Mühazirə Neft-qaz mədən geologiyasının müasir problemləri (2saat)



Yüklə 1,84 Mb.
səhifə14/26
tarix19.12.2023
ölçüsü1,84 Mb.
#150851
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   26
Mədən geologiyası Mühazirələr toplusu

Klaster analizi.
Müəyyən sayda obyektlərin iyerarxik təsnifatı üçün klaster analizindən istifadə etmək məqsədə uyğundur.
Üsul oxşarlıq əmsalının tapılmasına əsaslanır ki, bu da geoloji-mədən tədqiqatlarında özünün tətbiqini aşağıdakı formalarda göstərir.

  1. Korrelyasiya əmsalı – oxşarlığın daha çox istifadə edilən göstəricisi olub obyektlər və ya parametrlər arasında müqayisə aparmaq üçün istifadə olunur.

  2. Standartlaşdırılmış n ölçülü Evklid məsafəsi – əgər hər birinin n ölçüsü olan m obyekt götürsək, bu zaman məlumatlar m∙n ölçülü matris şəklini alır. Hər cüt obyekt arasında oxşarlıq ölçüsünü müəyyənləşdirmək üçün aşağıdakı düsturdan istifadə olunur

(1)
burada, Xik-i-ci obyektin k-ci kəmiyyətinin qiymətidir; Xjk-j-ci obyektdə k-ci kəmiyyətinin qiymətidir.
Məsafə əmsalının qiymətinin d=0 bərabərliyi tamamilə oxşarlığı, artması d>0 isə, müxtəlifliyini göstərir. Klaster analizi vasitəsi ilə oxşarlıq əmsalının müəyyən edilmiş qiymətində obyektləri optimal qruplaşdırmaq mümkündür. Nəticə dendroqramlar şəkilində verilir ki, bu da cüt-cüt qruplaşdırma, sadə qruplaşdırma, orta gətirilmiş cüt-cüt qruplaşdırma variantları özündə əks etdirə bilər.
Faktor analizi. Faktor analizinin mahiyyəti müəyyən sayda öyrənilən obyektlər çoxluğunu bilavasitə və yaxud dolayı yolla ölçülmüş əlamətlərinin daha az sayda maksimal informasiyaya malik kəmiyyətlərə çevirməkdən ibarətdir. Bu tip kəmiyyətlər özlərini əsas əlamətlərin hər hansı funksiyası şəkilində göstərir və faktor adlanır. Faktor analiz əlamətlər sisteminin təhlilində tədqiqatçının adekvat alətdir. O, mürəkkəbliklərin məntiqi strukturunu acmağa, qarşılıqlı əlaqəli, qarşılıqlı əvəz olunanları asılı olmayanlardan, əhəmiyyətliləri əhəmiyyətsiz əlamətlərdən ayırır, bu və ya digər əlamət sistemlərinin seçilməsini əsaslandırır, onların informativliyini qiymətləndirir, baxılan mürəkkəb əlamətlər sisteminin əlaqəliliyini hipotezlərlə yoxlamağa imkan verir.
Faktor analizinin alqoritmi böyük sayda bir-biri ilə mürəkkəb qarşılıqlı əlaqədə olan müxtəlif xüsusiyyətli göstəricilərindən müəyyən olunmuş sayda asılı olmayan faktorlara keçməyə imkan verir. Bu baş komponent üsulunun (BKÜ) köməyi ilə aparılır ki, hansı ki faktor analizinin müxtəlif keyfiyyətləri kimi baxılır. BKÜ aşağıdakı şəkildədir:
(2)
burada Zj – axtarılan faktorlar (komponentlər);
wijj-ci faktorda i-ci kəmiyyətin əks olunan yüküdür, əmsalıdır;
m – kəmiyyətlərin sayı;
r – faktorlarm sayı (komponent)

Yüklə 1,84 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə