Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)



Yüklə 1,84 Mb.
səhifə10/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   26
Mədən geologiyası Mühazirələr toplusu

P r o f i l l ə r ü s u l u. Tektonik quruluşu mürəkkəb olan strukturların xəritəalınmasında bir qayda olaraq profillər üsuluna üstünlük verilir. Bu kimi struktur xəritələrin tərtibində öyrənilən sahənin uzununa bir, eninə isə bir neçə geoloji profillərin seçilməsi vacibdir.

Şəkil 3. Profillər üsulu ilə struktur xəritənin qurulması
(M.A.Jdanova görə)

Tərtib olunmuş profillərdə struktur xəritə üçün qəbul olunmuş kəsmə yüksəkliyinə əsasən horizontal (üfüqi) xətlər çəkilir (məsələn, kəsmə yüksəklikləri hər bir 25 m-dən bir seçilə bilər). Üfüqi müstəvilərin lay ilə kəsişdiyi nöqtələr profil xəttinə köçürülür. Layın qırılmalar müstəvisi ilə kəsişmə nöqtələri də uyğun olaraq profil xəttinə köçürülür. Profil xətlərində alınmış qiymətlər plana köçürülür və eyni adlı qiymətlər izohipslər ilə birləşdirir və struktur xəritə alınır (şək.3).


Geoloji-riyazi üsullar
Geoloji xəritələr hər hansı bir göstəricinin ikiölçülü koordunat sistemində (X, Y oxları üzrə) dəyişməsini əks etdirir. Belə xəritələrin tərtibində riyazi üsulların imkanları daha genişdir. Belə ki, ənənəvi üsullarla xəritəalmaya (üçbucaqlar və profillər üsulları) daha çox vaxt sərf olunur və birmənalı nəticələr alınmır. Bu onunla izah olunur ki, xəritəni tərtib edərkən tədqiqatı aparan hər bir mütəxəssisin subyektiv yanaşmaları olur ki, bu da strukturun əks edilməsinə öz təsirini göstərir. Odur ki, eyni bir struktur üçün eyni məlumat bazası əsasında müxtəlif mütəxəssislərin tərtib etdiyi xəritələrdə fərqlilik müşahidə olunur: layın yatma dərinliklərinin dəyişməsinin ümumi konfiqurasiyası fonunda lokal (yerli) təzahürlər fərqli əks etdirilir. Buna misal olaraq, Abşeron yarımadasında olan yataqların struktur xəritələrini göstərmək olar. Burada, quyu məlumatlarının olduqca genişliyi şəraitində belə, ayrı-ayrı mütəxəssislərin vaxtaşırı tərtib etdikləri xəritələrdə, bir qayda olaraq, yeni struktur elementləri aşkar edilir.
Riyazi üsulların tətbiqi isə xəritəalmanın göstərilən çatışmamazlığını aradan qaldırmağa imkan verir. Odur ki, son vaxtlar belə üsulların istifadəsinə daha çox yer verilir. Onların xüsusi alqoritmlər əsasında kompüter həlli mütəxəssislərin subyektiv yanaşmalarını aradan qaldırmaqla qısa vaxtda obyektiv xəritələrin tərtibini təmin edir. Bu üsullardan daha çox tətbiq olunanları aşağıdakılardır.
a) Xəritə izohipslərinin approksimasiya üsulları
Bu üsulları tətbiq etmək üçün struktura qazılmış bütün quyuların yerini əks etdirən nöqtələr coğrafi koordinat sistemində (X,Y oxlarında) qeyd olunur. Sonra həmin nöqtələrdə tədqiq olunan layın tavanının və ya dabanının mütləq yatma dərinliklərinin qiymətləri xüsusi cədvəldə əks etdirilir. Bu məlumatlar məlum üsulların biri (məsələn, splayn modelləşdirilməsi) vasitəsilə emal olunur və struktur xəritənin kompüterdə qurulması təmin olunur. Splayn modellər üsulu üçbucaqlar üsulunda olduğu kimi quyular arasında onların konkret layın tavanı və ya dabanını kəsdiyi mütləq dərinliklərin qiymət fərqlərini nəzərə alır. Lakin burada fərq ondan ibarətdir ki, splayn modelləşdirilmədə horizontların keçirilməsində iki qonşu quyu arasında ölçüləri deyil, həmin layı keçən bütün quyularda onun mütləq dərinlik qiymətləri nəzərə alınır və nəticədə həmin strukturun ən optimal xəritəsini təqdim edir (B.Ə.Bağırov,1981). Şək.4-də belə xəritələrin qurulması yaxşı öyrənilmiş Suraxanı mədəninin timsalında verilmişdir.
Şəkil 4. Suraxanı mədəninin qırməki altı lay dəstəsinin tavanına görə
splayn funksiyası ilə qurulmuş struktur xəritə
(1- izohipslər; 2- splayn izoxətləri; 3- tektonik qırılmalar)
Burada geoloji quruluşdan, quyuların sayı və yerləşmə sxemindən asılı olaraq müxtəlif qoyuluşlardan istifadə edilə bilər:

  • sadə quruluşlu strukturlar – burada strukturun bütün sahəsi üçün eyni vaxtda xəritələr tərtib olunur;

  • tektonik qırılmalarla mürəkkəbləşmiş strukturlar – burada seysmik kəşfiyyat üsullarının məlumatlarından istifadə etməklə xəritəalmanı iki mərhələdə həyata keçirmək lazımdır: əvvəlcə ayrı-ayrı tektonik blokların sahəsi üçün xəritələr qurulur, sonra isə bu məlumatlar ümumiləşdirilərək strukturun bütövlükdə xəritəsi tərtib olunur.

b) Trend-analizi
Trend-analizinin nəzəri əsasını amerikalı alim İ.Krambeyn yaratmış (1969) və geologiyada geniş tədqiq olunmuşdur. Ondan sahəvi dəyişmələri öyrənməkdə, o cümlədən struktur xəritələrinin qurulmasında istifadə edilir. Sonralar trend-analizinin dərinlik-profil və həcmi modelləri də yaradılmışdır (B.Ə.Bağırov, 1982). Həll ediləsi məsələnin xüsusiyyətindən asılı olaraq onların imkanlarından istifadə olunur. Trend-analizi yataq parametrlərinin, o cümlədən layların yatma dərinliyinin sistematik (qanunauyğun) və təsadüfi dəyişmələrinin aşkar edilməsinə imkan verir.
Bu üsulun üstün cəhətlərindən biri təqdim olunan xəritələrin dəqiqlik dərəcəsinin avtomatlaşdırılmış rejimdə verilməsidir. Odur ki, alınmış xəritələrdə struktur dəyişmələr regional və lokal miqyaslarda öz əksini tapır.
c) Krayqinq analizi
Xəritəalmanın riyazi üsulları arasında krayqinq modelləşdirilməsi özünəməxsus yer tutur. Bu modelləşdirmə quyularda qeyd olunmuş faktiki yatma dərinliklərinin qiymətlərinin məhdudluğu şəraitində müvafiq riyazi ümumiləşdirmə ilə daha etibarlı xəritələrin tərtibinə imkan verir.

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə