Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)


Mühazirə 8. Layların neftverimə əmsalını artırılması üsulları



Yüklə 1,84 Mb.
səhifə16/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   26
Mədən geologiyası Mühazirələr toplusu

Mühazirə 8. Layların neftverimə əmsalını artırılması üsulları
Məlum olduğu kimi neft yataqlarının işlənilmə prosesində layların neftverimini artıran üsullardan istifadə edilir. Geoloji mühitin mürəkkəbləşdiyi şəraitdə (layların yüksək qeyri-bircinsliliyi, süxurların keçiriciliyinin zəif olması, neftlərin özlülüyünün çox olması və s.) ənənəvi üsullar ilə layların yüksək neftvermə əmsalına nail olmaq mümkün olmur. Bu da təcrübi işlərdə elmin mütərəqqi üsullarının tətbiqini tələb edir ki, nəticədə yataqların effektiv işlənilməsinə nail olunur.
Hazırda LNA üsullarının tətbiq dairəsi durmadan genişlənir. Bu onunla əlaqədardır ki, ənənəvi texnologiya ilə lay süxurlarının keçiriciliyi 0,1 mkm2-dan kiçik olan laylarda yüksək özlülüklü neftlərin quyu dibinə kifayət qədər aktiv hərəkətini təmin etmək mümkün olmur. Odur ki, belə yataqlarda geniş elmi və təcrübi-sınaq işləri həyata keçirilmiş və müasir neftçıxarma üsulları təklif edilmişdir. Hazırda bu üsullar aşağıdakı qruplarda cəmləşdirilir: fiziki-kimyəvi, fiziki-hidrodinamiki, termiki, qaz, mikrobioloji, nüvə və akustik (şək.1). Aşağıda həmin üsulların ümumi xarakteristikaları barəsində qısa məlumatlar verilmişdir (bu istiqamətlə tələbələr xüsusi fənnin tədrisində ətraflı tanış olurlar).
Yuxarıda qeyd edildiyi kimi, layların neftverimini artıran universal üsul mövcud deyil. Hər hansı bir üsul yalnız müəyyən geoloji-işlənilmə şəraitində yüksək effekt verə bilər. Digər hallarda isə həmin üsulun effektivliyi az olur. Odur ki, yeni üsullardan əldə edilə biləcək səmərəlilik bu məqsədlə müvafiq yatağın düzgün seçilməsindən asılıdır.
Layların neftverimini artıran üsulların effektli tətbiqinin yuxarıda göstərilən geoloji şəraitləri, onlardan alına bilən effektin hüdudları ümumiləşdirilərək cədvəl tərtib olunmuşdur (cəd. 1).
Göründüyü kimi, ayrı-ayrı üsulların effektli tətbiqinə xeyli sayda lay parametrləri təsir edir. Lakin, onların arasında 4 parametr daha önəmli rol oynayır. Onlar aşağıdakılardır: neftlərin özlülüyü, layların yatım dərinliyi, süxurların keçiriciliyi, neft ehtiyatlarından istifadə dərəcəsi.
Təcrübi-mədən məlumatlarının geniş araşdırılması göstərir ki, yuxarıda sadalanan parametrlərin aşağıdakı kimi bölünməsi xüsusi məna kəsb edir.

  1. Lay şəraitində neftlərin özlülüyü (A). Bu göstərici mahiyyətinə görə təsnifat sxemində birinci yeri tutur. Belə ki, müəyyən olunmuşdur ki, əgər ağır neftli layların yüksək neftveriminə termiki üsullar vasitəsilə nail olunursa, yüngül neftli yataqlarda isə LNA digər üsullarının təsiri ilə bu məqsədə nail olmaq mümkündür. Bunu nəzərə alaraq yataqların iki qrupa bölünməsi məqsədəuyğundur: A1 - neftlərin özlülüyü 10 mPa·s qədər və A2 - 10 mPa·s çox. Belə bölgü regionda işlənilmədə olan yataqları çətinlik çəkmədən neftvermələrini yüksəltmək üçün artıq ilk mərhələdə iki qrupa bölünməsinə imkan verir: işlənilmə prosesinin əsasən termiki üsulların təsiri ilə və LNA digər üsulların cəlb edilməsi ilə aparılması.




Layların neftverİmİnİ artıran üsulların effektlİ tətbİqİnİn geolojİ şəraİtİ
Cədvəl 1.

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə