Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)



Yüklə 1,84 Mb.
səhifə8/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   26
Mədən geologiyası Mühazirələr toplusu

Üsulun realizəsi. Uzun müddət işlənilmədə olan çoxlaylı yataqların kəsilişində ayrılmış istismar obyektlərinin oxşarlıq dərəcəsinin təyin edilməsi məsələsinə baxaq. Bundan ötrü A mədənin kəsilişindəki istismar obyektlərinin məlumatları cədvəldə verilmişdir.
Göründüyü kimi burada neft-qazlılıq doqquz istismar obyektində cəmləşmişdir (A1-A9). Bu obyektlər üzrə hər iki dərəcəli məlumatdaşıyıcı göstəricilərin cari dövrdəki orta qiymətləri verilmişdir. Onu da qeyd edək ki, mədənin kəsilişindəki obyektlər uzun müddət işlənilməsinə baxmayaraq böyük qalıq neft ehtiyatları ilə səciyyələnirlər. Obyektlərin oxşarlıq dərəcəsini Pirson meyarının 95% etibarlılıqla həllində onun böhran qiyməti 2g;m =18,3 təşkil edir. Bu qiymət cədvəlin 15-ci sütunda əks etdirilmişdir.
Müvafiq proqramın birinci dərəcəli məlumatdaşıyıcı 10 amilin qiymətləri əsasında kompüter realizəsi aşağıdakı nəticələrə gəlməyə imkan vermişdir.
A mədəninin istismar obyektlərinin geoloji-mədən məlumatları Cədvəl

İstismar obyektləri



I dərəcəli məlumatdaşıyıcı amillər

II dərəcəli məlumatdaşıyıcı amillər

V(r02)x20,05;10= 18,3

Məsaməlik, %

Keçiricilik,
0,001 mkm2

İstismar obyektlərinin işlənilmə göstəricilərinin cari qiymətləri

İstismar obyektlərinin flüidlərinin cari qiymətləri

Ümumi qalınlıq, m.

effektiv qalınlıq, m.

neftlilik sahəsi, min m2

Cari neftvermə əmsalı

Quyuların orta gündəlik neft hasilatı, t/gün

Sulaşma, %

Lay təzyiqi, MPa

Qaz amili, m3/t

Neftin sıxlığı, kq/m3

Neftin özlülüyü, mPa·s

Suların ümumi minerallaşma dərəcəsi, mq·ekv




1

2

3

4

5

6

7

8

9

10

11

12

13

14

15

A1

26

406

0,63

0,6

83

7

60

914

50

186,2

43,0

11,8

39

36,9
5,0
18,9
15,9
19,3
18,2
24,3
34,4

A2

24

55

0,38

0,6

67

2

170

909

29

142,7

79,2

16,2

150

A3

24

44

0,28

0,6

67

2

214

907

29

94,2

66,4

17,3

214

a4

24

34

0,27

0,8

52

8

200

906

20,5

66,6

26,3

8,9

163

A5

25

76

0,32

0,8

69

10

190

908

20,4

59

19,2

14,8

189

A6

24

79

0,26

0,8

74

18

126

908

25

49,2

46,0

18,7

194

a7

25

43

0,39

1,0

71

22

180

911

14,5

49,2

32,0

12,6

168

a8

25

74

0,45

1,5

88

45

240

916

16,5

66,8

44,8

12,2

95

a9

24

492

0,42

1,7

90

55

150

915

16,5

55,4

43,6

24,7

66


Göründüyü kimi, ən kəskin sərhədlər iki halda qeyd edilir: A1 və A2 arasında V(ro)2 = 36,9 və A8 və A9 arasında V(ro)2 = 34,4. Bu o deməkdir ki, A1 obyekti ilə A2, eləcə də A8 və A9 kompleks parametrlərə görə oxşar deyil və onların gələcəkdə də işlənilməsi ayrıca aparılmalıdır. Belə hal kəsilişin A3-A4, A5-A6, A7 və A8 arasında da qeyd olunur. Yəni həmin obyektlər də müxtəlif xassəlidir V(r2) X2g;m və onların birgə istismarı rasional olmayacaqdır.
Lakin A2 ilə A3 (V(r2)=5,0); A4 ilə A5 ((V(r2)=15,9); A6 ilə A7 (V(r2)=18,2) arasında geoloji mədən göstəricilərinə görə oxşarlıq olduğundan onların birləşdirilərək birgə istismarı təmin olunmalıdır. Bu tədbir neft mədənlərinin işlənilməsində çox vacib tədbirlərdən hesab olunur. Belə ki, kəsilişdə oxşar obyektlərin birləşdirilməsi onların işlək quyu fondundan səmərəli istifadəyə imkan verir (quyularda süzgəc intervalının artırılması əlavə neft hasilatının əldə edilməsinə və qum tıxacının intensivliyinin azaldılmasına gətirir).
Beləliklə, yeni yaradılmış geoloji-riyazi üsuldan istifadə etməklə yataqlarda obyektlərin ayrılmasının yeni modeli əsaslandırıldı ki, bu da onlarda işlənilmənin tempinin yüksəltməyə və quyuların istismar göstəricilərini yaxşılaşdırmağa kömək edir.
Bu üsul xeyli sayda quru və dənizdə işlənilən çoxlaylı neft mədənlərinin kəsilişinin istismar obyektlərinə bölünmə sisteminin təkmilləşdirilməsinə imkan vermişdir.


Mühazirə 4.Lay parametrlərinin sahə,kəsiliş və həcm üzrə dəyişməsinin öyrənilmə üsulları
Qeyd edildiyi kimi, məhsuldar çöküntü komplekslərinin öyrənilməsi onun kəsilişi ilə yanaşı sahəsində də gedən bütün struktur-fasial, tektonik və s. dəyişmələrin aşkar edilməsini tələb edir.
Çoxlaylı yatağın sahəvi öyrənilməsi müəyyən ardıcıllıqla getməlidir: kəsilişin bütün laylarının sahə üzrə yatma dərinliyi, struktur forması, qırılmalarla bölünmə xüsusiyyətləri və s. tədqiq olunmalıdır. Qoyulan məsələnin effektli həlli üçün belə öyrənilmələr əvvəlcə reper laylar üçün aparılmalıdır. Məhz reper layların sahəvi tədqiqi, onlardan altda və üstdə yatan laylar üçün də analoji öyrənilmələr daha əsaslı aparıla bilər.
Qeyd edək ki, korrelyasiya sxemləri və profillərin əsasında qurulacaq struktur xəritələrin tərtibatında reper layların strukturları qalan layların strukturları üçün əsas kimi götürülür. Kompüterdə müasir proqramlarda bu reper layların strukturu yuxarı (və ya aşağı) layların strukturları üçün trend kimi götürülür.
Layların sahəvi dəyişmələrini öyrənmək üçün onların tavan və dabanına görə struktur xəritələr qurulmalıdır.
Struktur xəritə topoqrafik xəritələr kimi tərtib olunur. Fərq yalnız ondadır ki, topoqrafik xəritələr geodeziya və aerokosmik ölçü qiymətləri vasitəsilə yer səthinin formasını tam əks etdirir; hər hansı bir layın struktur xəritəsi isə onun səthinin (tavan və daban) quyu qiymətlərinə görə formasının təsvir edilməsini nəzərdə tutur. Onu da qeyd etmək vacibdir ki, hərgah müasir topoqrafiya xəritələri ilə yer səthinin modeli onun sahəvi dəyişmələrini tam əks etdirirsə, layın struktur xəritələrində bu tip nəticələrin alınması nəzəri cəhətdən belə mümkün deyildir. Burada layın yatma dərinliyinin qiymətləri onun yalnız müəyyən sahələrində qazılmış quyulardan alınır. Bu qiymətlər isə layın yatımının bütövlükdə deyil, yalnız onun müxtəlif nöqtələrindəki dərinliyini əks etdirir. Təbii ki, quyuların sayının artması müşahidə nöqtələrinin artımı deməkdir. Bu da yatağın strukturunun öyrənilmə dərəcəsinin yüksəlməsinə gətirir. Lakin quyuların sayını sonsuz artırmaq mümkün olmadığından layın yatma formasını da tam təsvir etmək mümkün olmur.
Daha bir məqama diqqət yetirək.
Qeyd edildiyi kimi, lay səthini keçən quyular onun həmin nöqtədə yatma dərinliyinin qiymətini göstərir. Qalan sahədə bu dərinliyi əks etdirmək üçün ekstrapolyasiya üsullarından istifadə edilir. Bu səbəbdən də qurulan xəritələr lay səthini müəyyən ehtimallıqla əks etdirir. Odur ki, lay səthinin öyrənilməsi iki baxımdan həyata keçirilməlidir.
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə