsir etdiyindən, onu dəqiq öyrənmək çox vacibdir. Geoloji müxtəliflik məfhümu neft geologiyasında geniş istifadə olunur və layların və lay flüidlərinin dəyişmə dərəcəsini nəzərdə tutur. Ona müxtəlif alimlər tərəfindən müxtəlif cür təsnifat verilir. Son vaxtlar geoloji müxtəlifliyin iki böyük qrupa ayrılması məqsədəuyğun hesab olunmuşdur. Birinci qrupa layların makrogeoloji müxtəlifliyi daxil olunur. Bu qrupa layların bölünməsi və onların qalınlığının sahəsi boyu artması və ya azalması ilə əlaqədar dəyişmələr daxildir. Makroqeyribircinsliliyi öyrənmək üçün quyularda geofiziki və mədən tədqiqatları aparmaq lazımdır. Karotaj diaqramlarında istismar olunan yatağın kəsilişində rast gələn layların sayı, onların məhsuldarlığı və s. haqqında məlumatların öyrənilməsi makrogeoloji müxtəliflik haqqında təsəvvür yaratmağa imkan verir.
İkinci qrup mikrogeoloji müxtəliflikdir ki, buda lay süxurlarının kollektor xassələrində gedən dəyişmələri nəzərdə tutur. Burada süxurların keçiriciliyinin, məsaməliyinin sahə boyu və kəsiliş üzrə dəyişməsi ilə əlaqədar tədqiqatların aparılmasını tələb edir. Məlumatlar əsasən süxur nümunələrinin və şliflərin müvafiq laboratoriyalarda tədqiqindən alınır. Qeyd etmək lazımdır ki, son vaxtlar mikroqeyribircinslilik qrupuna lay flüidlərində gedən dəyişmələr də daxil edilir.
Layların geoloji müxtəlifliyini öyrənmək üçün müxtəlif üsullardan istifadə olunur. Bunlardan ən çox tətbiq olunanı qrafiki və riyazi üsullardır.
Qrafiki üsullar laylar üzrə gedən dəyişmələri xəritələr, profillər və sxemlərdə əyani göstərməyə imkan verir.
Xəritələrdə və profillərdə neftli kollektorların layın kəsilişində paylanması, yerləşməsi və s. öz əksini tapmalıdır. Qrafiki üsullar təcrübi işlərdə geniş istifadə edilir. Lakin nəzərdə tutmaq lazımdır ki, bu üsullar vasitəsilə qeyri-bircinsliliyin öyrənilməsi yalnız keyfiyyət xarakteri daşıyır. Belə ki, xəritələr və digər sxemlər lay parametrlərinin öyrənilməsinin kəmiyyətcə olmasına imkan vermir. Məlumdur ki, ədədi qiymətlərin olması geoloji lahiyələrin tərtib olunmasına, müqayisəli təhlil aparılmasına və s. vacib məsələlərin öyrənilməsinə imkan verir. Odur ki, layların müxtəliflik dərəcəsinin öyrənilməsində riyazi üsulların tətbiqi tələb olunur. Bu üsullarda ən çox istifadə olunan əmsallar aşağıdakılardır:

  1. Bölünmə əmsalı


burada: Li-i quyuda kollektor layların sayı;
n-quyuların sayı.
2. Qumluluq əmsalı,

hef - ayrı-ayrı quyularda effektiv qalınlıq,


hüm - həmən quyularda ümumi qalınlıq,
n - quyuların ümumi sayı.
Əmsalın hesablanması məhsuldar layı açan quyuların kəsilişi üzrə süxurların ümumi jəmindən kollektorların (qumlu) payına düşən hissəni təyin etməyə kömək edir.
Bu əmsallardan əlavə qeyri-birjinsliliyin öyrənilməsində təsadüfi kəmiyyətlərin paylanmasını xarakterizə edən riyazi göstərijilərdən də geniş istifadə edilir. Bunlardan ən çox tətbiq ediləni aşağıdakılardır.

  1. Dispersiya


xi - öyrənilən lay parametrinin ayrı-ayrı quyularda qiyməti:


x - həmin parametrin lay üzrə orta qiyməti:
n - parametrin ölçülərinin sayı.

  1. Orta kvadratik meyl



  1. Variatsiya əmsalı,





  1. Entropiya (qeyri-müəyyənlik ölçüsü).

H(x)=
Burada:
xi - parametrinin quyularda i qiyməti;
x – həmin parametrin orta qiyməti;
Pi – parametrin xi qiymətinin ehtimal olunan qiyməti.
Qeyd etmək lazfımdır ki, müəyyən həddə qədər parametrini ölçülərinin sayı artdıqja entropiya artır və sonra sabit qalır.
Beləliklə, layların geoloji müxtəlifliyi öyrənilir və nəticələr yataqların işlənil­­­məsinin geoloji əsaslarının tərtibində istifadə edilir.

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə